Azərbaycan Evrovisiona yaxınlaşır
Bir müddət
əvvəl İctimai
Televiziyanın Avropa Yayımlar Birliyinə Azərbaycanın "Evrovision"da iştirakı ilə bağlı ünvanladığı müraciətə
mənfi cavab verilməsi barədə müəyyən fikirlər
səsləndirildi. Lakin
şirkət nümayəndələri
yayılan xəbəri
təsdiq etməmişdi.
Ötən gün xəbər aldıq ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Avropa Yayımlar Birliyinə üzv qəbul edilib. Bu barədə
şirkətin ictimaiyyətlə
əlaqələr və
monitorinq şöbəsindən
məlumat verilib. Xəbərdə bildirilir
ki, qərar Avropa Yayımlar Birliyinin İstanbulda keçirilmiş Baş Assambleyasında qəbul olunub. Dünyanın nüfuzlu yayım birliyinə qəbul olunması münasibəti
ilə təşkilatın
qərarını qurumun
baş direktoru Æan Reveillon İTV-nin rəhbəri İsmayıl Ömərova
ünvanlayıb. O, sıx
əməkdaşlıq əlaqələrinin
qurulmasını məktubda
qeyd edib. Eyni zamanda vurğulanıb
ki, birliyin müvafiq departamentləri
sözügedən telekanalla
daha yaxın əlaqə saxlayacaq, əməkdaşlarını müvafiq
qanunlar və təcrübə keçmək
üçün qaydalarla
tanış edəcək.
Qeyd edək
ki, bundan sonra İTV-nin xüsusi əhəmiyyət
verdiyi əsas məsələlərdən biri
Azərbaycanın "Evrovision"
mahnı müsabiqəsində
təmsil edilməsinə
nail olmaqdır. Bu arada Əməkdar
artist Tünzalə Ağayeva Azərbaycanı
"Evrovision"da təmsil etmək niyyətini açıqlayıb.
O bildirib ki, azərbaycanlı müğənnilərin
bu müsabiqədə
iştirakı musiqimizin
dünyada tanınmasına
səbəb olacaq. Müğənni eyni zamanda bildirib ki, İctimai Televiziyanın Avropa Yayımlar Birliyinə üzv qəbul edilməsi uğurlu nəticədir. Müğənni
qeyd edib ki, bugünkü dövrdə Azərbaycan musiqisi ölkə hüdudlarını aşaraq
dünya səhnəsində
təmsil olunmalıdır.
Bunun üçün
o, ilk addım
olaraq sözügedən
müsabiqədə təmsil
olunmağımızı vacib
hesab edib. Müğənnilər arasında
seçim aparanda öncə müğənni
öz namizədliyini irəli sürüb. O bildirib ki, bir
azərbaycanlı kimi
bu müsabiqədə
iştirak etmək onun da arzusu
olub. Musiqi yarışmalarında kifayət
qədər təcrübə
topladığını xatırladan
müğənni özünü
dünya yarışmasına
hazır gördüyünü
vurğulayıb. Eyni zamanda T.Ağayeva söyləyib ki, ölkəmizi müsabiqədə
təmsil edəcək
yetərincə istedadlı
gənclər var. Konkret ad çəkmək
istəməyən müğənni
sadəcə onu deyib ki, vacib
olan bu müsabiqədə
təmsil olunmağımızdır:
"Aidiyyətli qurumlar
var ki, kimin
ora layiq olduğunu müəyyən
edəcək".
Mövqe.-2007.-12-13 iyul.-S.13.