Günay B.
Teatr Muzeyi
Azərbaycanın
fədakar incəsənət xadimləri milli teatrın
əsasını qoydular. Bu istiqamətdə Azərbaycan
Şərqin ilk müjdəçisi oldu. Zaman
keçdikcə bu sahədəki izlərin toplanaraq,
gələcək nəsillərə ötürülmək
zərurəti yarandı. Bu baxımdan C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fəaliyyəti ölçüyəgəlməzdir. Muzey 1934-cü ildə dövlət statusu alıb. 1935-ci ildən isə görkəmli dramaturqumuz C.Cabbarlının
adını daşıyır.
Muzeyin açılmasında
Ağakərim Şərifov,
Üzeyir Hacıbəyov
və Əbdürrəhim
bəy Haqverdiyevin böyük əməyi olub. Muzeyin ilk
direktoru da Ağakərim Şərifov
olub. Suallarımızı
muzeyin direktoru Nuridə Nurullayeva cavablandırdı.
Onun bildirdiyinə
görə indi muzeydə 127 mindən artıq eksponat var.
"Muzey 7 zaldan ibarətdir. Burada görkəmli
aktyorların, rejissorların fotoşəkilləri,
tamaşaların dekorativ eskizləri, eləcə də
afişalar, fotolar və s. qorunub saxlanır. Muzeydə dörd
fond arxiv-memuar, eskiz-maket və fotoneqativ fondları
fəaliyyət göstərir. Bildirim ki, müxtəlif
rejissorların, aktyorların arxivləri də muzey
tərəfindən alınıb".
Yeni eksponatlar
alınırmı, sualına Nuridə xanım belə cavab
verdi: "Bu yaxınlarda Rus Dram Teatrı təmir
üçün yeni binaya köçəndə
özlərinin xeyli eksponatlarını- geyim, rekvizitlər,
afişaları və s. bizə təhvil verdilər.
Bəzən aktyorlar özlari də öz arxivlərindən
şəxsi əşyaları təqdim edirlər".
Eksponatların
qorunmasında hansısa problemlərin olmadığını
söyləyən Nuridə xanım qeyd etdi ki, yay aylarında
eksponatların qorunması üçün xüsusi dərmanlardan
istifadə olunur. İldə iki dəfə xüsusi
dərmanlanmış kağızla şəkillərin
rənginin, keyfiyyətinin məhv olmaması üçün
tədbirlər görülür.
Azərbaycanın ilk
dramaturqu M.F.Axundova həsr olunmuş guşə də burada
yerləşir. Təəssüf ki, həmin guşədə
Axundova aid tutarlı eksponat görə bilmədik.
1873-cü il 10 mart
tarixində fəaliyyətə başlayan milli teatrın ilk
tamaşasının - "Lənkəran xanının
vəziri"nin afişası da məhz bu muzeydə qorunub
saxlanır.
Yeni tamaşalardan
eksponat seçitdikdə nəyə
əsaslanırsınız soruşduqda, direktor qeyd etdi ki,
əsasən teatr tarixində öz sözünü deyə
bilən tamaşalardan eksponatlar seçilir. Lakin
ümümilikdə teatra aid olan bütün əşyalar
toplanır. Muzeydə müxtəlif tanınmış teatr
xadimlərinə Ərəblinskiyə,
Haqverdiyevə, C.Məmmədquluzadəyə, Abbas Mirzə
Şərifzadəyə, Sidqi Ruhullaya, Mövsüm Sənaniyə,
Tofiq Kazımova və digərlərinə həsr olunmuş
guşələr var.
Həmin
guşələrdə H.Ərəblinskinin
Ağaməhəmməd Şah Qacar rolunda geydiyi paltar, aktyorun
dəfn mərasimindən çəkilmiş
şəkilllər maraq doğurur.
Qadın
obrazlarının ən mahir kişi ifaçılarına
həsr olunmuş guşə də muzeyə
gələnlərə maraqla təqdim olunur. Belə
obrazların ən mahir ifaçısı Ələkbər Süleylinin
Ə.Haqverdiyevin "Pəri Cadu" əsərində
Hafizə xanım obrazdakı fotosu muzeyə
gələnləri təəccübləndirməyə
bilməz. Deyilənə görə aktyorun həyat
yoldaşı da orfu, yalnız pulcuqlu baş
yaylığından tanıyıb. İpək parçalar
üzərində proqramlar, 1911-ci ildən Azərbaycan
teatrlarının qastrol tamaşalarının afişaları
da burada yer alır. Zalda eyni zamanda tamaşalarda
fasilələr zamanı çalınan alətlər tar,
kamança, nağara və zurna da sərgilənir.
