"Sarı Musa türbəsini
"xaça çəkiblər"
Abidənin
divar rəsmlərini pozan ermənilər xaçlarla "bəzəyiblər"
Ermənilər "Sarı Musa türbəsi"nin divar rəsmlərini və divar daşları üzərindəki yazıları pozub yerinə kiçik xaç şəkilləri erməni yazıları həkk ediblər. Bu barədə APA-ya Azərbaycan Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov məlumat verib. Onun dediyinə görə, Ağdam rayonunun Xaçıntürbətli kəndində olan "Sarı Musa türbəsı" Elxanilər dövrünə aiddir. Türbənin girişi üzərindəki yazıdan məlum olur ki, bu türbə Qutlu Xacə Musa oğlunun qəbri üzərində ucaldılıb. Türbəni Şahbənzər adlı usta inşa edib. İnşa tarixi 1314-cü il göstərilən türbə xalq arasında "Sarı Musa türbəsi" adlanır. Bu abidə tikilərkən Qarabağ memarlığının bütün elementləri qorunub saxlanıb. 1988-1994-cü illərdə apardıqları etnik təmizləmə siyasətinin nəticəsi kimi ermənilər işğal etdikləri ərazilərdə bütün tarix və mədəniyyət abidələrini
dağıdıblar.
Türbənin üst kamerasının içərisini
xaç obrazına bənzətdiklərinə görə
türbəni dağıtmasalar
da, əvəzində
"erməniləşdiriblər". Erməni qətliamından
belə "qurtulan"
Xacə Musa türbəsi memar Şahbənzərin və
Azərbaycanın memarlıq
sənətinin qiymətli
nümunəsidir.
Ekspress.- 2007.- 19 iyul.- S.
13.