Hacızadə A.
Azərbaycan məktəbliləri beynəlxalq teatr - dramaturgiya layihəsində
iştirak edirlər
MDB
ölkələrindən və Rusiyadakı uşaq
evlərindən gəlmiş 13-16 yaşlı
yeniyetmələr "Klass Mira Rossiya - 2007" Beynəlxalq
teatr-dramaturgiya layihəsində iştirak etmək
məqsədilə Moskvaya toplaşmışlar. Layihəni "İqra-3000" Qeyri-kommersiya tərəfdaşlığı,
Moskvanın "Sovremennik"
Teatrı və Edinburqdakı "Travers"
Teatrı Böyük
Britaniyanın Rusiyadakı
səfirliyinin dəstəyi
ilə həyata keçirirlər. Layihənin
tərəfdaşları Əlişir
Usmanovun "İncəsənət
və idman" Xeyriyyə Fondu və "Dialoq üçlüyü" investisiya
şirkətidir.
Ölkəmizi istedadlı
məktəblilər Aydın
Qafarov, Aysel Axundova və Tamerlan Məmmədov təmsil edirlər. Layihənin Azərbaycandan
olan iştirakçıların tərkibinin formalaşdırılmasında,
habelə onların bu mötəbər tədbirdə iştirakının
təşkilində Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq
şəraitində ölkəmizin
Rusiyadakı səfirliyi
fəal iştirak etmişdir. Azərbaycanlı
uşaqlar 3 pyesdə
- "Hər şey, ya heç nə",
"İki əllə
solo" və "Qarşılıqlı əlaqə"
pyeslərində oynayacaqlar.
Uşaqların yazdıqları
bu pyeslərdə şəfqət və dözümlülük məsələlərinə,
sosial-mənəvi mövzulara və psixoloji problemlərə toxunulur.
Sonra bu pyeslər peşəkar aktyor və rejissorlara veriləcəkdir.
Layihənin iştirakçıları iyulun 14-dən rus dramaturqları Vadim Leonov,Vyaçeslav Durnenko, Britaniya dramaturqları Alan Cefri və Cemim
Leviksin rəhbərliyi
altında yay düşərgəsində dincəlirlər.
İyulun 27-də ilk tamaşada gənc dramaturqların bütün əsərləri
təqdim ediləcəkdir.
Uşaqlar diplomlarla mükafatlandırılacaq, onlara
"Klass Mira Rossiya - 2007" pyeslər
toplusunu bağışlayacaqlar.
Azərbaycan.-2007.-27 iyul.-S.5.