Buryatidə
Azərbaycan Mədəniyyət
Mərkəzinin 10 illiyi
qeyd olunub
Rusiyanın Buryati şəhərində
Dövlət Dram Teatrının
binasında Azərbaycan
Mədəniyyət Mərkəzinin
10 illiyi ilə bağlı tədbir keçirilib. Bu barədə APA-ya Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla
İş üzrə
Dövlət Komitəsinin
mətbuat xidmətindən
məlumat verilib. Tədbirdə Buryati Prezident Administrasiyasının,
Mədəniyyət Nazirliyinin
nümayəndələri, Buryati şəhərinin meri və Ümumrusiya
Azərbaycanlıları Konqresi
icraçı direktorunun
1-ci müavini Gündüz
Həmzəyev iştirak
ediblər. Rusiya Federasiyasının müxtəlif
regionlarından Azərbaycan
diasporunun nümayəndələri
də tədbirə qatılıblar. Buryati prezidenti adından Azərbaycan Mədəniyyət
Mərkəzinə fəxri
fərman, eləcə
də Buryat Mədəniyyət Nazirliyi
və Buryati meriyasının mükafatları
təqdim olunub
525-ci qəzet.-2007.-7 iyul.-S.24.