Ayxan

 

Ermənilər indi muğama girişiblər

 

Moskvada yaşayan Hayko soydaşlarımızın məclislərində muğam oxuyur

 

Bu günlərdə redaksiyamıza maraqlı bir məlumat daxil olub. Məlumatda bildirilir ki, Moskvada yaşayan Hayko Gevondyan adlı bir erməni Azərbaycan muğamlarından özünə repertuar qurub, bu şəhərdə yaşayan "azərbaycanlı"ların toy-nişanlarına ermənisayağı rövnəq verir. Indiyədək ermənilər instrumental ifaçılıqda muğamlarımıza girişsələr , oxumağa risq etmirdilər. Lakin deyilənə görə, Hayko Gevondyan muğam ifaçılığı sahəsində artıq bəzi nailiyyətlər əldə edib onun ifasından "vəcdə gələn" soydaşlarımız onu öz şənliklərinə dəvət edirlər. Bu barədə məlumat verən "Şeron" qrupunun üzvü Tərlan Ələkbərovun sözlərinə görə, sırf Qarabağ yolu ilə oxuyan erməni zəngulələri boğazları çox məharətlə edir. Ancaq yenə erməni xislətini göstərir: Füzulinin qəzəllərini erməni dilində oxuyur.

T.ƏIəkbərov onu da vurğuladı ki, ziyafətlərin birində Hayko "Sarı gəlin"in bir bəndini azərbaycan dilində, digər bəndini erməni dilində oxuyandan sonra dəfələrlə ağlaya-ağlaya "Qarabağa qurban olum" deyib. Maraqlı faktdır, elə deyilmi? Muğamlarımızın əsrarəngizliyi ermənilərin diqqətini çəkə bilər, onsuz da onlar musiqimizə əsrlərdir hayıl-mayıl olublar. Amma soydaşlarımızın erməninin erməni dilindəki ifasına belə hayıl-mayıl olması təəccüblüdür...

 

Ekspress.- 2007.- 13 iyul.- S. 13.