75 yaşlı sənətkar
Fərman Hüseynov yorulmadan çalışır
İyulun 10-da qocaman tarzən Fərman Hüseynovun 75
yaşı tamam olur. 65 ilə yaxındır keçdiyi sənət yolunu o, belə
xatırlayır:
"Sənətçi ailəsində böyümüşəm.
Atam respublikanın əməkdar artisti Şirxan Hüseynov 1925-ci
ildə Opera və Balet Teatrının solisti olub. "Məcnun" və "Koroğlu" rolunun ən məşhur ifaçılarından
biri kimi tanınıb. Muğamlarımızı ustalıqla ifa edərdi. Dağlı məhəlləsində həyət evimiz var idi. Bülbül, Məmmədtağı
Bağırov, Bəhram
Mənsurov, Ağabala
Bünyadzadə və
Gülxar Həsənova
kimi korifeylərimiz bizə tez-tez
gələrdilər. Xalq artisti
Bəhram Mənsurov tarı sinəsinə sıxıb çaldıqca
bu sənətə həvəsimi daha da artırardı. Hətta 9 yaşımda - ad günümlə
bağlı mənə
tar bağışladı. Atam məni "Pioner evi"nə aparıb tar dərnəyinə
üzv yazdırdı.
Artıq
10-12 yaşlarında tarda
muğamları sərbəst
ifa edirdim. 1951-ci
ildə musiqi təhsilimi artırmaq üçün Asəf Zeynallı adına
Bakı Musiqi Texnikumunun tar şöbəsinə
daxil oldum. 1952-ci ildə texnikumu
bitirib indiki Azərbaycan Pedaqoji Universitetinin nəzdində
fəaliyyət göstərən
xalq çalğı
alətləri ansamblına
rəhbər təyin
edildim. 1957-1992-ci illərə
kimi Müslüm Maqomayev adına
Dövlət Filarmoniyasının
solisti oldum. Oradan da təqaüdə çıxdım, artıq
əmək veteranıyam".
F.Hüseynov onu
da vurğuladı ki, Xan əmi,
Mütəllim Mütəllimov,
Əbülfət Əliyev,
Yaqub Məmmədov, Şövkət Ələkbərova
və Sara Qədimova kimi böyük sənətçilərimizi həmişə
tarda müşayiət
edib: "Respublikamızın
bütün bölgələrinə
gedərək kənd
zəhmətkeşləri qarşısında
böyük konsert proqramları ilə çıxışlar etmişik.
1959-cu ildə Moskva şəhərində
keçirilən Azərbaycan
dekadası günlərinin
iştirakçısı olmuşam.
Dünyanın əksər ölkələrində
muğamlarımızı təbliğ
etmişəm. YUNESKO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə
işıq üzü
görən "Qarabağ
xanəndələri" adlı
albomda xalq artisti Yaqub Məmmədovu
tarda müşayiət
etmişəm. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev qocaman sənətkarları unutmur.
Teleqram vasitəsilə mənim
75 yaşımı təbrik
etdi".
F.Hüseynov həmişə xalqımıza sədaqətlə
xidmət edib. Bu gün də
yorulmaq bilmədən
çalışır və
gənc istedadlara sənətin sirlərini öyrədir. Amma ömrünün
bu ahıl çağında qocaman sənətkar maddi çətinliklər içərisində
yaşayır. İnanırıq ki, F.Hüseynovun 75 illik yubileyi təntənəli şəkildə
qeyd ediləcək və onun əməyi
dövlətimiz tərəfindən
layiqincə qiymətləndiriləcək.
Həftə
içi.-2007.-10 iyul.-S.8.