Ayxan

 

Qobustan qoruğuna UNESCO nəzarət edəcək

 

Qobustanın UNESCO-nun bəşəriyyətin mədəni irs siyahısına  daxil edilməsində Qobustan Dövlət Qoruğunun yaradılması ilə bağlı dövlət sərəncamı UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın göndərdiyi məktub böyük rol oynayıb.

Bu barədə məlumat verən Mədəniyyət Turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, UNESCO-nun bu qərarı Azərbaycan üçün böyük hadisədir: "Qobustan qoruğunun prezidentimizin şəxsi nəzarətində olması komissiya üzvlərinə öz təsirini göstərdi yekdilliklə bu qərar qəbul olundu. Prezidentin sərəncamı onlara zəmanət verir ki, bir il ərzində bütiin işlər görüləcək".

Nazir onu da vurğulayıb ki, UNESCO-nun komissiyası müntəzəm olaraq qoruğun vəziyyəti ilə maraqlanacaq.

Ə.Qarayev daha sonra qeyd edib ki, Qobustan qoruğundan başqa Naxçıvan, Şəki Bakının bir neçə abidəsinin UNESCO siyahısına daxil edilməsi üçün təqdimat hazırlanır: "Bizim ilkin siyahımız da var. Amma UNESCO-ya qəbul qaydası bir az mürəkkəbdir. Hansı abidənin sənədləri daha tez tərtib olunsa, siyahıya birinci o düşəcək".

 

Ekspress.- 2007.- 5 iyul.- S. 13.