Naxçıvan Ədəbiyyat Muzeyi - 40
Elm və mədəniyyət məbədi
40 il bundan əvvəl
fəaliyyətə başlayan Cəlil
Məmmədquluzadə adına Naxçıvan
Ədəbiyyat Muzeyi xalqımızın milli-mənəvi dəyərlərinin
toplanması, elmi cəhətdən işlənməsi,
yayılması, muzeyə gələn tamaşaçılara
məlumat verilməsi sahəsində diqqətəlayiq işlər
görmüşdür.
Böyük yazıçı, mütəfəkkir, ictimai
xadim, “Molla Nəsrəddin” jurnalının
yaradıcısı Cəlil Məmmədquluzadənin 100 illik
yubileyinin Azərbaycanda geniş surətdə qeyd olunduğu
günlərdə — 1967-ci il iyun ayının 12-də
Azərbaycan hökumətinin qərarı ilə
Naxçıvan şəhərində Azərbaycan
Ədəbiyyatı Muzeyinin açılışı oldu
və muzeyə böyük Cəlil Məmmədquluzadənin
adı verildi.
Naxçıvanda çıxan “Şərq qapısı”
qəzetinin12 iyun 1967-ci il tarixli sayı
bütövlükdə yubilyara həsr edilmişdir.
Qəzetin ilk səhifəsi “Şərqin azadlıq carçısı”
baş məqaləsi ilə başlanırdı.
Məqalədə oxuyuruq: “Bu gün biz Cəlil
Məmmədquluzadənin 100 illiyini qeyd edərkən eyni
mənzərənin şahidi oluruq. Onun yazıçı,
jurnalist, mütəfəkkir kimi böyüklüyü
ondadır ki, o, bütün fəaliyyəti boyu öz
xalqını, bütün insanlığı
düşündürən, narahat edən
məsələlərlə məşğul olmuşdur. Görkəmli
söz ustası və böyük vətəndaş Cəlil
Məmmədquluzadə öz əsərləri ilə
Azərbaycan ədəbiyyatının inkişafına, ictimai
dünyagörüşünün
müəyyənləşməsinə çox böyük
və qiymətli xidmət göstərmişdir. Azərbaycan
xalqının öz böyük oğlu və
sənətkarı Cəlil Məmmədquluzadəyə
məhəbbəti hədsizdir...” Qəzetdə
həmçinin C.Məmmədquluzadənin 100 illiyinə
həsr edilmiş yubiley tədbirlərinin proqramı dərc
edilmişdir. Yubiley tədbiri iştirakçıları —
akademiklər Həmid Araslı, Məmməd Cəfər
Cəfərov, Abbas Zamanov, xalq şairləri Süleyman
Rüstəm, Balaş Azəroğlu, Mədinə
Gülgün, xalq rəssamı İsmayıl Axundov,
M.T.Sidqinin oğlu Məmmədhəsən Sidqi, nəvəsi
Sidqi Səfərov və digər mədəniyyət, elm
və ədəbiyyat xadimləri, Naxçıvan Muxtar
Respublikasının yazıçı və şairləri,
elm adamları, qabaqcıl ziyalıları, ictimaiyyətin
və Muxtar Respublika rəhbərliyinin
nümayəndələri yubiley mərasimlərində və
muzeyin açılışında iştirak etmişlər.
Ədəbiyyat
qəzeti.-2007.-13 iyul.-S.1-2.