Salmanov R.
Tədris ili
başa çatdı, müvəffəqiyyətlər davam
edir
Bülbül
adına Musiqi Məktəbinin yaradıcılıq
sevincləri ilə dolu tədris ili başa çatdı. Dərslər, imtahanlar artıq
arxada qalmışdır.
Şagirdlərin ifaçılıq
təcrübələri püxtələşərək
gündən-günə
artır. Bütün
bu prosesin ən böyük nəticəsi isə böyük səhnədir.
İyunun 29-da M. Maqomayev adına
Azərbaycan Dövlət
Filarmoniyasında respublikanın
xalq artisti, maestro Rauf Abdullayevin
rəhbərlik etdiyi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiətilə
Bülbül adına
Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin tədris
ilinin yekununa həsr olunmuş ənənəvi hesabat
konserti keçirildi.
Konsertə dəvətli qonaqlar
sırasında respublikanın
tanınmış incəsənət
xadimləri, xarici ölkə səfirliklərinin
nümayəndələri, eləcə də çoxluq təşkil edən gənc ifaçıların valideynləri
vardı. Konserti giriş sözü ilə açan məktəbin direktoru, fəlsəfə elmləri
doktoru professor Nigar Cərullaqızı təməli
dahi bəstəkarımız
Üzeyir Hacıbəyov
tərəfindən qoyulmuş
məktəbin 70 ildən
çox tarixə malik olduğunu və bu illər
ərzində musiqi mədəniyyətimizin inkişafı
və tərəqqisində
misilsiz xidmətləri
olan dünya şöhrətli bəstəkar
və musiqiçilər yetirdiyini qeyd etdi. Heç
də təsadüfi olmayaraq məktəbin altı əlaçı şagirdinin Prezident təqaüdünə layiq
görüldüyünü xüsusi qeyd etdi. Daha sonra mətbuata
göstərdiyi diqqət
və qayğıya görə Nigar Cərullaqızına Azərbaycan
Kütləvi İnformasiya
Vasitələri İşçiləri
Həmkarlar İttifaqı
rəyasət heyətinin
qərarı ilə “Qızıl Qələm” mükafatı təqdim olundu.
Konsertdə X sinif şagirdi Zakir Teymurxanlının oxuduğu
Üzeyir Hacıbəyovun
“Arşın mal alan” operettasından — Əsgərin ariyası,
XI sinif şagirdi Bəhruz Zeynalovun tarda ifa etdiyi
H. Xanməmmədovun 2 saylı konserti,
Prezident təqaüdçüsü,
IV sinif şagirdi Nərmin Nəcəflinin,
pianoda ifa etdiyi Motsartın 20 saylı konserti, Toğrul Hüseynli, Qəmər Mahmudova, Elmira Süleymanova, Anar Seyidov, Cəmilə
Qarayusifli, Təhminə
Abdullayeva və Ümidə Abbasovanın çıxışları tər
çiçəklə və
sürəkli alqışlarla
qarşılandı.
Xalq qəzeti.- 2007.- 1 iyul.- S. 6.