Milli Konservatoriya ilə
Azərbaycan Milli Konservatoriyası ilə Tehran Universiteti arasında əməkdaşlıq
memorandumu imzalanmışdır.
Sənəddə təhsil müəssisələri
arasında 5 istiqamətdə
əməkdaşlıq nəzərdə
tutulur. Müqaviləyə əsasən Milli
Konservatoriya və
Tehran Universiteti arasında
müştərək tədqiqatlar
aparılacaq, müxtəlif
elmi mövzularda iclas və seminarlar
təşkil olunacaq, eləcə də informasiya, təcrübə,
tələbə və
müəllim mübadiləsi
reallaşdırılacaqdır. İxtisaslaşdırılmış təhsil proqramının
təşkilində geniş
imkanlar yaradan müqavilə 5 il
müddətinə nəzərdə
tutulmuşdur.
Milli Konservatoriyanın
rektoru, xalq artisti, professor Siyavuş Kərimi demişdir ki, biz Tehran Universitetində olduq.
Ustad siniflərində bizim musiqiçiləri dinlədilər.
Orada tələbələr Azərbaycan
Milli Konservatoriyasında
təhsil almağın
yollarını soruşurdular.
Müqavilə imzalandıqdan sonra
qarşıda duran başlıca məqsəd
yeni dərs ilində Tehran Universitetində
tədris olunan dərsliklərin Azərbaycan
dilinə tərcüməsi
və qısa müddətdə ölkəmizə
gətirilməsidir.
Xalq qəzeti.- 2007.- 15 iyul.- S. 6.