Ələddinqızı N.
İşğal
altında olan tarixi mədəniyyət abidələrimiz
Ağdamın işğalından
14 il keçir
23 iyul 1993-cü il
tarixində erməni təcavüzkarlarının
yürütdüyü mənfur siyasət
nəticəsində Azərbaycanın Ağdam rayonu da
işğal edilərək, xalqın tarixi keçmişini
yaşadan bu məkanın maddi-mənəvi abidələri
darmadağın olunmuş, insanlara fiziki və mənəvi zərbələr
endirilmişdir. Tarix qarşısında hər hər zaman
cinayətkarlığa görə məsuliyyət
daşıyan ermənilər tarixin dönəmlərində
zaman-zaman Azərbaycana qarşı işğalçılıq
siyasətini davam etdirir, coğrafi ərazisini -
torpaqlarını genişləndirmək məqsədilə,
hətta elan olunmamış müharibə
şəraitində qarşısına qoyduğu siyasəti
həyata keçirməyə çalışır,
ideyaları istiqamətində ağıla sığmayan
hərəkətlərə yol verirlər.
14 il bundan
əwəl işğal olunan
Ağdam rayonunda Azərbaycanın
tarixi faktlarını əks etdirən bir çox
abidələr qalmış, təəssüflər olsun ki,
onların aqibəti ilə müasir dövrümüzdə
lazımı məlumatlara malik deyilik. Lakin əldə olunan bəzi məlumatlar, eləcə də vaxtilə Ağdamda çalışan rəsmi
dairələrin faktları
əsasında bu məkanda olan tarixi və memarlıq abidələrinin
adları və yaranma dövrü bizlərə gəlib çatmışdır.
Ağdamın işğalı günündə
Ağdam rayon mədəniyyət
şöbəsinin inspektoru
Süleymanov Şəfaqətlə
əlaqə saxlayıb,
işğal altında
olan tarixi memarlıq abidələri
ilə bağlı məlumatlar əldə etdik. Onun sözlərinə görə, Ağdamda yerləşdirilən tarixi
memarlıq abidələri
müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir.
Bu maddi-mənəvi abidələr müxtəlif
bölgülər əsasında
qruplaşdırılmış və hər biri tarixə əsaslanaraq, "Azərbaycan
Respublikasının ərazisində
dövlət mühafizəsinə
götürülmüş daşınılmaz mədəniyyət
abidələrinin əhəmiyyət
dərəcəsinə görə
bölgüsü" adlı
kitabına daxil edilmişdir.
Süleymanov Şəfaqət qeyd etdi ki, Ağdamda
olan dünya əhəmiyyətli daşınmaz
tarixi və mədəniyyət abidələri
sırasına XIV əsri
əhatə edən qiymətli nümunələr
daxildir. Belə ki, Ağdamın
Xaçın-Dərbəndli kəndində olan Qulu Musaoğlu türbəsi 1314-cü ilə
aid olan abidədir.
Belə bir tarixi dövrü
əhatə edən abidələrin işğal
altında olması, ermənilərin Azərbaycanın
tarixini saxtalaşdırmaq
üçün müəyyən
imkanlar açır.
Belə ki, bu gün
orada gedən proseslərdən xəbərsiz
olduğumuzdan yalnız
Qırmızı Xaç
Komitəsinin xətti
ilə müəyyən
məlumatlar əldə
edə bilirik.
Ölkə əhəmiyyətli tarixi-memarlıq
abidələrindən üç
nümunə erməni
işğalı altındadır. Onlardan biri
Ağdamdakı məsciddir
ki, bu abidənin
tarixi 1868-ci ilə təsadüf edir. Digər abidələrə gəlincə
isə, Süleymanov Şəfaqət bildirdi ki, ölkə əhəmiyyətli tarixi
abidələrdən ikisi
isə məbədlərdir.
Onlardan biri VI-VIII əsrə təsadüf edən Ağdam rayonu Şahbulaq kəndindəki
məbəd, digəri
isə VI əsrə ald olunan Kəngərli
zonasındakı məbəddir.
Yerli əhəmiyyətli tarixi
abidələrin sayı
cəmi 34-dür. Onlardan 22 Ağdam
ərazisində, 12-si isə
Ağdərə ərazisindədir.
Dünya əhəmiyyətli arxeoloji
abidələrin sayı
isə üçdür. Bu tərkib daxil olan abidələrdən ikisi eneolit dövrünün
nümunələri olan
Ağdamın Quzanlı
kəndindəki Leylamtəpə,
Buzanlı kəndindəki
Çalğantəpə abidələridir.
Üçüncü abidə isə
tunc dövrünü
əhatə edən Üzəriktəpədir.
Yerli əhəmiyyətli arxeoloji
abidələr sırasına
isə 96 abidə daxil olunur. Süleymanov Şəfaqətin
sözlərinə əsasən,
bu gün onlardan 40-ı işğal
altında, 56-sı isə
Ağdamın işğal
olunmamış hissəsindədir.
Ağdam
rayonu ərazisində
yerləşən memarlıq
abidələrinin hamısı
isə işğal altındadır. Bütün bunlarla
yanaşı, Ağdam
rayonunda olan muzeylər də ermənilərin tərəfindən
işğal olünmuş
zonalarda yer|əşir.
Ağdamdakı Çörək
Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi,
tarzən Qurban Pirimovun Xatirə Muzeyi, Ağdam Şəkil Qalereyası işğal altındadır,
Xatırladaq ki, 2002-ci
ildə qeyd etdiyimiz Ağdam Tarix Ölkəşünaslıq
muzeyi həmin rayonun Qaradağlı kəndində bərpa olunub.
Hazırda tarix və mədəniyyət
abidələrinin əksəriyyəti,
qeyd etdiyimiz kimi, erməni işğalçıları tərəfindən
zəbt olunaraq, xaiqın tarixini əks etdirən nümunələr müxtəlif
zorakılıqlara məruz
qalır. Alınan məlumatlara əsasən,
Ağdamın tarixi maddi-mənəvi abidələri
darmadağın edilib,
məhv olunur. Ağdamdakı tarixi mədəniyyət
abidələri haqqında
dövlət, eləcə
də, bu rayonun məsul şəxsləri tərəfindən
xarici dövlətlərə,
təşkilatlara, eləcə
də respublikamıza
gələn qonaqlara ətraflı məlumatlar
verilir, Azərbaycan həqiqətləri ilə
bağlı faktlar hər zaman diqqətdə saxlanılır.
Dünən Ağdamın işğal
tarixi idi. Bununla bağlı
Ağdam rayon icra hakimiyyəti tərəfindən
müxtəlif tədbirlər
keçirilmiş, ədəbi-bədii
kompozisiyalar təşkil
olunmuşdur. Bu tarix hər bir azərbaycanlının
qan yaddaşıdır.
Qeyd etdiyimiz kimi, saysız-hesabsız tarixi abidələr ermənilərin
işğalı altında
saxlanılır. Hər bir
xalqın tarixi, məhz onun mədəniyyəti ilə
ölçülür. Azərbaycanın tarixi faktlarının
üzə çıxarılmasında,
onun maddi-mənəvi
abidələri, ilk öncə,
araşdırılır və
təqdim olunur. Odur ki, bu abidələri
qorumaq, hifz etmək və nəsildən-nəsilə ötürmək
bizim mənəvi və ən əsası isə vətənpərvərlik borcumuzdur.
Səs.- 2007.- 24 iyul.- S. 12.