Rüstəm Z.

 

Mahnı rəqs ansamblı «Şasu» festivalında

 

Kollektiv bu həftə Astanada səfərdə olacaq

 

Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblı Qazaxıstanın Astana şəhər Mədəniyyət Departamentinin dəvəti ilə II Beynəlxalq xalq rəqsləri "Şasu" festivalında iştirak edir. Xatırladaq ki, festival iyulun 3-dən 7-dək davam edəcəkdir. Bu kollektiv Azərbaycan klassik musiqisinin banisi böyük Üzeyir Hacıbəyov tərəfindən 1936-cı ildə Dövlət Filarmoniyasının nəzdində yaradılıb. Müxtəlif dövrlərdə ansambla rəhbərlik etmiş şəxslər xalq mahnı rəqslərimizin beşiyi sayılan Şamaxı, Qazax, Şuşa, Şəki s. bölgələrə gedərək zəngin materiallar əldə etmiş, kollektivin repertuarını zənginləşdirib. Həmin vaxttarda öyrənilmiş bir çox rəqslər - "Mirzəyi", "İnnabı", "Qazağı", "Şəki", "Yallı", "Uzıındərə" başqaları bu gün səhnə həyatı yaşayır. Təkcə ölkəmizdə deyil, Çin, Hindistan, Avstriya, İtaliya, İspaniya, Meksika, Misir, Almaniya, Vaponiya sair xarici ölkələrdə ıığurlu çıxışlan ilə şöhrət qazanmış olan F.Əmirov adına Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblı festivalda geniş repertuarla çıxış edəcək.

Kollektiv C.Cahangirovun "Bulaq başında" süitası, milli rəqs "Salı-sal", "Nağaralarla rəqs", "Gənclik", "Turacı", Aqşin Əlizadənin "Bayram rəqsi" bir çox musiqi nümunələrini təqdim edəcək. Rəqslərin mahnılarını ansamblın solisti Almaz Orucova ifa edəcəkdir.

 

Ayna.- 2007.- 6 iyul.- S. 8.