Çiçək B.

 

UNESCO ışgal altındakı

mədəni irsimizin vəziyyəti ilə tanış olacaq

 

Mədəniyyət və Turizm naziri beynəlxalq qurumların bu məsələyə marağının artdığını söyləyir

 

UNESCO-nun missiyasının Azərbaycana çoxdan gözlənilən səfəri gerçəkləşə bilər. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev mətbuata açıqlamasında apardığı danışıqların müsbət nəticəsini hiss etdiyini söyləyir. Nazir beynəlxalq müşahidəçilərin son vaxtlar məsələyə daha diqqətlə yanaşdıqlarını deyib: "İşğal altında olan torpaqlarda mədəni irsimizin vəziyyəti olduqca pisdir. Bizim tələbimiz ondan ibarət idi ki, beynəlxalq müşahidəçiləri ora dəvət edək. Son vaxtlarda apardığım danışıqların nəticəsi o oldu ki, artıq Ermənistanın və beynəlxalq müşahidəçilərin mövzuya marağı artırıb. UNESCO missiyasının gəlişi artıq gerçəkləşir. Bunun nə vaxt baş tutacağını deyə bilmərəm, amma danışıq prosesi göstərir ki, artıq müsbət meyllər var".

Nazir Qobustanın  UNESCO-nun mədəni irs siyahısına qəbııl edilməsinin Azərbaycan üçün böyük hadisə olduğunu vurğulayaraq "onu deməliyəm ki, biz oraya gedəndə iclasın qərar layihəsində göstərilirdi ki, abidə siyahıya daxil olmamalıdır. Prezidentin sərəncamı və UNESCO-nun xoşməramlı səfıri Mehriban xanımın göndərdiyi məktub vəziyyəti dəyişdi.

Qoruğun prezidentin şəxsi nəzarəti altında olması Dünya İrs Komitəsinin bütün üzvlərinə böyük təsir göstərdi və yekdil qərarla siyahıya daxil oldu". Onun sözlərinə görə, komissiya üzvlərinin ilk vaxtlar qoruğun siyahıya salınmasından imtina etmək niyyətində olması problemlərlə bağlı olub. Yəni, Qobustandakı su və sairə problemlər bu qənaətə gəlməyə səbəb olub. Prezidentin sərəncamı təqdim olunandan sonra bu kimi problemlərin həllinə artıq başlanıldığı və bir ilə məsələlərin həll ediləcəyi məlum olub.

Qobustanın mədəni irs siyahısına daxil edilməsinin məsuliyyəti artırdığını deyən Ə.Qarayev artıq qoruğa tək Azərbaycanın cavabdeh olmadığını vurğulayıb: "Bu gün abidənin siyahıya daxil olması ondan xəbər verir ki, artıq biz ona tək cavabdeh deyilik. Bəşəriyyət də Qobustana cavabdehdir. Komissiyanın üzvləri hər il Bakıya gələcəklər və biz məruzə edəcəyik. Bu, ölkə üçün müsbət addım, bizim işçilərimiz üçün çox ciddi işdir. İstəyərdim ki, mədəniyyət işçiləri bunu bilsinlər".

Abidələrin yeni siyahısı barədə söhbət açan Mədəniyyət Turizm naziri vurğulayıb ki, bununla bağlı 4-5 təklif var. O, tarixi-memarlıq abidələrin yeni siyahısının tərtibi üçün işlərin davam etdiyini bildirib.

Nazirin sözlərindən məlum olub ki, artıq Naxçıvan, Şəki Bakı ətrafındakı bir neçə abidəyə baxış keçirilib. Hazırda 4-5 təklifin sənədlərin hazır olduğunu deyən nazir bu sənədlərin qəbul prosesinin mürəkkəb olduğunu bildirib: "Sənədlərin qəbul olunması asan başa gəlməyəcək. Ona görə hansı sənədlərin daha tez tərtib olunacağı hələlik bilinmir".

 

Ayna.- 2007.- 7 iyul.- S. 19.