Abduləliyev A.
Azərbaycan mədəniyyətinə layiqli töhfə
"Muğam" jurnalının
ilk sayı işıq üzü gördü
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın Azərbaycan
muğam mədəniyyətinin yaşaması, qorunması
və təbliği istiqamətində çox dəyərli
fəaliyyəti respublika və xarici ölkə
mütəxəssisləri, beynəlxalq qurumlar, sənət
xadimləri və geniş ictimaiyyətimiz tərəfindən
yüksək qiymətləndirilir. Muğamsevərlər, muğam hikmətinin sərrafları, milli-mədəni dəyərlərin
bugünkü və gələcək taleyinə
biganə qalmayan bütün insanlar onun bu sahədəki
uğurlu fəaliyyətini
daim razılıqla, rəğbətlə qarşılayırlar.
Muğamlarımızın, xanəndələrimizin, tarımızın,
kamanımızın, balabanımızın,
dəfimizin həyat ritmli, gözəl,
ecazkar, hikmətli, qüdrətli səs-sədaları dünyanı
fəth etdikcə Azərbaycanın da beynəlxalq mövqeyi, dəstəyi güclənir,
bu gözəl səsi eşidən və qəbul edən ölkələrin
və xalqların sayı və miqyası durmadan artır, bununla mədəniyyətimizlə daha
çox tanınırıq
və sevilirik.
Yaşadığımız informasiya əsrində,
daim yeniləşən
və qloballaşan müasir dünyada min illərlə yaşı olan milli-mədəni sərvətlərimizin, o
sıradan ənənəvi
muğam sənətinin
dövlət səviyyəsində
çox ciddi diqqət və qayğı ilə əhatə olunması, əlbəttə, millətlər
içində bizim də bir
millət olaraq tarixi imzamızı əbədi yaşadır,
ulu və möhtəşəm etnik-tarixi
genimizə bağlılığı
təmin edir, milli-mədəni gələcəyimizə etibarlı
təminat yaradır. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətimizin hamisi
kimi daşıdığı
çox çətin,
məsul və şərəfli tarixi missiyanın əsas xəttini təşkil edən ictimai-humanist və siyasi-mədəni qayə məhz budur.
Bu xüsusda Mehriban xanım Əliyevanın ideyası, təşəbbüsü
və dəstəyi ilə meydana gələn, onun rəhbərliyi ilə Azərbaycanın qeyri-maddi
mədəniyyətinin inkişaf
konsepsiyası kimi formalaşan və uğurla reallaşan möhtəşəm Muğam
Layihələrini müasir
mədəniyyətimizin hadisəsi kimi nümunə
göstərmək yerinə
düşər. Tarixən çox
qədim, məzmun və formaca çox zəngin olan, müasir bədii-estetik tələbləri ödəyə
bilən professional muğam incəsənəti
vasitəsilə Azərbaycan-dünya dialoqunu qurmaq, xalqlararası mədəni anlaşmaya və ünsiyyətə nail olmaq, muğamın
möhtəşəm-bəşəri
sənət dili
ilə Azərbaycan xalqının tarixi qədimliyini, mənəvi
böyüklüyünü, sivil və humanist
keyfiyyətlərini, bədii
təfəkkür zənginliyini
başqa-başqa xalqlara
aşılamaq muğam
layihələrinin əsas
məqsədidir. Beləliklə,
Azərbaycan muğamını
dünəndən bu günə, bu gündən sabaha, sabahdan əbədi gələcəyə aparan
Muğam Layihələrini
bir daha oxucuların nəzərinə
çatdırırıq. Bunlar
- Muğam-İrs Layihəsi,
Muğam-Dəstgah Layihəsi, Muğam Ensiklopediyası Layihəsi,
Muğam-İnternet Layihəsi,
Muğam - Antologiya Layihəsi, Muğam Dünyası Layihəsi, Muğam Mərkəzi Layihəsidir.
Muğam Layihələrinin
sayının yeddi olması da təsadüfi deyil. Bu rəqəmin kodlaşmış simvol olması tarixlər boyu qədim xalqların, o cümlədən azərbaycanlıların
mifologiyasında, qayaüstü
yazılarında, bədii
düşüncə məhsullarında,
folklorunda təsdiqini tapmışdır. Atmosferin 7 qatı,
Günəş sisteminin
7 planeti, yeddi rəng, yeddi səs, yeddi ilmə, "yeddi gün-yeddi gecə gedilən yol", Koroğlunun 7777 igidi, yeddirəngli göy qurşağı, Şərqin
yeddi sayda əsas muğam-makamlarıE
Muğamın "dunya
mədəniyyətinin şah
əsəri" statusunu
təsbit etmək, onun qiymətini və dəyərini hər zaman
uca tutmaq, muğamı canlı ifada qorumaq, yaşatmaq və təbliğ etmək, elmin müasir tələbləri ilə
araşdırmaq məqsədilə
həyata keçirilən
beynəlxalq, tədbirlərin
sırasına daha biri də daxil
oldu. Bu günlərdə beynəlxalq
"Muğam" jurnalının
ilk sayı işıq üzü gördü. Bu xoş xəbəri bütün muğamsevərlər,
sənət xadimləri
və mütəxəssislər
sevinclə qarşıladılar.
