www.kultaz.com
Azərbaycan mədəniyyəti inkişaf etdikcə onun dünyaya çıxarılmasi yolları da araşdırılır. Hazırda mədəniyyətlərin, ümumiyyətlə hansısa layihənin, informasiyanın dünyaya çıxarılmasında internet daha çevik kommunikasiya vasitəsi sayılır.
Məlumdur ki, son illər mədəniyyətimizin dünyada təbliği istiqamətində müxtəlf layihələr işlənib hazırlanıb. Digər məsələ isə respublikamızda baş verən mədəni hadisələrin və bu sahədəki olayların yerli ictimaiyyətə çatırılmasıdır. Bu baxımdan ölkəmizdə sırf mədəniyyət saytlarının azlığı diqqəti daha çox cəlb edir. Son bir-iki ildə ölkəmizdə müxtəlif xarici təşkilatların hesabına bir neçə mədəniyyət saytı fəaliyyət göstərməyə başladı. Amma həmin layihələrin müddətinin başa çatması saytların bir qədər sonra öz fəaüyyətlərinin dayandırmasına gətirib çıxardı.
İndi yoxlasaq görərik ki, mədəniyyət saytlarının əksəriyyətində son informasiya bir neçə ay əvvəl yüklənib.
www.kultaz.com saytı yeni fəaliyyətə başlamasına baxmayaraq, tez bir zamanda mədəniyyət sahəsində baş verən ən son yenilikləri özündə cəmləşdirə bildi. Saytda təqdim olunan araşdırma yazılar, yerli və xarici mədəniyyət hadisələri barədə informasiyalar və köşə yazıları maraq doğurur.
Mənə belə gəlir ki, indi bizə dünya mədəniyyəti
barədə daha çox informasiya lazımdır.
Bu baxımdan peşəkar internet saytlarına daha çox ehtiyac var.
Azərbaycanda internet səhifələrinin
hazırlanması üzrə
mütəxəssislər var. Amma səhifələri materialda təmin etmək hər bir kollektivin işi deyil.
O ki qaldı informasiya agentliklərinin mədəniyyət səhifələrinə, onları daha çox şou-bizneslə bağlı məlumatlar maraqlandırır. Hər biri istifadəçi üçün materiallar barədə şərh yazmaq imkanı, materialların reytinq göstəriciləri və s. saytın mükəmməliyindən xəbər verir. Mədəniyyətimizlə bağlı araşdırma yazıların digər saytlarda az olması bu sahədəki təbliğatın azlığından xəbər verir. Üstəlik hər bir sahədə araşdırma yazıların azlığı həmin sahənin zəif inkişaf etməsinə səbəb olur. Ümid edək ki, www.kultaz.com araşdırma yazıların və maraqlı informasiyalarla tutduğu xətti davam etdirəcək və mədəniyyətimizin inkişafında öz sözünü deyə biləcək.
Kino+.- 2007.- 13 iyul.- S. 4.