Tapdıq G.

 

Türkiyəli tədqiqatçılar tarixi-mədəni irsimizi araşdırırlar

Türkiyədən gəlmiş bir qrup tədqiqatçı Azərbaycanın tarixi-mədəni irsi ilə bağlı tədqiqatlarını davam etdirir.

Qardaş ölkənin Ege Universitetinin arxeoloq-sənət tarixçisi dosent dr.Yüksel Sayanın rəhbərlik etdiyi qrupa tarixçi dosent dr. Turan Gökçe epiqraf-sənət tarixçisi dosent dr. Abdülhamit Tüfekçioğlu daxildirlər.
Tədqiqat işlərinin iki layihədən (“Azərbaycanın qədim məzar daşlarıAzərbaycandakı memarlq əsərlərinin inventarı”) ibarət olduğunu vurğulayan Yüksel Sayanın sözlərinə görə, hər iki layihə üzərində eyni vaxtda aparılır:Bu layihələr Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin razılığı əsasında həyata keçirilir. Nazirlik bu sahədə bizə hər cür kömək göstərir. Onu da qeyd edim ki, Mədəniyyət Turizm Nazirliyinin mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov AzərbərpaElmi Tədqiqat Layihə İnstitutunun direktoru akademik Cəfər Qiyasi  apardığımız tədqiqatlarda öz bilik bacarıqlarını bizdən əsirgəmirlər”.
Yüksel Sayanın sözlərinə görə, “Azərbaycanın qədim məzar daşlarılayihəsi Türkiyə Elmi Tədqiqat Qurumu (TÜBİTAK ), o biri layihə isə Türk Tarix Qurumu tərəfindən dəstəklənir. Yeri gəlmişkən, adlarını çəkdiyim bu qurumlar tədqiqat apardığımız sahə üzrə kifayət qədər təcrübəsi olan qurumlardır: “Azərbaycanda apardığımız araşdırmalarda bu qurumların bizi dəstəkləmələri xüsusi bir əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, mədəni irsimiz mədəni köklərimiz bizim kimliyimizdir. Bu irs aydınlandıqca kimliyimizə daha çox sahib çıxacaq, dünyada özümüzü daha yaxşı tanıtmış olacağıq”. Azərbaycanla Türkiyənin tarixi münasibətlərindən söz açan həmsöhbətimiz bu iki dövlət arasındakı mövcud olan olduqca yaxın əlaqələrdən ətraflı danışmaqla yanaşı,   Heydər Əliyevin: “Bir millət, iki dövlətiksözlərini xatırlatdı: Bu gün Azərbaycanda təsbit etdiyimiz məzar daşlarını, həmçinin digər memarlıq binalarını Anadoludakı sənət nümunələri ilə müqayisəetdikdə iki qardaş ölkənin eyni mədəni köklərə malik olduğunu  açıq-aydın görmək mümkündür.  Ancaq biz bunları daha konkret misallarla ortaya qoymağa çalışırıq”.
Yüksel Sayanın sözlərinə görə, hər iki layihə üzərində başa çatdırılandan sonra əldə olunmuş materiallar kitab şəklində çap ediləcək: “Bundan başqa, Azərbaycandakı memarlıq abidələri ilə bağlı hazırladığımız inventar qeydiyyatları Türk Tarix Qurumunun arxivinə yerləşdirilməklə yanaşı, internet vasitəsilə dünyanın istifadəsinə veriləcək. Bir sözlə, etdiyimiz çalışmaların nəticəsində Azərbaycanın sahib olduğu zəngin mədəni mirasının dünyada daha çox tanınmasına nail olacağıq. Bu tədqiqatların həm əzəldən bəri var olan Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsinə bir töhfə olacağına əminik”. 
Bakı Abşeronda, eləcə Şamaxı, Şəki, Zaqatala, Qax, Balakən, Qazax, Tovuz, Şəmkir, Gəncə, Bərdə, Ağsu, Quba, Qusar rayonlarında, eyni zamanda Əli Bayramlı şəhərində tədqiqat işlərini tamamladıqlarını söyləyən Yüksel Sayan Astara, Lənkəran Masallıda da olacaqlarını bildirdi. O hər iki layihə üzərində işlərin bu il başa çatdırılacağını əminliklə söylədi.

Zaman.-2007.-12-13 iyul.-S.8.