Kəbutər

Abşeron lövhələri: Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu

XXI əsrin qoruğuna marşrut işləmir

Ən əvvəl ondan başlayaq ki, Qala kəndi İçərişəhər qədər əhəmiyyətli bir qoruqdu. özəlliyi ondadır ki, pullu azərbaycanlıların kor qoyduğu İçərişəhərdən fərqli olaraq Qala kəndi qədimliyini olduğu kimi qoruyub saxlaya bilib. Amma bu qədimliyin qorunması sənəd üzərində əksini tapana qədər kənd üç dəfə dağıdılıb. Ən dəhşətli dağıntı Şura hökuməti Azərbaycana ayaq basanda 30-cu illərdə baş verib. Birinci dəfə əsgərlərə kazarma, ikinci dəfə orta məktəb tikmək üçün əsrlərdən keçib gələn daşlar divardan qoparılıb. Qala qəsri ona bitişik gözətçi qüllələrinin yerində indi xarabalıq qalıb. Tikan qanqalların hökmranlıq etdiyi bu ərazidə yeraltı yolların dar keçidləri iri daşlarla qapanıb. Bununla belə kənd adamlarından yerin altına enib həmin yollarla tanış olan da tapılıb.

Ümumiyyətlə, Abşeron torpağının tarixi yerin üstündən daha çox altındaməskən salıb”. Qala qoruğunun direktoru, tarix elmləri namizədi Fikrət Abdullayevin dediyinə görə, yerüstü hissəsi XVII əsrə aid bir abidənindərinliyinə vardıqcadaha qədim tarixə aid olduğu üzə çıxır. O mənada Qala kəndindəki abidələrin yaşı hələ gözəyarı müəyyənləşib. Çünki içi Qala qoruğu qarışıq Abşeron torpaqlarında sözün əsil mənasında arxeoloji qazıntılar aparılmayıb. Ən azından, bütün Abşeron qalalarına xas olan yeraltı yolların hara aparıb çıxardığını müəyyənləşdirmək olardı. Çünki belə yeraltı yollardan Qala kəndindəki qəsrdə məscidlərdə mövcuddur.

İndi kənddə vəziyyət ideal deyil. Su digər sosial problemlər bir tərəfə, qəsəbəyə adi nəqliyyat işləmir. Sanki qalalılar XXI əsrdə yox, hələ heyvan nəqliyyatından istifadə edilən XVIII əsrdə yaşayırlar.

Qala Qoruğu

Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu 1988-ci ildə təşkil olunub qəsəbənin tarixi hissəsini əhatə edir. 156 ha ərazidə 216 tarix, memarlıq arxeoloji abidələr qorunub saxlanır. Abidələrin ən qədimi eramızdan əvvəl II minilliyə aiddir. Ən qədim tapıntının isə 5 min illik tarixi var. Bunlar qayaüstü rəsmlər keramik qablardı. Yeri gəlmişkən, muzeyin otaqlarını gəzərkən həmin gil qabların, insan sümüklərinin karton qutulara mis qablara yığılaraq taxçalarda saxlandığını gördük. Fikrət müəllim harada arxeoloji tapıntı görsə götürüb gətirib. Bələdçiliyi özü edən muzey direktorunun gücü bundan artığına çatmır. Araşdırmaq, o qabları bərpa etmək isə artıq onun imkanları xaricindədir. Ona görə bu tapıntılar tədqiq olunacaq vaxtı gözləyə-gözləyə beləcə karton qutular qəbiristanlığında saralıb-solurlar.

Tarix sübut edir ki, Qala kəndi Abşeronun ən qədim yaşayış məskənlərindən biri olub.

Qala kəndi Azərbaycanda yeganə etnoqrafik qoruqdu. Etnoqrafik qoruğun missiyası nəinki memarlıq arxeoloji abidələri mühafizə bərpa etməkdən, həm etnoqrafiyanı bərpa etməkdən ibarətdir. Eyni zamanda qədim adətlər tarixi ənənələrin yaşanıb qorunması deməkdir. Ekosfera Qeyri-Hökumət Təşkilatının köməyi ilə Qalada qədim xalçaçılıq dulusçuluq sənətini yaşatmaq üçün emalatxana açılıb. İndiyə qədər 30 nəfər qıza xalça-palaz, 8 nəfərə keçə toxumaq öyrədilib. Dulusçu isə bir nəfərdir. Qədimdə qoyunçuluqla məşğul olan kənd böyük uğur əldə edib. Belə ki, Qala qoyun cinsi adla deyilirmiş. Hazırda 4 Qala cins qoyunun bərpası ilə məşğuldurlar. Quyruqlu qalaqaşı cins qoyunları 15-20 kq quyruqlarını gəzdirə bilmədiyindən onlar üçün xüsusi qurğu düzəldilirmiş. Bu cinsdən olan qoyunlar bütövlükdə 80-90 kq ət verir.

Muzeyin ərazisində təcrübə üçün zəfəran bağçası da salınıb. Fikrət müəllim deyir bir var danışalar, tarixi mənbələrdən oxuyaq, bir var özümüz təcrübədə təsdiq edək ki, doğrudan da Abşeron zəfəranı dünyada tayı-bərabəri olmayan bir bitkidir. Abşeronun digər ərazilərindən fərqli olaraq Qalanın zeytun bağları hələ qorunub saxlanır. Təcrübə sahələrində həm pambıq əkilir. Qədim Qala kəndi qoyunçuluqla yanaşı pambıq əkməklə məşğul olub bu ərazinin iqliminə uyğunlaşmış məhsuldar pambıq növü olub. Hələ növlərin bərpası baş tutmayıb. Amma məhsuldarlıq onların gözlədiyindən daha artıq olub. Qala həm taxıl kəndi olub. Deyilənlərə görə kəndin adı da tat dilində buğda sözündən götürülüb. Tat deyimi ruslar Azərbaycana ayaq açandan möhkəmlənəndən sonra yaranıb. Onlar Bakı kəndlərinin iran mənşəli əhalisini belə adlandırmağa başlayıblar. Qala kəndində bir məhəllə tat məhəlləsi olub. Əslində isə köçəri tayfalar oturaq həyat sürənlərə tat deyiblər. Qala kəndində beş məhəllə olub.

Fikrət müəllim qarşıya qoyulan vəzifənin turizmi inkişaf etdirməkdən ibarət olduğunu deyir. Hələlik Qalaya məktəb uşaqları gəlir. Ona görə Qala qoruğunda uşaq otaqları fəaliyyət göstərir.

3 minə yaxın əhalisi olan kəndin köhnə ərazisi bütünlüklə qoruq elan olunub. Yeni tikilənlər isə artıq qoruğun ərazisinə daxil deyil. Fikrət Abdullayev tikinti məsələsini bütün yaşayış qoruqları üçün ənənəvi hesab edir. Gəncədə, Ordubadda, Lahıcda, İçərişəhərin özündə bu problem yaşanır. Qoruğun ərazisində tikinti təmir işləri aparmaq üçün Mədəniyyət Nazirliyinin xüsusi komissiyasının icazəsi lazımdır. Komissiya əraziyə baxış keçirir onun təqdim etdiyi xüsusi layihə əsasında ətraf mühitin görkəminə xələl gəlmədən tikinti işləri aparılır. Kəndin qoruq hissəsində yalnız köhnə daşlardan istifadə etməyə icazə var. Bu daşları isə ətraf kəndlərdə sökülən evlərdən toplayırlar.

Yeni Azərbaycan.-2007.-10 iyul.-S.8.