Emin Sabitoğlunun
xatirəsinin əbədiləşdirilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Bəstəkar Emin Sabitoğlunun (Emin Sabit oğlu Mahmudovun)
xatirəsini əbədiləşdirmək məqsədi
ilə qərara alıram:
Bakı Şəhər İcra Hakimiyyəti Emin
Sabitoğlunun yaşadığı binaya (Hacı Zeynalabdin
Tağıyev küçəsi, 7) xatirə lövhəsinin
vurulmasını təmin etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyul 2007-ci il
Azərbaycan.-2007.-28 iyul.-S.1.