Mədəniyyətimizin və mədəni
incilərimizin hamisi"
kitabının təqdimatı
olmuşdur
İyulun 6-da Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət
və Turizm Nazirliyinin, Beynəlxalq Musiqi Şurası Azərbaycan Milli Komitəsinin nəşr etdirdiyi "Mədəniyyətimizin
və mədəni incilərimizin hamisi" kitabının təqdimatı
keçirilmişdir. Heydər Əliyev
Fondunun və Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyət
sahəsində fəaliyyətinə
dair dövri mətbuat materiallarının
(1995-2007-ci illər) toplandığı,
Milli Elmlər Akademiyasının müxbir üzvü Sevda Məmmədəliyevanın
tərtibçisi və
redaktoru olduğu kitab YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın sözləri ilə açılır: "Azərbaycanın
birinci xanımı Mehriban xanım Əliyeva on il bundan öncə
Azərbaycan Mədəniyyətinin
Dostları Fondunu yaratmış və həmin Fondun çərçivəsində böyük işlər görülmüşdür. Mən
onun bu sahədəki
fəaliyyətini izləyir
və yaxından öyrənirdim. Mən gördüm ki, bu sahədə Mehriban xanımın xidmətləri əvəzsizdir
İndi o, nəinki Azərbaycanda, həm də regional miqyasda, hətta deyərdim ki, qlobal miqyasda
fəaliyyət göstərir".
Mərasim iştirakçıları
əvvəlcə Mehriban
xanımın mədəniyyətimizə
qayğısını əks
etdirən videofilmə
baxmışlar.
Tədbiri açan mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev YUNESKO-nun xoşməramlı səfiri
təyin olunduqdan sonra Mehriban xanımın Azərbaycan
mədəniyyətinin inkişafı,
qeyri-maddi mədəni
irsin, o cümlədən muğamın
qorunması, təbliği,
onun bəşəriyyətin
inciləri siyahısına
daxil edilməsi sahəsində böyük
işlər gördüyünü
vurğulamışdır. O demişdir ki, bu kitabda toplanmış
materiallar Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları
Fondunun həyata keçirdiyi tədbirlərin
yalnız bir qismini əks etdirir. Gənclərimiz bu kitabdan bəhrələnməklə
özləri üçün
xalqımıza və
ölkəmizə, Azərbaycanın
xoşbəxt gələcəyinə
xidmət örnəyi
seçəcək, mənəvi
fayda götürə
biləcəklər. Nazir
Azərbaycan Prezidentinin
qayğısına cavab
olaraq, mədəniyyət
işçilərinin daha
səylə işləyəcəklərini
vurğulamış, təqdim
olunan kitabın rus və ingilis
dillərində də
nəşrinin hazırlandığını
bildirmişdir.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Yazıçılar
Birliyinin katibi, xalq yazıçısı
Çingiz Abdullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Hicran Hüseynova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun
direktoru, akademik Rasim Əfəndiyev, Milli Konservatoriyanın
rektoru, xalq artisti Siyavuş Kərimi çıxışlarında
Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü genişmiqyaslı işlərdən
danışmışlar. Bildirilmişdir ki, Qobustan tarixi-bədii və İçərişəhər tarixi-memarlıq qoruqlarının YUNESKO-nun
Dünya Mədəni
İrs siyahısına
salınmasında, oncildlik
"Azərbaycan xalq musiqisinin antologiyası"
adlı fundamental tədqiqat əsərinin
7 cildinin nəşrində,
"Muğam-antologiya" layihəsi
çərçivəsində Səfiyəddin Urməvinin
"Şərəfiyyə risaləsi" və
"Kitabi-ədvar",
Fətullah Şirvaninin
"Musiqi məcəlləsi"
əsərlərinin çap
olunmasında Mehriban xanımın şəxsi
təşəbbüsü böyük rol oynamışdır. Hazırda
onun rəhbərliyi altında "Muğam ensiklopediyası" hazırlanır,
Muğam Mərkəzi
inşa edilir. Xüsusi vurğulanmışdır
ki, Mehriban xanımın şəxsiyyətinə,
onun milli və ümumbəşəri
mədəniyyətin tərəqqisi
naminə fəaliyyətinə
ictimai maraq çox yüksəkdir. Təqdim olunan kitab buna bir
növ cavabdır. Nəşrdə yeddi bölmədə qruplaşdırılmış
materiallarda ölkənin
birinci xanımının
tarixi keçmişimizə
sədaqəti, xalqımızın
milli-mədəni dəyərlərinə övlad
qayğısı barədə
geniş məlumat verilir. Oxucular Mehriban Əliyevanın
əsl vətəndaş
mövqeyinin, çoxcəhətli
fəaliyyətinin ölkəmizin
hüdudlarından kənarda,
o cümlədən nüfuzlu beynəlxalq təşkilatlarda da çox yüksək qiymətləndirildiyini təsdiqləyən
materiallarla da tanış ola biləcəklər.
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və respublikanın tanınmış
incəsənət ustaları
maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Azərbaycan.-2007.-7 iyul.-S.2.