İnformasiya əsrinin
çağırışlarına cavab verən konsepsiya
Ümummilli
liderimiz Heydər Əliyevin rabitə və
informasiya-kommunikasiya texnologiyaları sahəsində
təməlini qoyduğu islahatlar yeni dövrün
tələbləri səviyyəsində inamla davam etdirilir
Böyük siyasi xadimlər yalnız təmsil
etdikləri xalqın və dövlətin tarixində
oynadıqları müstəsna rolla deyil, həm də
bütövlükdə bəşəriyyətin idarə
olunmasına və gələcək taleyinə
hesablanmış elmi-nəzəri baxışları,
milli-bəşəri idealları ilə tanınırlar.
Yüksək xarizması və
idarəçilik keyfiyyətləri, uzaqgörənliyi,
müdrikliyi ilə müstəqil dövlətimizin milli
inkişaf yolunu müəyyənləşdirən Heydər
Əliyev fenomeni də məhz belə
şəxsiyyətlərdən biri kimi çağdaş
tariximizdə özünə əbədi yer qazanmış,
onun ölməz ideyaları cəmiyyətin
tərəqqisinin başlıca rəhninə
çevrilmişdir.
Ulu öndərimiz Heydər Əliyevin parlaq zəkası
Azərbaycanı olduqca mürəkkəb zamanın
dalğaları arasından salamat çıxarıb ona
həm bölgədə, həm də dünyada layiqli yer
qazandırmışdır. Olduqca ağır
bir dövrdə - 1993-cü ilin iyununda xalqın
çağırışına cavab verərək
hakimiyyət sükanının arxasına keçən
ümummilli liderimiz respublikamızı üzləşdiyi bir
çox faciələrdən xilas etmiş, müdrik və
uzaqgörən addımları ilə onu davamlı inkişaf
yoluna çıxarmışdır.
Ümümmilli liderimiz ölkədə
ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı,
demokratik dövlət modeli konsepsiyasını uğurla
həyata keçirmiş, bu siyasi kurs bütün istiqamətlərdə
Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmləndirilməsi və inkişaf etdirilməsi
məqsədinə xidmət etmişdir.
Ulu öndərimiz Heydər Əliyevin
ölkənin gələcək inkişafı
baxımından ən uzaqgörən və mudrik
addımı isə Azərbaycanın yeni neft strategiyasını
hazırlaması və həyata keçirməsi olmuşdur.
1994-cü ilin 20 sentyabrında dünyanın bir sıra iri
neft şirkətləri ilə imzalanmış
"Əsrin müqaviləsi", bu mənada,
Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmləndirilməsində müstəsna rol
oynamışdır. Həmin saziş nəticəsində
bütün dünyanın diqqət mərkəzinə
çevrilən Azərbaycan eyni zamanda qlobal məkanda öz
statusunu müəyyənləşdirməyə nail ola
bilmişdir. Azərbaycanın yeni neft strategiyasının
əsas prinsipləri ölkənin malik olduğu təbii
sərvətlərdən xalqın rifahı naminə daha
səmərəli şəkildə istifadə etməyə
əsaslanır. Məhz bu strategiya
nəticəsində Azərbaycan dünyanın siyasi
xəritəsində öz geosiyasi mövqeyini
möhkəmləndirə bilmiş, qlobal məkanda gedən
proseslərə nüfuz etmək imkanı
qazanmışdır.
"Əsrin müqaviləsi" yeni sosial-iqtisadi inkişaf
modelinin həyata keçirilməsi üçün zəruri
əsaslar formalaşdırmaqla
yanaşı, müasir rabitə və informasiya
texnologiyalarının ölkəmizdə sürətlə
tətbiqində böyük canlanma yaratdı. Neft sektoruna
və iqtisadiyyatın digər sahələrinə milyardlarla
investisiya yatıran Qərb şirkətləri işlədikləri
ölkədə informasiya cəmiyyətinin bərqərar
olması prosesində yaxından iştirak etməyə
başladılar. Bu məqsədlə qısa zamanda
Azərbaycana ən yeni və zəngin resurslara malik
texnologiyalar gətirildi. Həmin tendensiya bir
tərəfdən iqtisadi inkişafın dinamikasını
sürətləndirməklə yanaşı, digər
tərəfdən vətəndaşların intellektual
səviyyəsinin yüksəlişinə ciddi təkan verdi.
Həmin dövrdən etibarən ulu
öndərimiz Heydər Əliyevin rabitə və informasiya
texnologiyaları sahəsində təməlini qoyduğu
siyasətin əsas məqsədlərinə İKT
sahəsində hüquqi əsasların yaradılması,
insan amilinin inkişafı, vətəndaşların
məlumat almaq, onu yaymaq və istifadə etmək hüquqlarının genişlənməsi,
özünüidarəetmədə şəffaflıq
elektron hökumətin, elektron ticarətin formalaşması,
ölkənin iqtisadi, sosial və intellektual rotensialının
möhkəmləndirilməsi, informasiya və biliklərə
əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın
qurulması kimi fundamental məsələlər daxildir.
