Xatirə

Korlanan zövqü düzəltmək çətindir

Tahir Əkbər Bəstəkar ürəyinin səsi ilə işləməlidir

 

Son zamanlar bəstələnən mahnıların peşəkarlıq baxımından zəif olması, elə bu üzdən dinləyicinin zövqünü oxşamaması tez unudulması haqqında müxtəlif fikirlər səslənir.
   
   Görəsən, səbəb nədir ki, zamanımızda yazılan musiqilər əvvəlkilərlə müqayisədə belə səviyyəsiz görünür? Elə bu sualla bəstəkar Tahir Əkbərə müraciət etdik: "Çox gözəl sual aktual bir məsələdir. Bizim zamanımızda bəstələnən mahnıların indi sevilməsinin dəfələrlə müraciət olunmasının səbəbi, əslində, çox adidir. O vaxtlar yazılan mahnılar bədii şurada dinlənilirdi, sözlərinə baxılırdı, ondan sonra müəyyən qərar verilirdi. Demirəm indi senzura olsun, hər şey yenə bağlı qapılar arxasında həll edilsin. Amma hər halda, bu sahədə hansısa formada bir nəzarət olmalıdır. Yəqin elə ondandır ki, əvvəlki musiqilər zamanın süzgəcindən keçib, yaşayıb, yaşayacaq da".
   Müsahibimiz hazırda mütəmadi olaraq bu mahnılara müraciət olunmasının səbəbini açıqladı: "Müğənnilərin tez-tez bu mahnılara müraciət etməsinin səbəbi həmin mahnıların bədii cəhətdən gözəl olmasıdır. Bilirsiniz, o zamanlar mənim əhatəmdə Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Rauf Hacıyev kimi sənətkarlar var idi. Hər bəstə ilə onların qarşısında imtahan verirdik. Deyirdik, görəsən, Cahangir müəllim deyəcək? Yəni biz bu insanların gözü qarşısında inkişaf etmişik. Deməyim odur ki mühitin bu sahədə rolu danılmazdır. İndi bir həvəskar gəlib demir ki, mənə məsləhətiniz lazımdır. Hamısı özünü dahi bəstəkar sayır. İndi musiqimizdə bir hərc-mərclik, özbaşınalıq hökm sürməkdədir. Adlarını bəstəkar qoyurlar, zənci mahnısından bir hissə, bilim, rus mahnısından bir hissə götürüb Azərbaycan dilində söz yazırlar, sonra aranjeman edib deyirlər mahnı bəstələmişik. Bu, oğurluqdur, plagiatlıqdır, çırpışdırmadır sonda bu cür "bəstəkar"lar ifşa olunurlar! Ziyan da belə mahnıları dinləyən gənclərin zövqünün korlanmasıdır. Korlanan zövqü düzəltmək isə artıq müşkülə çevrilir".
   "Mahnı necə bəstələnməlidir ki, yaşasın" sualına Tahir müəllim belə aydınlıq gətirdi: "Yalnız milli musiqilərə köklənən mahnılar yaşayacaq. Kompüterdə yığılan əcaib səslər musiqi deyil süni güllər kimi bir şeydir. Bəstəkar ürəyinin səsi ilə işləməlidir".
   Bəstəkar söhbətin sonunda bizə bir sirr açdı: "Bunu ilk dəfə sizə deyirəm: fikrim var bir studiyanın nəzdində bəstəkarlıq kursları açım bu sahədə qabiliyyəti olanlar gəlib orada mahnı janrında peşəkar dərs alsınlar".
   

Həftə içi.-2007.-25 iyul.-S.8.