Türkiyə səfirliyindən Milli kitabxanaya hədiyyə

 

Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Türkiyənin ölkəmizdəki səfirliyinin kitabxanaya hədiyyə etdiyi "Türk yurdu" 17 cilddə məcmuəsinin təqdimat mərasimi keçirilib.

Xatırladaq ki, məcmuənin ilk sayı 1911-ci ildə nəşr olunub. Arada çapı dayandırılmış yurnalın nəşri 1924-cü ildə bərpa edilib. 1928-ci ildən sonra dərgi həm yeni, həm əski əlifba ilə işıq üzü görüb.

Hazırda təqdim olunan 17 cildə 1931-ci ilə qədər çap edilmiş 233 nömrənin latın qrafikası ilə nəşri daxildir.

Kitabxananın direktoru Kərim Tahirov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, Mədəniyyət Turizm Nazirliyinin informasiya reklam şöbəsinin müdiri Vaqif Bəhmənli, Müdafiə Nazirliyinin hərbi elmimərkəzinin baş elmi işçisi Şəmistan Nəzirli Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin müşaviri Fəthi Gedikli tədbirdə çıxış edərək məcmuənin əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, yeni nəşrdə mədəniyyətimizi, yaxın tariximizi öyrənmək, yazar fikir adamlarının həyatının öyrənilməyən səhifələrini araşdırmaq, o dövrün ədəbi mühitini yaxından tanımaq mümkündür. 1911-1933-cü illərdə çap olunmuş bu materiallar türk dünyasının tanınmış yazarlarının qələmindən çıxıb.

 

Kaspi.- 2007.-7-9 iyul.- S. 20.