Bu siyasət nəticəsində qısa müddətdə
Azərbaycanın poçt-rabitə, teleradio və kommunikasiya
sistemi də özünün yeni inkişaf
mərhələsinə qədəm qoymuş,
çeşidli problemlərdən xilas olmuşdur. Həyata keçirilən kompleks islahatlar
nəticəsində Azərbaycanda mobil telefon rabitəsi, o
cümlədən internet dinamik inkişaf etməyə
başlamış, rəqəmsal sistemin tətbiqi
böyük vüsət almış, yeni texnologiyaların
geniş yayılması üçün böyük
investisiya sərf olunmuş, ATS-lər elektronlaşdırılmışdır.
Böyük strateq Azərbaycanın
iqtisadiyyatının yeni inkişaf mərhələsində -
2003-cü ilin 17 fevralında imzaladığı "Azərbaycan
Respublikasının inkişafı naminə
informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci
illər) Milli Strategiya" 10 ilə yaxın
müddətdə müasir informasiya texnologiyalarının
Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələri
müəyyənləşdirmişdir. Bu sahədə
qanunvericilik bazasının inkişafı üçün bir
neçə sənəd - poçt haqqında, informasiya
təhlükəsizliyi, elektron imza və sənəd, telekommunikasiya
haqqında qanunlar Milli Məclis tərəfindən qəbul
olunmuşdur. Qloballaşma dövrünün reallıqları
nəzərə alınaraq çevik və təkmil
idarəetməni təmin edəcək "elektron
hökumət"in yaradılması da hazırda vacib
məsələlərdən biri kimi diqqət mərkəzindədir.
Bu siyasət hazırda əbədiyaşar liderin layiqli
davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən əzmlə davam etdirilir. Dövlət
başçısının xüsusi diqqət yetirdiyi
məsələlərdən biri də Azərbaycanda
informasiya və telekommunikasiya texnologiyalarının
sürətli yüksəlişinin təmin edilməsi,
respublikamızın bu sahədə regional mərkəzə
çevrilməsidir. Cənab İlham
Əliyevin təşəbbüsü əsasında elm
müəssisələrinin, məktəblərin
kompyuterləşdirilməsi, gənc
vətəndaşların virtual dünyaya
çıxışının təmin edilməsi,
onların informasiya texnologiyaları ilə işləmək
vərdişlərinə yiyələnmələri
üçün atılan məqsədyönlü
addımlar Azərbaycanda insan kapitalının inkişafı
baxımından olduqca vacib əhəmiyyət
daşıyır. Dövlət başçısı
informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
yolu ilə respublikanın zəngin iqtisadi potensialının
insan kapitalı ilə əvəzlənməsini son
dərəcə vacib sayır. Azərbaycan Prezidenti
dəfələrlə bildirmişdir ki, "Müasir
dünyada bilik və yeni texnologiyalar olmasa, uğur qazanmaq
mümkün deyildir. Bu, həm insanlar
üçün, həm də ölkə üçün
çox çətindir. İnkişaf etmiş ölkələrə
nəzər salsaq, görərik ki, onların
tərəqqisini, eyni zamanda, ümumi daxili məhsulun
artımını xeyli dərəcədə
müəyyən edən texnologiyalar, yeni metodikalar, elmdə
əldə edilən nailiyyətlərdir. Təsadüfi
deyildir ki, biz Azərbaycanda internet və informasiya
texnologiyalarının inkişafına böyük diqqət
yetiririk".
Dövlət başçısı İlham
Əliyev son üç il yarımda Azərbaycanda rabitə
və informasiya texnologiyalarının sürətli
yüksəlişinin təmin edilməsi, respublikamızın
bu sahədə əlverişli tranzit ölkəyə və
regional mərkəzə çevrilməsi üçün
bütün zəruri tədbirləri həyata keçirmişdir.
2004-cü il fevralın 20-də Azərbaycan Prezidentinin
müvafiq fərmanı əsasında Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması bu
sahənin inkişafında yeni mərhələnin
əsasını qoymuşdur. Nazirliyin qarşısında
duran əsas məqsəd Azərbaycanda XXI əsrin
tələblərinə cavab verə bilən müasir
informasiya infrastrukturunun və iqtisadiyyatımızda
əsaslı və prioritet yer tutan informasiya və kommunikasiya
məhsulları sektorunun yaradılmasıdır. Bu məqsədin həyata keçirilməsi
üçün əsas vasitə isə bazar
iqtisadiyyatının tələblərinə cavab verən
ədalətli rəqabət mühitinin formalaşması
və özəl sektorun inkişafı, etibarlı investisiya
şəraitinin yaradılması, istehsalçının
və istehlakçının hüquqlarını qoruya
bilən tənzimləyici funksiyaların təmin
edilməsi, ölkədə bu sahə üçün
intellektual potensialın yetişdirilməsidir. Nazirlik artıq
bu istiqamətdə ciddi addımlar atmış, uğurlu
nəticələr əldə etmişdir.
