Akademiya Kitab əvvəlki
statusunu bərpa etdi
Mərkəz yaxın günlərdə
öz qapılarını
kitabsevərlərin üzünə
açacaq
Görünür, hər dövrün,
zamanın öz tələbi var. İllər
ötdükcə insanların
mənəvi dəyərlərə,
dünyaya baxışı
da müxtəlif olur. Bu gün
müasir gənclik informasiya və musiqiyə, televiziya verilişlərinə daha
çox meyil edir. Bir anlığa universitetdə
oxuduğum illər yadıma düşür.
O illərdə bizdə
kitaba, bədii jurnallara, kinoya həvəs daha çox idi. Biz öz qəhrəmanımızı
bu əsərlərdə,
romanlarda axtarır və onlara bənzəməyə çalışırdıq.
Eşidəndə ki, yeni bir əsər çıxıb, elə tənəffüs vaxtı
kitab mağazalarına
qaçıb onu əldə etməyə çalışırdıq. Bayramlarda dosta-tanışa ən qiymətli hədiyyə kimi kitab bağışlanardı.
Hətta
gəlin köçən
qızlarımız qiymətli
əşya kimi kitabları cehiz aparmağı özlərinə
fəxr bilərdilər.
Bu gün kitaba
maraq azalıb desək, məncə, yanılmarıq. Düzdür,
iyirmi-otuz il
bundan öncəyə
nisbətən kitabların
nəşri müqayisəedilməz
dərəcədə çox,
tirajı isə az olsa da,
heyf ki, bu nəşrləri beş-on nəfərdən
başqa vərəqləyən,
oxuyan olmur. Görünür, kitaba marağın azalmasında
kitab mağazalarının,
kitab evlərinin də günahı az deyil.
Şəhərimizdə bir sıra böyük kitab mağazaları öz təyinatını dəyişərək
müxtəlif kommersiya,
digər kitab mağazaları da kitabları bir küncə sıxışdıraraq
başqa fəaliyyət
növü ilə məşğul olurlar.
Yaranmış boşluğu
qismən də olsa aradan qaldırmaq
üçün Milli
Elmlər Akademiyası
Nizami Gəncəvi adına Azərbaycan
Ədəbiyyatı Muzeyinin
birinci mərtəbəsində
yerləşən və
vaxtilə "Akademiya
Kitab" Mərkəzi
kimi fəaliyyət göstərən sahəni
əvvəlki statusuna
qaytarmaq üçün
təşəbbüs qaldırılmışdır.
Ölkə Prezidenti cənab
İlham Əliyevin tapşırığı ilə
otaqlar "Akademiya Kitab" Mərkəzinin fəaliyyəti üçün
layihələşdirilmişdir.
"Akademiya Kitab"
Mərkəzi 1956-cı ildə
yaradılmışdır. Belə bir mərkəzin yaradılmasında məqsəd
elmi ədəbiyyatın
yayımı və təbliği mədəniyyətini
yüksəltmək, xaricdə
nəşr olunan elmi ədəbiyyatın respublikaya gətirilməsini
təmin etmək, onu sistemli şəkildə
paylaşdırmaq və
satışını yüksək
şəkildə təşkil
etməkdən ibarət
idi. Ötən il 50 yaşını
qeyd edən bu mərkəz uzun illər təyinatı üzrə
işləmiş, görkəmli
elm, mədəniyyət, incəsənət
xadimlərinin tez-tez baş çəkdiyi ünvana çevrilmişdir.
Mərkəzdə saxlanılan və
ötən əsrin
70-ci illərinin ortalarında
çəkilmiş tarixi
bir şəkil onu deməyə əsas verir ki, ulu öndər
Heydər Əliyev də Azərbaycan KP MK-nın birinci katibi işləyəndə
hərdən yolunu bu ünvana salarmış. Təəssüflər
olsun ki, ulu öndər Heydər Əliyev Moskvaya, işə dəvət olunandan sonra, 1984-cü ildən etibarən 12 otaqdan (96,4 kvadratmetr sahə)
ibarət olan mərkəzin otaqları bir-bir əldən alınaraq müxtəlif ticarət və iaşə obyektlərinə
çevrilmişdir. Mərkəzə isə cəmi 17 kvadratmetrlik sahə saxlanılmışdır.
