İsayev Əhməd
Ölkə
başçısı İlham Əliyev Gəncədə
tarixi abidələrin bərpasına xüsusi önəm
verir
Bildiyimiz kimi,
Prezidentin Qərb bölgəsinə səfəri
çox geniş və rəngarəng oldu. Ölkə başçısı yerlərdə
həyatın hər sahəsi ilə dərindən maraqlandı.
Qazaxda Olimpiya İdman Kompleksinin açılışında iştirak
etdi, Müalicə Diaqnostika Mərkəzinin inşası ilə tanış oldu. "Dədə
Qorqud" abidə kompleksini, İsmayıl Şıxlı parkını,
"Mütəfəkkirlər bağı"nı gəzdi. Daş Salahlıda ölkə başçısının xeyir-duası ilə sement zavodunun təməli qoyuldu. Bentonit emalı zavodunun birinci mərhələsi işə
salındı. Cənab
İlham Əliyev Tovuz rayonunda bir neçə obyektə baş çəkdi. Olimpiya İdman Kompleksinin təməlinin qoyulmasında
iştirak etdi. "Heydər Əliyev seyrangahı"nı gəzdi. Aşağı Ayıblı kəndində
məktəb binasının
tikintisi ilə tanış oldu.
Günün ikinci yarısında
Gəncə görüşləri
oldu. Ölkə başçısı həmişə,
hər yerdə olduğu kimi qədim Gəncədə
də gül-çiçəklə, böyük
məhəbbətlə qarşılandı.
İlk öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə
gül-çiçək
qoyuldu, 6
saylı məktəbdə
aparılan genişmiqyaslı
təmir-bərpa işlərinə xeyir-dua
verildi.
Şəhərin gündoğan
səmtində, qədim
Gəncə qapı-darvazalarının bərpası
yerindəki görüşlər
hər kəsin qəlbində min bir xatirə yaratdı.
Bəlli olduğu kimi, 1139-cu il sentyabrın 30-da məşhur
Gəncə zəlzələsi
bu yerləri lərzəyə saldı.
Bir tərəfdən
xoş oldu, Kəpəzin qoynunda əsrarəngiz Göy-göl
yarandı. Bu yandan isə zəlzələ Gəncəyə
fəlakət gətirdi.
O günlərin canlı
şahidi gəncəli
Kirakos yazır ki, "EGürcü çarı Demetri gəlib şəhərin
darvazasını öz
ölkəsinə apardı".
Bu, həmin qapı-darvaza idi ki,
1063-cü ildə Gəncə
hakimi Şəddadi Şavur əmin-amanlıq üçün
usta İbrahim Osman oğluna hazırlatmışdı. Çar
Demetri çətin gündə, dar ayaqda Gəncəyə basqın etdi. Əhalini taladı, var-yoxunu əlindən aldı. Hələ bu az imiş
kimi qala qapılarını da götürüb apardı.
Elə o vaxtdan Gəncə qapısı Gürcüstanda
Gelati məbədini bəzəyir. Özü də yan girişlərdən
birində, həmin Demetrinin atası Qurucu Davudun məqbərəsi üzərində.
Qapı nə qapı?! Bircə tayın eni 1,72, hündürlüyü isə
3,33 metr!
Mən iki dəfə oralarda olmuşam. Tarixi qapıların ancaq bir tayı durur.
Onun da yarıdan
aşağı hissəsi
yoxdurE Təkcə divara bərkitmə zolağı qalıb. Elə bil dəmir
bayraqdı ucalır. Gəlib-gedən hökmən döşəmə
bərabəri mərmər
məqbərəni ayaqlayır,
qapı-bayrağın
altından keçəndə
isə istər-istəməz baş əyməli olur.
Bir tayı belə: Qərinələr
keçdikcə bayrağa
dönüb, yad diyarda qədim Gəncənin adını
yaşadır. Bəs
o biri tayı
necə oldu? Akademik Frenin 1835-ci ildə yazır ki, imperator II Yekaterina İmeretiya çarı Solomonun yanına mahir bir usta göndərdi
ki, Gelati məbədinin tavanını
düzəltdirsin. Həmin
usta öləndən
sonra işçilərin
mismarı tükənir.
Ona görə də çarəsiz qalan rahiblər qapının bir tayını əridərək
mismar düzəldirlər".
Siz bir Gəncə
qapısının hünərinə,
Gəncə metalının
möhkəmliyinə baxın.
Mismar düzəldilir!