Cənab İlham Əliyevin informasiya texnologiyalarının geniş
tətbiqi sahəsində ən böyük
addımlarından biri kimi 2004-cü il avqustun 21-də
imzalanmış Dövlət Proqramını xüsusi qeyd
etmək lazımdır. Dövlət
başçısının "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə
təminatı haqqında" fərmanı 2005-2007-ci
illər ərzində təhsilin keyfiyyətinin
yüksəldilməsində, gənclərin inkişafında
və ümumiyyətlə, Azərbaycanın
tərəqqisində müasir texnologiyaların rolunu bir
daha təsdiqləmişdir. Bu proqram
ölkədə yeni informasiya texnologiyalarından istifadə
olunmaqla təhsilin keyfiyyətinin yüksəldilməsinə
xidmət edən, dünya təhsil sisteminə inteqrasiya
imkanı verən vahid təhsil informasiya sistemi yaratmaq və
əhalini informasiya cəmiyyətinə hazırlamaq
məqsədi daşıyır.
Azərbaycan Prezidentinin 22 oktyabr 2005-ci il tarixli
fərmanı ilə "Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə 2005-2008-ci illər üçün Dövlət
Proqramı" (Elektron Azərbaycan) rabitə və informasiya
texnologiyalarının geniş tətbiqinə imkan yaradan,
habelə bölgələrdə geniş
yayılmasını təmin edən təkmil
fəaliyyət konsepsiyasıdır. Proqrama əsasən,
2008-ci ildə Azərbaycan informasiya texnologiyalarının
inkişafı sahəsində ümumdünya orta
göstəricilərinə çatmalı, bu sektorun
inkişafına 150 milyon ABŞ dolları
yönəldilməlidir. Dövlət başçısı
informasiya-kommunikasiya texnologiyalarının inkişaf
etdirilməsi yolu ilə respublikanın zəngin iqtisadi
potensialının insan kapitalı ilə
əvəzlənməsini son dərəcə vacib sayır:
"Eİqtisadi inkişaf sürətinə görə
Azərbaycan qabaqcıl ölkələr
sırasındadır. Biz bu maddi
dəyərləri, iqtisadi potensialımızı insan
kapitalına çevirməliyik. Çünki insanın
savadı, biliyi onun gələcək həyatını
müəyyən edir, ölkənin hərtərəfli
inkişafına xidmət edir və beləliklə,
ölkənin intellektual potensialı da möhkəmlənir.
Bu gün vaxt gəlibdir ki, biz məhz bu
sahəyə sərmayələr qoyaq".
Ölkə Prezidenti daim bildirir ki, bütün
sahələrdə inkişaf edən Azərbaycanda
idarəetmənin müasir texnologiyalar əsasında
qurulması, ilk növbədə, zamanın tələbindən
irəli gəlir. Dövlət Proqramı eyni zamanda
"rəqəmsal uçurum"un, yəni informasiya
uçurumu təhlükəsinin aradan qaldırılmasına
xidmət edir. Yəni paytaxtda və digər iri
şəhərlərdə müasir texnologiyalar
sürətlə inkişaf etdiyi halda, rayonlarda bu prosesin yubanması
Prezident İlham Əliyevi qətiyyən razı salmır. Bu
baxımdan, regionlarda rəqəmsal sistemin tətbiqi,
internetin, müasir rabitə və kommunikasiya
texnologiyalarının inkişafı olduqca vacibdir. Bu
təkcə sosial-iqtisadi deyil, həm də
mədəni-intellektual inkişafa, insan kapitalının
formalaşmasına xidmət edir.
2005-cü il noyabrın 16-18-də Tunisdə İnformasiya
Cəmiyyəti üzrə sammitin ikinci fazası
keçirilmişdir. Cənab İlham Əliyevin
rəhbərliyi altında Azərbaycan bu sammitə xüsusi
fəallıqla hazırlaşmış, respublikamız
sammitin Təşkilat Komitəsinin üzvü və
sponsorlarından biri olmuşdur. Bu sammitdə XXI
əsrin yeni çağırışı
"İnformasiya-kommunikasiya texnologiyalarının
cəmiyyətin demokratikləşməsində və insan
hüquqlarının qorunmasında rolu" elan olunmuşdur
və həmin tezisin əsas müəlliflərindən biri
də məhz Azərbaycandır.
İnsanın inkişafında ən mühüm amil,
təbii ki, elm, təhsil və müasir bilikdir. İKT
də daxil olmaqla, müasir texnologiyalardan bilik və
informasiyanın ötürülməsi üçün
istifadə olunması Minilliyin İnkişaf
Məqsədlərində bərabərlik, milli və qlobal
səviyyədə inkişaf istiqamətində vasitə kimi
müəyyən edilmişdir. Prezident İlham Əliyev daim
vurğulayır ki, Azərbaycan zəngin neft və qaz
ehtiyatlarına malik olduğundan bu baxımdan xüsusi
mövqeyə malikdir. Respublikamız tükənən
sərvət olan "qara qızıl"ın
tükənməz karital olan "insan qızılı"na
çevrilməsi yolunda analoji inkişaf yolunda olan dünya
ölkələri üçün parlaq örnəyə
çevrilir.
Azərbaycan.- 2007.- 20 iyul.- S. 3.