Tiflis Azərbaycan Dram Teatrının yerləşdiyi
bina yararsız vəziyyətdədir. APA-nın Gürcüstan
bürosunun məlumatına
görə, prezident Mixail Saakaşvilinin 11 iyun 2004-cü il
tarixli sərəncamı
ilə Tiflis Azərbaycan Dram Teatrına
verilən binanın damında və otaqlarında ağaclar boy
atmağa başlayıb.
Teatr rəhbərliyi maliyyə çatışmazlığı
səbəbindən binanın
əsaslı təmirinin
mümkün olmadığını
bildirir: "Büdcə
əsaslı təmirə
imkan vermir. Biz yalnız tamaşa
zalının təmirinə
başlamışıq ki,
bunun üçün
də vəsait tamaşalardan əldə olunan gəlir və daxili büdcə hesabına formalaşır. Amma bu vəsait də zalın təmirinə bəs etməyəcək".
Gürcüstanın dövlət
büdcəsindən Tiflis
Azərbaycan Dram Teatrının
fəaliyyəti üçün
hər il
57.600 dollar (95 min lari) vəsait
ayrılır. Bu vəsaitin 60 faizi teatrda çalışanların
əməkhaqlarının ödənməsinə, 40 faizi
isə kommunal xərclər üçün
sərf olunur. Teatr binasının ümumi sahəsi 3.800 kvadratmetr olsa da, teatr
bu sahənin yalnız 20 faizindən istifadə edir. Prezident Saakaşvilinin sərəncamına əsasən
bina bütünlüklə
Tiflis Azərbaycan Dram
Teatrına verilib, lakin hazırda həmin binada 16 ailə məskunlaşıb,
iki mağaza və bir restoran
fəaliyyət göstərir.
525-ci qəzet.- 2007.- 6
iyul.- S. 7.