Bu gün respublikamızın
hər yerində tikinti-quruculuq işləri
geniş vüsət almışdır. Ölkə Prezidentinin
göstərişi ilə
muzeylər, tarixi abidələr, mədəniyyət
ocaqları yenidən bərpa olunur. Nizami Gəncəvi adına Azərbaycan
Ədəbiyyatı Muzeyində
2004-cü ildə başlanan
təmir və yenidənqurma işləri
sona yaxınlaşır.
Muzeyin ayrılmaz hissəsi olan "Akademiya Kitab" Mərkəzində
də son tamamlama işləri görülür.
Bu günlərdə mərkəzin direktoru Vüqar Zeynalovla görüşüb başçılıq
etdiyi sahənin gələcək fəaliyyəti
barədə maraqlandıq.
Söhbət əsnasında Vüqar
müəllim qeyd etdi ki, mərkəz
Heydər Əliyev Fondu ilə sıx əlaqədə işləyəcək. Bir şeyi
də xüsusi qeyd etmək istəyirəm ki, bu mərkəzin əvvəlki statusuna qaytarılmasında fondun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da xüsusi xidməti olmuşdur. Mehriban xanım Əliyeva təhsilə, səhiyyəyə,
mədəniyyətə, o cümlədən də kitaba yüksək qiymət verir və kitab haqqında
dəyərli bir ifadəsi var: "Heç bir kompyuter kitabı əvəz edə bilməz". Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə ötən ilin iyul ayında
gözəl bir kitab sərgisi keçirilmişdir. Başqa
sərgilərdən fərqli
olaraq, bu sərgidə nümayiş
olunan Rusiyada nəşr edilmiş dörd mindən artıq kitabın əksəriyyətini dərsliklər
təşkil etmiş
və sərgidən sonra bu kitablar
fondun xətti ilə ölkənin 14 ali məktəbinin
kitabxanasına hədiyyə
verilmişdir.
Mərkəzin qarşısında başqa nə kimi tədbirlər durur? - sualını
cavablandırarkən Vüqar
müəllim qeyd etdi ki, "Akademik Kitab" ən müasir avadanlıqla təchiz olunur, dünyanın aparıcı elm mərkəzləri
ilə sıx əlaqədə işləyəcək,
elmi nəşrlərin
mübadiləsi aparılacaq.
Mərkəzdə ümummilli lider
Heydər Əliyevə
həsr olunmuş xüsusi guşə fəaliyyət göstərəcək.
Bundan başqa, mərkəzdə aparılan
yenidənqurma işləri
imkan verəcək ki, yeni əsərlərin
təqdimatını keçirək,
"dəyirmi masa"lar təşkil edək. Bu yaxınlarda
Mədəniyyət və
Turizm Nazirliyinin xətti ilə bizim mərkəzin yaxınlığında, Fəvvarələr
bağında "Kitabsız
həyat yoxdur" devizi altında kitab oxumaq mərasimi
keçirilirdi. Gələcəkdə də bu cür
tədbirlərin bizim
mərkəzdə keçirilməsi
nəzərdə tutulur.
İnanırıq ki, mərkəz
fəaliyyətə başladıqdan
sonra gənclər arasında kitaba maraq artacaq. Mərkəzin qarşısında duran başlıca vəzifələrdən biri
də kitabı gənc nəslə sevdirməkdən ibarət
olacaq.
Yaşlı nəslin yaxşı
tanıdığı və
hərdən yolunu saldığı "Akademiya
Kitab" Mərkəzinin
əməkdaşları əmindirlər
ki, əvvəlki şöhrətlərini özünə
qaytaracaq, yeni nəslin maariflənməsində
onların dünyagörüşünün
formalaşmasında xüsusi
rol oynayacaqlar.
,Azərbaycan.- 2007.- 29 iyul.- S. 4.