Mehdixanlı T.
Sağlığında
klassikə çevrilən
bəstəkar
Vaxtilə
dahi Üzeyir Hacıbəyovun etimad göstərdiyi, istedadına
inandığı şagirdlərindən
biri də Tofiq Quliyev olub.
Sonralar Tofiq Quliyev yaradıcılığı
ilə sübut etdi ki, Üzeyir
bəy zənnində
yanılmayıb. O, dünyasını
dəyişsə də
daim xatırlanır, yad olunur. Yadigar qalmış
əsərləri isə
əsl klassikadır.
90 illik yubileyinin qeyd edilməsi barədə Prezidentin imzaladığı sərəncam
doğmaları, dost-tanışları ilə
bərabər, bütün
xalq tərəfindən
sevinclə qarşılanıb,
yaradıcılığı, ömür yolu yenidən xatirələrdə
oyanıb.
Xalq artisti, bəstəkar Vasif Adıgözəlov Tofiq Quliyevin sadiq dostu idi. Uzun
illər onunla əməkdaşlıq etmiş,
eyni ünvanda işləmişdilər. V.Adıgözəlovdan
eşitdiklərimizi xatırlayırıq:
"Rəhmətlik abır-həyasını
gözləyən, gərgin
yaradıcılığının bəhrəsindən mənəvi
zövq alan sənətkar idi. Əgər o, yalnız bircə "Nişan üzüyü"
mahnısını bəstələsəydi,
inanın, yenə də sevilərdi".
Tofiq Quliyev həm də qayğıkeş ailə
başçısıydı. Günlərin birində qızına elçi gəldi, el adəti ilə nişan mərasimi keçirildi. AmmaE Qəfil əcəl ərgan balasının başı üstünü
aldı. Ata iniltili, göynərtili həmin mahnını da elə o
vaxt bəstələdi.
"Nişan üzüyü" tez bir zamanda dillər
əzbəri oldu. Şövkət Ələkbərova,
Sara Qədimova, Fatma Mehrəliyeva, Əbülfət Əliyev
o kədərli melodiyanı elə səsləndirərdilər ki,
sanki işıqlı
dünya ilə qaranlıq dünya qovuşurdu. Kimi təskinlik tapır, kimi də köks
ötürürdü. Təəssüf
ki, yanğılar, intizarlar dünyasını
nakam dəyişmiş
gəncə çatmırdı...
T.Quliyev 1934-cü ildə
Azərbaycan Dövlət
Konservatoriyasına daxil
olmuş, Üzeyir bəyin sinfində oxumuşdu. Dahi bəstəkardan daim qayğı görər, sənətin sirlərini öyrənərdi. Ali təhsilini başa vuran ili Üzeyir
bəyin təşəbbüsü
ilə Moskva Konservatoriyasına, sonra isə aspiranturasına qəbul oldu. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının
birinci katibi, sədri, Dövlət Filarmoniyasının bədii
rəhbəri və direktoru, "Azərbaycanfilm"
kinostudiyasında baş
musiqi redaktoru işlədi. Tofiq Quliyev eyni zamanda
Moskva Dövlət Filarmoniyasında Bethoven, Çaykovski, Ü.Hacıbəyov,
Q.Qarayev, C.Hacıbəyov
və başqa dahi bəstəkarların
əsərlərini ifa
edən simfonik və estrada orkestrlərinə dirijorluq
edirdi.
Bəstəkarın istedadı
və yaradıcılığı
xalq tərəfindən
hədsiz sevildiyi kimi, dövlət tərəfindən də
yüksək qiymətləndirilmişdir.
O, əməkdar incəsənət xadimi, xalq artisti kimi
fəxri adlara, orden və medallara
layiq görülmüş,
respublika Ali Sovetinə deputat seçilmişdir.
Əsərlərinin musiqi
dili sadə, milli koloriti isə zəngin idi. İndiyəcən bəstəkarın "Sənə
də qalmaz",
"İlk bahar",
"Sevgilim", "Sən
mənim, mən
sənin", "Bəxtəvər
oldum" mahnıları
həvəslə oxunur.
Şövkət Ələkbərova
deyirdi ki, "Bəxtəvər oldum"u ifa edəndə
özümü bəxtəvər
sayırdım.
T.Quliyev kino musiqisi sahəsində
də sənət zirvəsinə ucalmışdı.
"Bəxtiyar", "Sevimli
mahnı", "Görüş",
"Qızmar günəş
altında", "Telefonçu
qız", "Ögey
ana", "Nəsimi"
və ümumiyyətlə
15 bədii filmə musiqi bəstələmişdi.
"Ögey ana" filmində İsmayıl obrazını yaradan Ceyhun Mirzəyev:
"Bilmirdim doğma anasını itirən uşağın obrazını
necə oynayım. Belə vaxtda Tofiq müəllimin musiqisi məni kövrəltdi. Anadan yetim qalmış uşaqların halı gözlərim önündə
canlandı". T.Quliyev
olduqca məhsuldar bəstəkar idi. Bunu müxtəlif teatrlarda tamaşaya qoyulan 50 səhnə əsərinə
musiqi yazması da sübut edir.
"Şirvan gözəli",
"Qəribə adam",
"Uzaq sahillərdə",
"Entoni Qrantın cinayəti", "Şərqin
səhəri" və
başqa tamaşalar həm də onun musiqisi ilə
şöhrət tapmışdır.
Görkəmli teatr rejissorları Adil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımovla yaradıcılıq əlaqəsi
saxlayan T.Quliyev həmçinin pedaqoq kimi böyük nüfuz qazanmışdı.
O, Musiqi Akademiyasının
professoru idi. Xalq artisti, professor
Ramiz Quliyev: "Tofiq müəllim sadə, həssas ürəkli, geniş qəlbli, diqqətcil insan idi. Tələbələrinin
uğuruna sevinərdi.
Onların yaradıcılığı
ilə maraqlanar, istiqamət verər, köməyini, qayğısını
əsirgəməzdi. Neçə
gəncə Bəstəkarlar
İttifaqına üzv
olması üçün
zəmanət vermişdi,
mənzil almalarına
kömək etmişdi.
Müsbət əməllərinə,
xoş cəhətlərinə
görə ustad sənətkar heç vaxt unudulmayacaq, ikinci ömrünü əsərlərində, bir
də dinləyicilərin,
yaxşılıq etdiyi
insanların xatirələrində
yaşayacaq".
T.Quliyev həm də zərif, həssas duyumlu insan idi. Xüsusən
ömrünün ahıl
çağında həddən
artıq kövrək
olmuşdu. Xalq yazıçısı İ.Əfəndiyevin
vida mərasimində onun qısa, lakin mənalı, küskün çıxışını
unutmaq olmur: "Əzizim İlyas, illər boyu səninlə dostluq etmişəm. Bir-birimizi görməyəndə darıxardıq.
İndi sən əbədi ayrılırsan,
bəs mən neyləyim?! Ruhun şad olsun! Yanında yer saxla. Tezliklə görüşəcəyikE"
Görkəmli sənətkarın
80 yaşı yüksək
səviyyədə qeyd
olundu. O,"İstiqlal"
ordeninə layiq görüldü və ali mükafatı bəstəkara ulu öndərin şəxsən
özü təqdim etdi. Amma xəstəxanadaE
Neçə illərdir
ki, görkəmli bəstəkar, pedaqoq Tofiq Quliyev dost-tanışlarından, onu
sevənlərdən həmişəlik
ayrılıb. Yaşasaydı,
90 yaşı tamam olacaqdı.
Azərbaycan.-2007.-12 iyul.-S.5.