Bu, qədim Gəncənin müxtəlif
istiqamətlərə açılan
altı qapı-darvazadan biri idi. Bəs qalanları
hanı? Onlardan birinin qalıqları arxitektor Rəfael Əhmədov tərəfindən
aparılan qazıntılar
zamanı üzə çıxarılıb. Gəncə
Regional Elm Mərkəzində mütəxəssislər
həmin qalıqları
toplayaraq qədim qapı-darvazanı öz ilkin formasında
bərpa ediblər. Neçə vaxt idi ki, Gəncə
qapı-darvazasının
öz ilkin yerində qurulmasından söhbət gedirdi. Son vaxtlarda Gəncə
Şəhər İcra
Hakimiyyətinin təşəbbüsü
ilə bu məsələyə aydınlıq
gətirildi. Bütün tarixi faktlar,
əldə edilən arxeoloji qalıqlar, mənbələrdə olan
təsvirlər araşdırılaraq
müvafiq layihə hazırlandı. Həmin layihə mütəxəssislərin,
ictimaiyyətin nümayəndələrinin
iştirakı ilə
dəfələrlə müzakirə
edildi.
Gəncədə bu sahədə təcrübə
böyükdür. Neçə
ildir ki, ölkə başçısı
cənab İlham Əliyevin tövsiyəsi
ilə şəhərdə
tarixi abidələr sistemli surətdə bərpa edilir. Comərd Qəssab məqbərəsi, Cavad xan türbəsi, Gəncə emblemi kompleksi, Xan bağı, Ay-ulduz abidəsiE İndi növbə Gəncə qapı-darvazalarınındır.
Bu gərəkli iş Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.
Şəhərin gündoğar
tərəfində, qədim
Gəncənin ilkin məskənində qızğın
iş gedir. Yolların qovuşuğunda
böyük bir kompleks ucaldılır. Təkcə tarixi qapıların hündürlüyü
3,7, eni isə 3,4 metrdir. Qapı-darvaza pedaqoji elmlər namizədi Şaiq Məmmədovun rəhbərliyi ilə qədimi üslubda onlarca dəmir parçasından və
800-dən çox çarmıxdan hazırlanıb.
Başda isə qapının ilkin formasındakı yazılar
həkk olunub. Qədimi yazıları əski ərəb əlifbası ilə Nemət Abbasov bərpa edib. Ənənəvi Gəncə
üslublu nazik kərpiclər Naxçıvandan
gətirilir.
Gəncə Regional Elm Mərkəzinin direktoru Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü Fuad Əliyev deyir ki, təqribən
20 metr hündürlüyündəki
bu qapı abidənin üstündə
Azərbaycanın bayrağı
ucaldılacaq və Gəncənin emblemi təsvir olunacaqdır.
Prezident İlham Əliyev abidənin inşasında
görülən işlərlə
ətraflı maraqlandı.
Sənətkarların, bərpaçıların
zəhmətinə yüksək
qiymət verdi. Ümumən Gəncədə
tarixi abidələrə
olan qayğı və diqqəti xüsusi qeyd etdi. Cənab İlham Əliyev ziyalılarla görüş
zamanı onlara öz təşəkkürünü
bildirərək dedi:
- Mən çox sevinirəm ki, bu gün çox
böyük işlər
gedir, şəhər
gözəlləşir, tarixi
abidələr bərpa
olunur, yeni abidələr yaranır. Düşünürəm ki,
bu abidə də gəncəlilər
tərəfindən yaxşı
qəbul olunacaqdır.
Biz tarixi abidələri bərpa etməliyik. Gəncənin
böyük tarixi var, böyük keçmişi var. Biz gərək o tarixi qoruyaq.
Sonra ölkəmizin başçısı gələcəkdə
işlərin miqyasının
daha da genişlənməsi
üçün dövlət
tərəfindən hər
cür qayğı və köməyin göstəriləcəyini bildirdi.
Cənab İlham Əliyevin tarixi görüşünün elə
səhərisi günü
obyektdə olduq. Unudulmaz söz-söhbətdən
fərəhlənən sənətkarlar
daha böyük həvəslə, ruh yüksəkliyi ilə çalışırdılar. İş icraçısı
Qabil Abbasov deyir ki, ölkə
başçısı İlham
Əliyevin elimizin tarixinə verdiyi yüksək qiymət bizi daha yaxşı
işləməyə ruhlandırır.
İndi burada iki briqada çalışır.
Əsasən inşaat-quraşdırma və üzçəkmə işləri
gedir. Betonçu Vəli Abbasov,
qaynaqçı Ramiz Məmmədov, dülgərlərdən
Etibar Nəsibov, Zəfər Yusifov və başqaları belə tarixi obyektin inşasında çalışdıqlarına görə xüsusi qürur duyduqlarını
bildirirlər.
İş getdikcə sürətlənir. Ölkə
başçısı İlham
Əliyevin qayğısı
və köməyi ilə bütün problemlər həll olunur. Qurtuluş Günü ərəfəsində qədim
Gəncənin daha bir milli mənəvi
abidəsi öz əzəli məskənində
ilkin görkəmi ilə ucalır. Baxırsan adamın qəlbi iftixarla döyünür.
Azərbaycan.- 2007.- 8 iyul.- S. 1.