Əliyev Y.

 

Böyük bəstəkar, ifaçı, dirijor pedaqoq haqqında kitab

 

Yaxşı sənətkar üçün zaman problemi yoxdur. O, yaşadığı dövrdə tanınır sevilir. Qərinələrdən, əsrlərdən sonra da...

Əlbəttə, zamanı ram edən sənətdir. Yaradıcısının adını da o ölməzləşdirir, amma sənət təkcə sənətkarın adını yaşadır. Onun kimliyi, necə sənətkar olması, nələri yaratması, necə yaşaması s. kimi sənətkar portretinin vacib cizgiləri haqqında tam məlumat verə bilmir. Bu sənətkarın müasirlərinin, tələbələrinin, tədqiqatçılarının boynuna düşür. Onlar isə bu işi xatirələrində, araşdırmalarında, tədqiqatlarında yerinə yetirirlər. Ona görə sənətkar haqqında yazılan çap olunan hər bir əsər ən azı onu daha geniş auditoriyaya gələcək nəsillərə tanıtdırmaq baxımından faydalı gərəklidir. Belə əsərlərin biri tanınmış pedaqoq-alim, əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin direktoru Nazim Kazımovun bu günlərdə çapdan çıxmış "Səid Rüstəmov" monoqrafiyasıdır. N.Kazımov müəlliminə böyük hörmət ehtiram əlaməti olaraq qələmə aldığı, onun həyat fəaliyyətinin ətraflı əks təhlil olunduğu əsərini böyük bəstəkar, ifaçı, dirijor pedaqoqun anadan olmasının 100 illiyinə həsr etmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 mart 2007-ci il tarixli əmri ilə çapına razılıq verilən vəsaiti Səid Rüstəmov haqqında ilk irihəcmli nəşr kimi qiymətləndirmək olar. Kitabda görkəmli sənətkarın həyatı, pedaqoji fəaliyyəti, "Tar məktəbi" kitabının, habelə nota köçürdüyü xalq müsiqi nümunələrinin təhsil tərbiyə əhəmiyyəti geniş  işıqlandırılıb. Kitabın elmi redaktoru pedaqoji elmlər doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi Vidadi Xəlilovdur. Vəsaitə Azərbaycan Respublikasının xalq artisti, professor Tofiq Bakıxanov sənətşünaslıq namizədi, professor Oqtay Quliyev rəy vermişlər.

"Nərgiz" nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabın "ön söz"ündə N.Kazımov vaxtilə Konservatoriyada dərs aldığı müəllimini, görkəmli bəstəkar dirijor, böyük musiqi xadimi, pedaqoq ictimai xadim, xalqın dərin məhəbbətini qazanmış sənətkar kimi qiymətləndirib. ölkə Prezidenti İlham Əliyevin böyük sənətkarın 100 illiyinin keçirilməsi haqqında 24 yanvar 2007-ci il tarixli sərəncamından dərin razılıq minnətdarlıq hissi ilə söz açan Nazim müəllim onun unudulmaz sənətkarın xatirəsinə dərin hörmət ehtiramın ifadəsi olduğunu söyləyib. "ön söz"dən o da aydın olur ki, indiyədək Səid Rüstəmov haqqında çox az yazılıb. Professor Elmira Abbasovanın görkəmli sənətkarın həyat yaradıcılığı haqqında 1973-cü ildə çap etdirdiyi "Səid Rüstəmov" kitabçası Azərbaycan dilində yeganə mənbədir. Təqdim olunan vəsait bu sahədəki mövcud boşluğu doldurmaq baxımından böyük fayda kəsb edir.

Vəsaitdə oxucular Səid Rüstəmovun geniş tərcümeyi-halı ilə tanış edilir, onlara sənətkarın uşaqlıq gənclik illəri, pedaqoji fəaliyyəti haqqında geniş məlumat verilir. Müəllif göstərir ki, görkəmli bəstəkar, pedaqoq Səid Rüstəmovun musiqi mədəniyyətimizin inkişafı naminə göstərdiyi ən böyük xidmətlərdən biri onun böyük vətəndaş təəssübkeşliyi ilə yaratdığı "Tar məktəbi" kitabıdır. Vəsaitdəki Səid Rüstəmovun "Tar məktəbi" başlıqlı oçerkdə həmin kitabın musiqimizin inkişafındakı rolundan ətraflı söhbət açılır. Burada Səid Rüstəmovun Azərbaycan xalq çalğı alətləri orkestrinin yaranması inkişafındakı rolundan, nota köçürdüyü xalq musiqi nümunələrindən, vokal instrumental əsərlərindən, musiqili komediyaları teatr tamaşalarına yazdığı musiqisindən, tədris olunan əsərlərindən xüsusi başlıqlar altında geniş bəhs olunur.

Kitabda sənətkarın ömrünün müxtəlif anlarını əks etdirən çoxlu sayda fotoşəklin verilməsi   böyük sənətkarın həyat fəaliyyəti haqqında oxucularda daha dolğun əyani təsəvvür yaratmaq baxımından təqdirəlayiqdir.

Vəsait ali orta ixtisas təhsili məktəblərinin musiqi müəllimləri tələbələrindən ötrü nəzərdə tutulsa da, kitab Səid Rüstəmov sənəti yaradıcılığı ilə maraqlananların hamısı üçün faydalı olub, səidsevərlərə sanballı töhfədir.

 

Azərbaycan müəllimi.- 2007.- 13 iyul.- S. 6.