Mehdixanlæ T.

 

İkinci ömrünü yaşayanlar

 

Maestro Niyazi demişdir: "Üzeyir bəy təkcə bənzərsiz yaradıcılığı ilə yox, həm də alicənablığı, qayğıkeşliyi ilə yaddaşlarda qalıb. O, ömrü boyu çalışıb ki, xalqımızın mədəni səviyyəsi daha da yüksəlsin. Neçə-neçə gəncə qayğı göstərib, diqqətini, sevgisini onlardan əsirgəməyib. Dahi bəstəkarın inandığı, ifa qabiliyyətini bəyəndiyi sənətçilərdən biri sevilən tarzən, sınaqlardan məğrur çıxmış Əliağa Quliyevdir..."
Ə.Quliyev 90 il əvvəl Şamaxıda anadan olmuşdu. 1918-1920-ci illərdə ermənilərin ərazidə törətdikləri müsibətlər onun göz yaddaşında qalmışdı. Anasından layla əvəzinə nalə, ağı eşitmişdi. Tale elə gətirdi ki, onlar Bakıya köçdülər.
Tara qarşı sevgi yeniyetmə Əliağanın qanında idi. Saatlarla val dinləyər, ləzzət alar, özü çalmaq istəyərdi. Axır ki, arzusuna çatdı. İlk günlər simləri kökləməyi bacarmadı. Mizrabı əlində saxlaya bilmədi. Ancaq onun tara məhəbbəti güclü çıxdı. Qayğıkeş insanlardan, ustad sənətkarlardan musiqi alətinin incəliklərini öyrəndi. İfa etdiyi xalq mahnıları, muğamları ilə tanındı. A.Zeynallı adına Musiqi Texnikumuna qəbul oldu. On beş yaşında ikən Üzeyir bəy ona uğurlar arzuladı. Ə.Quliyev xatırlayırdı: "Üzeyir bəy yenicə başa çatdırdığı "Koroğlu" operasında simfonik orkestrlə birgə tar partiyalarını çalmağı mənə təklif etdi. Demək, dahi şəxsiyyətin etimadını qazanmışdım". O, 1936- ildə Opera Teatrında radionun orkestrində daimi işləməyə başladı.
Əliağa Quliyevin özünəməxsus ifa qabiliyyəti, incə zövqü vardı. Həmkarları Mansur Mansurov, Qurban Pirimov, Əhməd Bakıxanov ilə dostluq edərdi. Ölkəmizdə, başqa şəhərlərdə təşkil olunan musiqi festivallarının fəal
iştirakçılarından biri idi. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənət ongünlüyündə yüksək mükafata layiq görülmüşdü. AmmaE Müdriklər demiş: "Sən saydığını say, gör bir fələk sayır". İkinci Dünya müharibəsi başlayandan az sonra onu cəbhəyə apardılar. Şair-publisist Zülfüqar Şahsevənli "Səni kim unudar?.." məqaləsində yazıb: "ENövbəti hücumların birində ona tarını basdırmağı əmr etmişdilər. Əliağanın sevdiyi aləti atmağa, basdırmağa hünəri çatmadı, paltarına büküb Ukraynanın qarlı-çovğunlu çöllərindən doğma Bakıya göndərdi. Aylarla yol gələn, sahibinə sədaqətli olan tar odun-alovun, tufan-boranların içindən salamat çıxıb doğma ünvana çatmışdı. Sahibinin paltarına bükülməsini görənləri isə kiritmək mümkün deyildi. Elə bildilər ki..."
Varşava uğrunda döyüşlərin birində artıq kapitan rütbəli Əliağa ağır yaralandı. Aylarla hospitalda müalicə aldı. Nəhayət, müharibənin qələbə ilə başa çatması sorağını eşitdi. Könlündən kövrək hisslər keçdi. Tarı sinəsinə basıb "Segah" çalmaq istədi. Tar isə uzaqlardaydıE
1946- ildə qanlı-qadalı döyüşlərdən can qurtarıb vətənə qayıdanda doğmaları-tanışları az qala onu tanımadılar. Hərbi geyim Əliağanı daha da əzəmətli göstərirdi. Sinəsindəki orden-medallar parıldayırdı. Elə ki, divardan asılmış tarı götürdü, kökləyib "Bayatı Şiraz" çaldı, daha şübhə qalmadı ki, bu, yasını saxladıqları əzizləridir.
İstedadlı tarzən mülayim təbiətli insan yaxşı müşayiətçi idi. İllər boyu görkəmli müğənnilərdən B
