Abdullayev Z.

 

A.S.Puşkin adına kitabxananın ugurları

 

Elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi dövrdə cəmiyyətimizdə mütaliə ilə məşğul olanların sayı gündən-günə artır.

Kitab elə bir sənəddir ki, biz onun vasitəsilə müasirliyi, uzun əzab-əziyyətlərlə, bəzən də qan-tərlə əldə edilmiş nailiyyətləri, həqiqətləri və əzəməti dərk edirik: o, sanki gələcəyin proqramıdır. Ona görə kitaba həmişə hörmət edilib. Bu baxımdan Nəsimi rayonundakı A.S.Puşkin adına kitabxana kitabların təbliğində, onun oxucular tərəfindən mənimsənilməsində böyük r görüb. Kitab oxuculan mənəvi mədəni səviysinin, mübarizə ruhunun yüksəlməsinə, yeni maddi mənəvi sərvətbr əldə etməsinə, tarixi keçmişi öyrənməyə, müäsirliyi dərk etməyə gələcəyi qabaqcadan görməyə kömək edir. Kitablar insanın şüuruna, hisslərinə qəlbinə nüfuz etməyə təsir göstərməyə qabil olan qüdrətli bir vasitədir. Xalqımız dünyada ən çox mütaliə edən xalqlardan biridir.

Qitəmizdə kitab, qəzet, jurnal va digər növ çap əsərlərini müntəzəm mütaliə etməyən adam tapmaq çətindir. Bu gün Azərbaycanda hər iki nəfər vətəndaşdan biri kitabxana oxucusu kimi qeydə alınıb. Bir çox adamın şəxsi kitab rəfi, şəxsi kitabxanası vardır. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına uyğun olaraq kitablar latın qrafikası ilə çap edilib, ölkə kitabxanalarına təqdim edİlir. Bu baxımdan A.S.Puşkin adına kitabxanaya da xeyli kitab hədiyyə olunub.

Kiçik su hövzələri, göllər ona qovuşan çaylardan məhrum olduqda quruyub məhv olduğu kimi, hər hansı bir kitabxana da yeni kitablar almaqdan məhrum olarsa, öz elmi və mədəni əhəmiyyətini itirər, məhv olar.

Məşhur Hindistan alimi Ş.R.Ranqanatanın "Kitabxanaşünaslığın beş qanunu" əsərində qeyd edilən: 1) "Kitab istifadə üçündür", 2) "Hər bir oxucuya öz kitabı", 3) "Hər bir kitabı öz oxucusuna", 4) "Kitabxanaçının vaxtına qənaət", 5) "Kitabxana inkişaf edən orqanizmdir" - qanunlara ciddi riayət edilir. A.S.Puşkin adına kitabxanada bir sıra yadda qalan tədbirlər keçirilib.

Beb ki, kitabxanada "Arzu təzə, əməl təzə, il təzə" başlığı altında yeni il şənliyi, özbək yazıçısı Aybəkin anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii gecə, "20 Yanvar şəhidləri ölməzdirlər" başlığı altında xatirə gecəsi, şair Zəlimxan Yaqubun anadan olmasının 55 illiyi münasibətilə poeziya gecəsi, rus yazıçısı A.P.Çexovun anadan olmasının 145 illiyi ilə bağlı yubiley gecəsi, "2 fevral Gənclər günüdür" başlığı altında ədəbi-bədii gecə, "Xocalı faciəsi" adlı gecə, 8 Mart beynəlxalq qadınlar günü münasibətilə "Adın şərəflidir sənin ey qadın, Dahilər anası çağrılır adın" adlı ədəbi-bədii gecə, şair Əliqulu Qəmküsarın anadan olmasının 125 illiyi münasibətilə xatirə gecəsi, Novruz bayramı münasibətilə "Xonçalı Novruz gəlir" başlığı altında ədəbi-bədii gecə, "Bir bileydin ayrılığı kim saldı, Ölkəmizdə kim qovuldu, kim qaldı" deyən.§air Şəhriyarın poeziya gecəsi, yazıçı S.Rəhimovun anadan olmasının 105 illiyi münasibətilə "Mehman" əsərinin disputu, yazıçı-dramaturq Sabit Rəhmanın anadan olmasının 95 illiyi münasibətilə ədəbi gecə, dövlət xadimi, yazıçı, publisist Nəriman Nərimanovun anadan olmasının 125 illiyi münasibətilə "Bahadır və Sona" əsərinin disputu, yazıçı-dramaturq X.Hasilovanın anadan olmasının 85 illiyi münasibətilə ədəbi gecə, xalq şairi R.Rzanın anadan olmasının 95 illiyi münasibətilə ədəbi-bədii gecə, "28 May Azərbaycan Respublikası günüdür" və'"şair bu kimi gecələr, "31 mar azərbaycanlılarlın soyqırımı günüdür" adlı sərgi, "28 May Azərbaycan Respublikası günüdür" adlı sərgi, "15 iyun Qurtuluş günüdür" başlığı altında sərgi, "17 noyabr Milli Dirçəliş günüdür" adh sərgi və digər bu kimi sərgilər təşkil edilmişdir!

Bir sözlə, kitabxananın hər bir oxucu üçün sevimli istirahət yeri, zəngin elm və bilik ocağı olması üçün kollektiv var gücü ilə çalışır.

A.S.Puşkin adına kitabxana 1929-cu ildən fəaliyyət göstərir, oxucuların sayı 12000 nəfərə yaxındır ki, onlardan da 6000 nəfərə yaxını uşaqlardır. İl ərzində kİtab oxunuşu 23, fondun dövriyyəsi 3 dəfədir. Kitab verilişi 220000-ə yaxındır ki, onlardan da 136000 nüsxə abonentlər üzrə, 134000 nüsxə isə qiraət zalı üzrə verilib.

Bütün bu qlobal işləri kitabxana 16 nəfər işçi ilə yerinə yetirir.

Bu yolda onlara uğurlar diləyirik.

 

Azad Azərbaycan.- 2007.- 10 iyul.- S. 6.