İlqar Cahangirov "Şah Edip" rohmun mahir ifaçısı kimi mükafat alıb

 

Bakı Kamera Teatrının yaradıcı kollektivi Ukraynanın Krım vilayətində keçirilən “Bosfor atəşləri” 9-cu beynəlxalq antik incəsənət festivalından qayıdıb.

Teatrın kollektivi festivalda bu yaxınlarda repertuara daxil edilən Sofoklun "Şah Edip" əsəri əsasında səhnələşdirilən eyni adlı tamaşanı təqdim edib. Artıq 9 ildir keçirilən festivalın bu ilki iştirakçıları sırasında Bakı Kamera Teatrı ilə yanaşı, Ukrayna, Belarusiya, Polşa, Rusiya və Amerikanın tanınmış teatrları da var.

İyunun 24-dən iyulun 3-dək keçirilən "Bosfor atəşləri" Bakı Kamera Teatrının yaradıcı heyətinə sevincli anlar bəxş edib. Festivalın bağlanış mərasimində iştirakçılara müxtəlif nominasiyalar üzrə mükafatlar verilib. Ən yaxşı kişi roluna "Şah Edip" rolunun ifaçısı əməkdar artist İlqar Cahangirov, ən yaxşı qadın roluna görə isə Ukraynadan olan aktisa layiq görülüb. Ən yaxşı rejissor işi Polşa, ən yaxşı tamaşa nominasiyası isə Belorusiya teatrının payına düşüb.

Qeyd edək ki, "Şah Edip" səhnə əsərində İlqar Cahangirovla yanaşı, əməkdar artist Leyli Vəliyeva, Nofəl Vəliyev, Seyidşah Məmmədov, Kərəm Hacızadə teatrın digər aktyorları çıxış ediblər.

 

Paritet.- 2007.- 17-18 iyul.- S. 13.