Berlində "Türk-Avropa
Mədəniyyəti Günü"
Berlində
ənənəvi "Türk-Avropa Mədəniyyəti
Günü" şənliyinə start verilib. Berlin
Senatının rəsmi məlumatına görə, Türk
Camaatı Cəmiyyətinin "Biz Berlində görüşürük"
devizi altında keçirdiyi 6-cı izdihamlı dostluq
şənliyində Berlindən 120 min, Almaniyanın digər
bölgələrindən 200 min, Avropanın başqa
ölkələrindən 500 minədək türk və
türkdilli xalqların nümayəndələri iştirak
edib. Azərbaycan diaspor təşkilatlarının
nümayəndələri, Azərbaycan-Türk Dostluq və
Əməkdaşlıq cəmiyyətlərinin
fəalları da şənlik mərasimlərinə
qatılıblar. Tədbirdə məqsəd Almaniyada
yaşayan iki milyona qədər türk ilə alman xalqı
arasında qarşılıqlı etibar və inama
söykənərək, dostluq şəraitində birgə yaşayışa,
tolerantlığın daha da inkişafına yeni töhfələr
verməkdir. Mərasimlər iyunun 30-da paytaxtın Anhalter Bahnfof meydanında başlanıb.
İştirakçılar "17 İyun küçəsi"
boyu Paris Meydanı və Brandenburq qapıları istiqamətində yürüş
keçiriblər. Burada
türk xalqlarının
folkloru, milli musiqisi, rəqsteri nümayiş etdirilib, zəngin türk mətbəxindən ibarət
süfrə açılıb.
Şənlik mərasimləri
dünən başa çatıb.
Palitra.- 2007.- 3 iyul.- S. 15.