Tərlan

 

Qobular və yarğanlar diyarı

 

Qobustan tarixin açılmayan sirlərindəndir

 

Artıq bir həftədir ki, Qobustan dövlət tarixi-bədii qoruğu YUNESKO-nun dünya mədəni irs siyahısına daxil edilib

 

Bundan sonra qoruqda beynəlxalq səviyyədə tədqiqatların aparılmasına başlanılacaq. Açıq səma altında olan Qobustan tarixi muzeyi özünəməxsus özəlliyi ilə seçilir və dönyanın nadir inciləri sırasındadır. Bəs, onu dünyanın digər məşhur abidələrindən fərqləndirən nədir? Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinin müəllimi Rövşən Əliyevlə söhbətimiz də bu məcrada oldu. Xalqımız teatr incəsənətini  Qobustan abidələr kolleksiyasından götürüb.

Azərbaycan hökumətinin beynəlxalq qurum qarşısında götürdüyü öhdəliklərdən ən önəmlisi abidənin inkişaf planının hazırlanmasi, axtarış və tədqiqatların davam etdirilməsidir. Qobustan Dövlət Tarixi-Bədii qoruğu açıq səma altında qoruq-muzey kimi "böyük şöhrət qazanıb. Həmin ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti eks etdirən çoxsaylı maddi mədəniyyət nümunələri var. Banu müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıb. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zenginidir. Onun geniş araşdırmalara ehtiyacı var. Bundan başqa, ölkəyə turizmin cəlb edilməsində abidənin müstəsna rolu ola bilər. Bunun üçün ərazidə yolun çəkilişi yeni binanın inşası nəzərdə tutulub. Ərazinin coğrafi mövqeyi də çox maraqlıdır. Qobustan Abşeron yarımadasının qərbində - Bakıdan 60 km məsafədə yerləşir. Qobustanın adı "Qobu" sözündən götürülüb. Ona görə Qobustan qobular yarğanlar diyarı sayılır. Ən böyük hündürlük burada 1047 m-dir. Palçıqlı, dərə-təpəli, palçıqlı-gilli relyefə malikdir. Cənubunda palçıq yanardağlar mövcuddur. Burada əsasən yamsəhra landşaftları hökm sürür. Qış otlaqları da var. Qoruq-muzeyin ərazisində Azərbaycan xalqının maddi mənəvi mədəniyyətini əks etdirən 6 mindən çox qədim rəsm tapılıb. Bundan başqa, orada qədim yaşayış məntəqələri - 20 mağara və dayanacaq, 40 kurqan qazıntısı 100 mindən çox maddi mədəniyyət əşyası aşkar olunub. Ən qədim rəsmlər mezazoy erasına aiddir, ancaq burada həmin dövrdən əvvəl yaşayışın olması istisna edilmir. Buna görə də, Qobustan mədəniyyət beşiklərindən biri sayılır. Qobustan tarixi abidələrinin öyrənilməsi 1939-1940-ci illərdən başlayaraq, bu günə qədər davam edir.

 Qobustanın nadir rəsmlər kolleksiyası ibtidai insanların yaşayış tərzini əks etdirən bir material kimi dünya miqyasında çox önəm daşıyır. Azərbaycan xalqının teatr incəsənəti öz başlanğıcını məhz Qobustan abidələr kolleksiyasından götürür.

 

Qayaüstü təsvirlər Abşeronda balığa pərəstişin olmasından xəbər verir

-  Qayaüstü  cizgilərə Qobustandan şimala tərəf, Xəzərin sahili boyunca Bakıya və Abşeron yarımadasının uzaqlarına qədər təsadüf olunur. Bele hesab edilır ki, rəsmlərin bir hissəsi Qobustanda tropik iqlim olanda həkk edilib ve bu ərazi flora və fauna ilə zəngin olan düzənlik olub. Suyun və qidanın bol olması canlı təbiətin müxtəlifliyində özünü göstərib. Qayalar üzərində qazıma üsulu ilə insanlar, müxtəlif heyvanlar təsvir olunub. Balıqların qaya üzərində həkk olunması bizim eradan əvvəl X-IX əsrlərə aid hesab olunur. Balıq obrazı dini məbədlərə aid edilir. Belə ki, balıq obrazları Abşeronda evlərin fasadında həkk olunub və bu da köhnə ənənə sayılır. Əgər yuxuda balıq görsən, deməli bu varlanmaq rəmzidir. Ümumiyyətlə balığa pərəstiş Abşeronda çox qədimdən olub.

Qobustanın qayaüstü təsvirləri müxtəlif dövrlərə- bizim eradan əvvəl X-VIII əsrlərə aid hesab edilir. Böyük bir tarixi vaxtı əhatə etdiyinə görə, Qobustan qayaüstü təsvirləri başqa qayaüstü kolleksiyalardan daha üstündür. Qoruq-muzeydə kişi və qadın rəsmləri əsasən öz yerini tutur. İnsanlar bəzən öz təbii böyüklüyündə çəkilib. Kişilər ovçu geyimində, silahlı, böyük boylu, inkişaf edib əzələli təsvir olunub. Bəzi qadınların bədəni döydürülən şəkillərlə bəzədilib. Bu cür təsvirlər tropik ölkələrə və Okeaniyaya xas olan əlamətdir.

 

Qobustanda işğalçı Roma əsgərləri də olub

 

Qədim rəsmlərdən başqa Qobustanda, Böyük-daş dağının ətəyində latınca yazılmış kitabə aşkar edilib ki, bu, bizim eradan əvvəl I əsrə (84-96-cı illər) aid edilir. Deməli, Bakının yaxınlığında, imperator Domisianın qoşunlarından 12-ci Roma legionu Azərbaycanda olub. Bu yazı Azərbaycan tarixinin az öyrənilən dövrünü müəyyən qədər işıqlandırır. Latın tarixçisi Yevtropi yazır ki, Domisian Azərbaycana dörd dəfə hərbi yürüşü təşkil edib. Bu yürüşlərindən birində həmin legion öz sərkərdəsilə birlikdə məhv edilib. Belə qənaətə gelmək olar ki, bu latın yazısı Abşeronun yerli əhalisinin məhv etdiyi 12-ci legiondan bəhs edir. I əsrdə Roma qoşunlarının Abşeronda olmasını Abşeron kəndinin birinin Ramana adlanması da təsdiq edir. VIII əsrdə Bar Ebrey tərəfindən də Kiçik Asiyada Ramana şəhərinin mövcud olmasından danışılır. Bütün bunları nəzərə alaraq demək olar ki, Bakı yaxınlığında olan Qobııstanda vaxtilə istilaçı Roma qoşunları yerləşdirilib.

Sonda isə xatırlatmaq istərdik ki, Azərbaycanın qədim mədəniyyətini təbliğ etmək məqsədilə Azerbaycan SSR Nazirlər Sovetinin 9 sentyabr 1966-cı il 503 saylı qərarına əsasən Qobustan qoruğu təşkil edilib. Qoruq hazırda Mədəniyyət və Turizm Nazirliyinin nəzdindədir. Qobustana hər il minlərlə yerli və xarici qonaqlar baş çəkir və ona maraq hər il artır. Bu il dövlət başçısının sərəncamına əsasən avtonəqliyyat vasitələrinə və müasir texniki avadanlıqlara tələbatın ödənilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək.

 

Üç nöqtə.- 2007.- 7 iyul.- S. 17.