Azərbaycan, ingilis və rus dillərində
nəşr olunan
"Muğam" jurnalının
təsisçisi Azərbaycan
Mədəniyyətinin Dostları
Fondu, baş redaktoru Mehriban xanım Əliyevadır.
Jurnal baş redaktorun ön sözü ilə başlayır. Burada jurnalın məqsədləri,
profili barədə də ətraflı məlumat verilir, muğam incəsənəti,
Muğam Layihələri
haqqında maraqlı fikirlər ifadə olunur. "Muğam"
dərgisinin öz üzərinə götürdüyü
məqsəd və vəzifələr, muğamın
tarixi-ənənəvi
və müasir professional incəsənət
növü kimi cəmiyyətdə oynadığı
rol, Azərbaycanın
Şərq muğam-makam
incəsənəti sahəsində
aparıcı elmi-mədəni ölkəyə çevrilməsi
və bu kimi aktual məsələlər
baş redaktor, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ön sözündə əksini tapır: "Diqqətinizə təqdim
olunan jurnal adi nəşrlərdən
biri deyil. Ona qeyri-adilik verən, onu digərlərindən özünəməxsusluğu ilə fərqləndirən
başlıca cəhət
bu jurnalın bütövlükdə muğam
sənətinə, muğam
aləminə və muğam fenomeninə həsr olunması ilə bağlıdır.
Məhz bu səbəbdən belə
bir jurnalın nəşrə hazırlanması
prosesi də qeyri-adi olmuşdur. Muğam ətrafında aparılan müzakirələr
bu işin ayrılmaz tərkib hissəsini təşkil edir. İncəliklərə
varmadan yalnız onu qeyd etmək
kifayətdir ki, bu jurnalın konsepsiyası kəskin diskussiyalar nəticəsində
yaranmışdır. Həmin
konsepsiyaya əsasən,
yaranacaq jurnal nə sırf elmi nəşr olmalı, nə də ki, həddən
ziyadə populyar bir toplu xarakteri
daşımalıdır."
Beynəlxalq dillərdə
də nəşr olunan jurnalın konsepsiyasını daha bir aktual ideya
da zənginləşdirir.
Belə ki, muğamın elmi araşdırılması jurnalın
əsas məqsədlərindən
biridir.
"Muğam" ( "MUGNAM",
"MUQAM") jurnalının nəşri yalnız müasir Azərbaycan mədəniyyətində deyil,
ümumən müasir
dünya mədəniyyətində
önəmli hadisədir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
xalq artisti, professor Firəngiz Əlizadənin "Muğam
sənəti dünya
musiqisi kontekstində"
məqaləsi, qədim
musiqi alətlərimizi
bərpa edərək
onları yenidən ifaçılıq sənətinə
qaytaran Dövlət Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəri, professor Məcnun Kərimovla sənətşünaslıq
doktoru, professor Səadət Abdullayevanın
apardığı müsahibə,
xalq artisti, dünya şöhrətli
muğam ustası Alim Qasımovun sənət haqqında düşüncələri, professor
Fərəh Əliyevanın
XX əsr milli musiqisinin hadisələrinə həsr etdiyi qısa xronoloji məlumatları jurnalın ilk sayının mündəricəsini
təşkil edir. Maraqla qarşılanan materiallardan biri də "Muğam antologiyası" layihəsi
çərçivəsində Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun təşəbbüsü və
dəstəyi ilə nəşr edilən orta əsr musiqişünaslıq
əsərləri haqqındadır.
Bu bölmədə Fətullah Şirvaninin
"Musiqi məcəlləsi"
(XV), Səfiəddin Urməvinin
"Şərəfiyyə" və "Kitabül-ədvar" risalələri
haqqında məlumat almaq olar. Maraqla
oxunan daha bir material isə
qeyri-musiqi sahəsində
işləyənlərin, tələbələrin,
gənclərin muğam
sənətinə münasibətini
əks etdirir və burada oxucular müxtəlif müqayisələrlə, fikirlərlə
qarşılaşa bilərlər.
Bütün bunlarla yanaşı, jurnalın müasir tələblərə
cavab verən daha bir üstün
cəhətini də vurğulamaq istəyirik. Belə ki, dərginin
audio materiallarla təmin olunması dünyanın müxtəlif
ölkələrində muğamın
canlı dinlənilməsini
təmin edəcəkdir.
Bu da öz
növbəsində muğam
incəsənətinin təbliği
və yayılmasında
jurnalın rolunu və nüfuzunu daha da artıracaq,
Azərbaycan musiqisinə
yalnız oxucu deyil, dinləyici marağını da gücləndirəcəkdir.
Azərbaycan.- 2007.- 29 iyul.- S. 4.