Görkəmli bəstəkar anıldı

 

Cövdət Hacıyev 90 il əvvəl Şəkidə dünyaya göz açmışdır. Azərbaycan Dövlət Konservatoriyasını, Moskva Konservatoriyasını bitirmişdir. İllərlə sevib-seçdiyi sənətdən dərs demiş, konservatoriyanın direktoru işləmişdir. İstedadlı bəstəkar, pedaqoq idi. Xalq artisti fəxri adı dövlət mükafatları, orden-medallar almışdı. "Simfoniya", "Azərbaycan süitası", Qara Qarayevlə birlikdə "Vətən" operasını yazmışdır.
Bu günlərdə Azərbaycan Dövlət Filarmoniyasında görkəmli sənətkarın yubileyi təntənə ilə qeyd edildi. Tədbiri giriş sözü ilə açan mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev dedi:
- Dünya şöhrətli bəstəkar, dahi şəxsiyyət Üzeyir bəyi həm yaradıcılığına, həm alicənablığına, qayğıkeşliyinə görə hörmətlə, ehtiramla xatırlayırıq. O, neçə-neçə gəncə, musiqiyə marağı olanlara atalıq qayğısı göstərmiş, köməyini əsirgəməmişdir. 90 yaşını qeyd etdiyimiz mərhum Cövdət Hacıyev son nəfəsinə qədər qazandığı uğurlara görə Üzeyir bəyə minnətdar olmuşdu. Bəstəkarın "Vətən" operası dünyanın bütün ölkələrində məşhurdur. Tam əmin ola bilərik ki, Cövdət Hacıyev musiqi mədəniyyəti tariximizdə onu sevənlərin yaddaşında əbədi yaşayacaqdır.
Sonra Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinın yeni seçilmiş sədri, xalq artisti Firəngiz Əlizadəyə söz verildi. O dedi:
- Yaxşılıq heç vaxt yaddan çıxmır. Müəllimim olmuş Cövdət Hacıyevi tanıdığım gündən ondan mərhəmət, hörmət görmüşəm. Yaradıcılığımda qazandığım uğurlara görə mərhum sənətkarımızın əziz xatirəsinə ehtiramımı bildirirəm. O, olduqca sadə, şirindil, həssas duyumlu, diqqətcil insan idi. Sənətlə bağlı unudulmaz bəstəkarımızdan çox mətləbləri öyrənmişəm. Musiqi sənətsevərlərin istəyi, arzusu ilə Bəstəkarlar İttifaqının sədri seçilmişəm. Var gücümlə çalışacağam ki, unudulmaz bəstəkarlarımız, onların əsərləri təbliğ olunsun, yaşasın. Nəzərdə tutmuşuq ki, Cövdət müəllimin əsərləri yeni quruluşda oynanılsın, lent təsvirlərində səslənsin canlandırılsın.
Yubiley mərasimində qeyd olundu ki, görkəmli bəstəkar həm nümunəvi ailə başçısı idi. Onun ömür-gün yoldaşı, xalq artisti Əminə xanım Dilbazi milli rəqslərimizin mahir ifaçısı kimi tanınıb. Dörd övladının üçü hazırda atalarının yolunu layiqincə davam etdirir.
Tədbirin bədii hissəsi tamaşaçılar tərəfindən maraqla qarşılandı. Xalq artisti Rauf Abdullayevin rəhbəri baş dirijoru olduğu Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında yubilyarın oğlu İsmayıl Hacıyevin dirijorluğu ilə mərhum bəstəkarın bir sıra əsərləri, o cümlədən III IV simfoniyaları, xalq artistləri Fidan Qasımovanın ifasında "Ey gül", Fərhad Bədəlbəylinin ifasında "Ballada" (fortepiano üçün), Şahlar Quliyevin ifasında "Vətən" operasından Mərdanın ariyası, əməkdar artist Yeganə Axundovanın ifasında "Skerso" (Fortepiano orkestr üçün) digər əsərləri yüksək peşəkarlıqla səsləndi alqışlarla qarşılandı.
Sonda bəstəkarın oğlu İsmayıl Hacıyev atasına, onun sənətinə göstərdikləri diqqət qayğıya görə Mədəniyyət Turizm Nazirliyinin, Dövlət Filarmoniyasının rəhbərlərinə ailələri adından minnətdarlığını bildirdi.

Azərbaycan.-2007.-3 iyul.-S.7.