İkinci zal isə Akademik
Milli Dram Teatrının
tarixinə həsr olunub. Burada C.Cabbarlı,
H.Cavid, S.Vurğunun tamaşaları, afişaları,
səhnə maketi, fotoşəkillər və
s. qorunur. Zalda həmçinin Mərziyə
Davudova, Hökumə Qurbanova, Rza Təhmasib, Ələsgər
Ələkbərov, Abbas
Mirzə Şərifzadə,
Barat Şəkinskayanın
və digər tanınmış teatr xadimlərinin fotoları da yerləşdirilib.
Demokratik Cümhuriyyətin banisi Məmməd Əmin Rəsulzadə siyasətçi
olmaqla yanaşı eyni zamanda teatr
həvəskarı və
tənqidçisi olub. Ona həsr
olunmuş guşədə
onun teatr haqqında mühazirələri,
"Azərbaycan" qəzetində
çap olunmuş məqalələri toplanıb.
Zalın ən gənc
eksponatı isə 2004-cü ildə Azərbaycan Teatr Xadimləri
İttifaqı tərəfindən təltif edilmiş
"Qızıl dərviş" mükafatı və diplomudur.
Üçüncü zalda
Opera və Balet Teatrına aid eksponatlar toplanıb. Bu zalda
1908-ci ilə - "Leyli
və Məcnun" operasının ilk nümayişinə
aid eksponatlar var. Burada
tamaşanın ilk rejissoru,
dirijoru, aktyor heyətinin fotoları, Leylinin paltarı və s. toplanıb. İlk Leyli obrazının qadın ifaçısı
Həqiqət Rzayevanın
fotoları, tamaşa zamanı geydiyi paltar, bəzək əşyaları, tacı,
çarığı üçün
xüsusi guşə ayrılıb. Bundan başqa
"Koroğlu", "Şah
İsmayıl", "Sevil"
və başqa operaların səhnə maketi, fotoşəkilləri,
geyimləri saxlanılır.
Məlumdur ki, Azərbaycanda Əfrasiyab Bədəlbəylinin
"Qız qalası baleti ilə balet sənətinin əsası qoyulub, ilk balerina isə Qəmər xanım Almaszadə olub. Digər baletlərin
fotoşəkilləri, geyim
eskizləri bu guşədə yer alıb, Milanda təhsil almış ilk azərbaycanlı opera müğənnisi
Şövkət Məmmədovanın
portreti, geydiyi paltar, işlətdiyi qrim də burada
qorunur. Dördüncü zal Musiqili Komediya Teatrı, Kukla Teatrı, Gənc Tamaşaçılar
Teatrına həsr olunub. “Bu zalın
ən maraqlı eksponatı Moskvada "Cənnət" Teatrı
açılarkən Nəsibə
xanım Zeynalovaya hədiyyə olunan "Cənnət qan" kuklasıdır. Kuklanm müəllifi
Tamella Qurbanovadır.
Bu esponat Nəsibə
xanımın sağlığında
muzeyə təhvil verilib, Burada da adları çəkilən teatrların,
teatrın aktyorlarının,
rejissorların, tamaşalarının
şəkilləri və
maketləri toplanıb.
Qanlı
Yanvar hadisələrinə
ithaf olunmuş tamaşaların fotoşəkilləri
də muzeydə nümayiş olunur.
Beşinci zal PUS Dram Teatrının inkişaf illərini özündə əks etdirir. Teatrın yaradıcı heyətinin
Azərbacan və dünya dramaturqlarının
tamaşalarında istifadə
olunmuş fotoları,
geyimləri, afişaları
geniş şəkildə
nümayiş olunur.
Altıncı və yeddinci zallar sərgi üçün ayrılıb. Yeri gəlmişkən
qeyd edək ki, yaxın günlərdə bu zallarda teatr rəssamı İsmayıl
Axundovun 100 illiyinə
həsr olunmuş sərgi keçiriləcək.
Nuridə xanım
onu da bildirdi
ki, muzeydə dörd fond və kitabxana fəaliyyət göstərir ki, onlarda da afişalar,
müxtəlif sənədlər,
tamaşalardan rekvizitlər,
ikinci fondda tamaşalardan çəkilmiş
şəkillər, üçüncü
fondda teatr rəssamların arxivləri,
geyim dekorasiya, portretlər saxlanılır.
Sonuncu fonoteka fondunda isə lentlər, səsyazmalar saxlanılır.
"Muzeyimizdə fəaliyyət göstərən
kitabxana isə tələbələr, alimlər
üçün zəngin
mənbədir. Kitabxanada teatrla
bağlı kitablar və dövrü mətbuatda dərc olunmuş məqalələr
toplanıb".
Kino+.- 2007.- 13 iyul.- S. 12.