Vəzirov C.

 

Yaddan çıxmayan səhnə xadimi

 

Firuzə Əlixanova dünyasını dəyişəndə 77 yaşı vardı. O, Naxçıvan teatrının ilk Leylisi, Əslisi, Gülçöhrəsi olmuşdu. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyov Naxçıvanda olarkən Firuzə xanımın məharətlə yaratdığı Leyli Əsli rollarına baxmış, onun ifasını bəyənmişdi. Qüdrətli opera sənətkarımız Hüseynqulu Sarabski Naxçıvanda Firuzə xanımla "Leyli Məcnun", "Əsli Kərəm" operalarında oynamışdı.
F.Əlixanova Naxçıvan teatrına 1932-ci ildə gəlmişdi. Xalq artisti, müqtədir sənətkarımız Səməd Mövləvi deyərdi: "Firuzə xanımın Naxçıvan teatrına gəlişi bir çox ciddi problemləri aradan qaldırdı".
O, opera operettoların ifa olunmasına xüsusi ovqat verdi. Zəröş Həmzəyeva, Sofya Hüseynova, Roza Cəfərxanova, Pakizə Məmmədova başqaları səhnəyə \ldilər. Naxçıvan teatrı gündən-günə inkişaf etdi.
Aktrisa 45 illik səhnə \aliyyəti ərzində bir-birindən maraqlı obrazlar yaratmışdı. Onun oynadığı Leyli, Əsli, /Gülçöhrə, Gülnaz, Minnət, Şahsənəm, Hürzad, Nina, Roza, Almaz, Böyükxanım, Şərəbanı, Külkün, Sevər onlarla başqa rollar ömür yolunun qiymətli yadigarlarıdı. Həyatda mənəvi qazancı ilhamla yaratdığı obrazları oldu. Səhnədə ağlamağı da, gülməyi , düşünməyi inandırıcı şəkildə tamaşaçılara çatdırardı. Leyli ağlayırdı, Cənnət xala gülürdü, Kruçinina düşündürürdü. Bu bunlara bənzər obrazları aktrisa ustalıqla, əsl sənətkar palitrasıyla ifa edirdi. Hər şey yerindəydi. Danışıq da, qrim , obraza yaradıcı münasibət .
Fitri istedada, yaraşıqlı səhnə görünüşünə malik olan Firuzə xanım səhnəylə nəfəs alırdı. Səhnə surətləri onu yaşadan amillər idi.
O, 1974-cü ildə xalq artisti fəxri adla, "Şərəf nişanı" ordeni ilə başqa medallarla təltif olunmuşdu. Çoxlu pərəstişkarı vardı. 1994-cü ildə bizlərdən əbədi ayrıldı. Təskinliyimiz isə budur ki, vaxtında Firuzə Əlixanovanı səhnədə gördük, yaratdığı rollarına baxdıq, alqışladıq. Şirin söhbətlərini eşitdik. 125 illik yubileyi ərəfəsində Naxçıvan teatrında onun yeri görünür.

Azərbaycan.- 2007.- 29 iyul.- S. 4.