ülbülü, Xan Şuşinskini, Şövkət Ələkbərovanı, Zülfü Adıgözəlovu, Seyid Şuşinskini, Əbülfət Əliyevi, İslam Rzayevi, Arif Babayevi başqalarını tarda müşayiət etmişdi. Bacarıqlı ansambl rəhbəri kimi tanınmışdı. Uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında Xalq Çalğı Alətləri ansamblı kollektivinin rəhbəri olmuşdu. Qayğı göstərməyi özünə borc bilərdi. O dövrü əməkdar artist, sevilən müğənni Yaqut Abdullayeva ehtiramla xatırlayır: "Əliağa müəllim həssas, diqqətcil insan idi. Tanıdığı adamların uğurlarına ürəkdən sevinərdi. Mən mahnılar, təsniflər ifa etmək istəyirdim. Xoş təsadüf nəticəsində ustad sənətkarla rastlaşdım. Məqsədimi bilcək, gülümsəyib: "İfanı eşitmişəm, qızım. Şirin, məlahətli səsin var. İstədiyin vaxt ansamblımızla məşq etməyə gələ bilərsən", - dedi. Ürəkləndim, qürur hissi duydum. Bir neçə bəstəkar, xalq mahnılarını lentə yazdırdım. Əliağa müəllimi tarımıza heykəl qoyan sənətkar kimi tanımışam, tanıyıram daE"
Ə.Quliyev bir zamanlar sənət məbədi kimi tanınmış filarmoniya baxımsızlıq ucbatından yararsız hala düşdüyünd
ən, onun qapılarını bağlı görəndə deyərdi ki, vərdişimi yadırğaya bilmirəm. Yoxsa bu tərəflərə gəlmərəm. Əgər Heydər Əliyev hakimiyyətdə olsaydı, vallah, çoxlarının evindən əziz bildikləri məbədin qapısı bağlı qalmazdı. O, Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Komitəsinin sədri, professor Qurban Yusifzadəyə məktub yazmışdı: "EMilli musiqi aləti olan tarın tanınmasına, sevilməsinə can yandıranlar çox olub. Sizin xidmətiniz az deyil. Bəhram Mansurovu, Əhsən Dadaşovu, Baba Salahovu ekranda görəndə sevinirəm. Mikayıl Müşfiq demiş: "Oxu tar, səni kim unudar?". Sağ olun ki, onu susmağa qıymırsınız".
Əliağa müəllim 1971-ci ildə Moskvada Ümumdünya musiqi konqresində, 1973-cü ildə Alma-Atada Asiya ölkələri xalqlarının musiqi festivalında, 1983-cü ildə "Daşkəndin qızıl payızı" müsabiqəsində, YUNESKO-nun xətti ilə keçirilən bir çox başqa t
ədbirlərdə ölkəmizi layiqincə təmsil etmişdi. Fəaliyyəti ərzində Ü.Hacıbəyovun əsərləri onun ifasında çox səslənmişdi. Onlar hazırda "qızıl fond"da saxlanılır. Özünün nota aldığı "Dağlar", "Alyanaq", "Vüsal" lirik, həzin mahnıları dillər əzbəridir.
Əliağa Quliyev dünyanın çox yerində milli musiqi alətimizi sevdirmişdi. O, unudulmaz Rəşid Behbudov Zeynəb Xanlarova ilə birgə 30 xarici ölkədə - Asiya, Afrika Avropanın iri şəhərlərində rəngarəng konsert proqramları ilə çıxış etmiş, dəfələrlə müxtəlif mükafatlarla təltif olunmuşdu. Xalq artisti fəxri adına layiq görülmüşdü. Musiqi tariximizdə iz qoymuş Ə.Quliyev dönə-dönə xatırlanır, yaddan çıxmır. 90 illik yubileyi fərəhlə qeyd olunur. Əlamətdar günlərdə onu yaxından tanıyanların ürək sözlərini eşitdik:
Bəxtiyar Vahabzadə, xalq şairi: - Yaxşı insanlar sadəcə olaraq qeyb olurlar. Xeyirxah əməllərinə görə haqq dünyasında da Əliağanın yeri behiştlikdir.
Süleyman Abdullayev, müğənni: - Atam, anam mənə yeriş öyrətdi, rəhmətlik Əliağa əmi sənət. Onun ürəyi məşəl kimi yanırdı. Çoxlarının yoluna işıq salmışdı.
Eldar Mansurov, əməkdar incəsənət xadimi: - Atamın ən yaxın dostu idi. Bir-birinin ayrılığına dözmədilər. Allah o dünyalarını versin...
Ə.Quliyev Opera Balet Teatrında oynanılan neçə-neçə əsərlərdə solo çalğısı ilə tamaşaçıların rəğbətini qazanmışdı. Unudulmaz sənətkar həm nümunəvi ailə başçısı, iki oğul, beş qız atası idi. Övladlarının ali təhsil almalarının qayğısına qalmışdı. Uzun illər A.Zeynallı adına Musiqi Məktəbində dərs demişdi. Yetirmələri ilə fəxr edərdi. Artıq neçə ildir ki, dünyasını dəyişib. Xalq artisti Arif Babayev demiş: "O, indi yaddaşlarda ikinci ömrünü yaşayır".

Azərbaycan
.-2007.- 5 iyul.- S. 8.