Şəmkirdə arxeoloyi qazıntılar aparılır

 

Kilsələr təmir edilərək mədəniyyət ocağı kimi istifadəyə veriləcək

 

Tarixi ilk orta əsrlərə aid edilən qədim Şəmkir şəhərində arxeoloyi qazıntılar aparılır. Bu barədə Mədəniyyət Turizm Nazirliyinin mədəniyyət şöbəsinin müdiri Rizvan Bayramov məlumat verib. O bildirib ki, XIII-XIV əsrlərdə monqollar tərəfindən dağıdılan Qədim Şəmkir şəhərinin bərpası məqsədilə arxeoloyi qazıntılara başlanıb. Qazıntılar nəticəsində şəhərin qala divarlarının bir hissəsi artıq üzə çıxarılıb. Çox böyük ərazisi olan qədim şəhərin qala divarlarının, şəhərdəki digər obyektlərin üzə çıxarılması bərpası nəzərdə tutulub. Bərpa təmir işlərindən sonra qədim Şəmkir şəhəri tarixi-memarlıq abidəsi kimi istifadə olunacaq. Ərazidə turizmin inkişaf etdirilməsi, arxeoloq etnoqrafların şəhərə baxışı nəzərdə tutulub. Qeyd edək ki, qədim Şəmkir şəhərində arxeoloyi qazıntılar Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Regionların İnkişafı İctimai Birliyi tərəfindən həyata keçirilir.

Xəbərdə daha sonra bildirilir ki, Şəmkir Xanlardakı qədim alman kilsələri bərpa olunacaq. R.Talıbov əlavə etdi ki, ötən əsrin əvvəllərində inşa edilən bu kilsələrin vəziyyəti ilə tanış olmaq üçün iyulun birinci ongünlüyündə Şəmkir Xanlara nümayəndə heyəti ezam olub. Nəticələrə görə, hər iki abidənin texniki vəziyyəti normaldır: "Şəmkir Xanlardakı alman kilsələrinin çağdaş durumuna texniki baxış keçirdik. Hər iki kilsənin yükdaşıyan konstruksiyaları normaldır. Ona görə bu abidələrin bərpasına başlamaq olar".

R.Bayramovun bildirdiyinə görə, Xanlardakı alman kilsəsinin bərpasını alman şirkəti boynuna götürüb. Onlar yaxın günlərdə təmir-tikintiyə başlayacaqlar. Şəmkirdəki alman kilsəsinin bərpası ilə Regionların İnkişafı İctimai Birliyi məşğul olacaq. Onlar da bərpa işlərinə yaxın günlərdə başlayacaqlar. Təmirdən sonra hər iki abidənin kilsə kimi yox, mədəniyyət ocağı kimi istifadəyə verilməsi nəzərdə tutulub.

 

Kaspi.- 2007.- 17 iyul.- S. 17.