Ağacan H.

 

Turistlərimizi dəng edirlər

 

Ermənilər Acarıstan kurortlarında dincələn azərbaycanlıların əsəblərini tarıma çəkiblər

 

Poti limanında duran "Köhnə gəmi" adlı üzən hoteldə onlarla erməni turist var və onlar özlərinə izafi diqqət tələb edirlər. Əvvəllər baIıqçı seyneri olmuş bu köhnə ağac gəmi təmir və bərpa işlərindən sonra 30 nəfərlik hotelə çevrilib.

Acariyanın hər yerində olduğu kimi, burada da turistlərin sayını maksimum dərəcə artırmağı düşünürlər.

Ukraynanın 4 şəhəri ilə birbaşa təyyarə reyslərinin açıldığı Batumda İrəvanla dəmiryolunun da tam bərpası və gediş-gəlişin artırılması üçün işlər görülür. Gündəlik Batum-İrəvan dəmiryolu reysi ilə gələn ermənilərin sayı fasiləsiz şəkildə artır. Gürcüstanın Dövlət Müstəqillik günündə, mayın 26-da istifadəyə verilmiş yeni dəmiryol vağzalının qarşısında duran taksi sürücliləri də qatarın gəlişini səbirsizliklə gözləyirlər.

"Həftənin bu günü Ermənistandan turistlər gələndə sevinirik. Çünki səxavətlə pul xərcləyir, gedəcəyi yerə çatandä mübahisə etmədən haqq-hesab çəkirlər. Çox istərdik ki, Bakıdan da Batuma belə qatar gəlsin. Ozü həftənin yalnız çərşənbə günü yox, hər gün. Çünki azərbaycanlılar çox səxavətli, yaxşı, mədəni insanlardır", - "Reno" markalı avtomobili ilə sərnişin gözləyən İbrahim Sarsaniya deyir.

Onun sözlərinə görə, Batuma gələn ermənilər "Sisinatela" əyləncə mərkəzində dincəlməyi çox sevirlər.

Ətrafında yeni evlər, restoranlar əyləncə məkanlarının yağışdan sonra göbələk kimi artdığı "Sisinatela"nın icraçı direktoru Soso Bajaniyanın sözlərinə görə, hazırda burada dincələnlərin çoxu ermənilər .olsa da, Azərbaycan vətəndaşlarının da sayı artır. "Bizim torpağımızda dincəlmək, təbiət qoynunda istirahətlə yanaşı, müasir əyləncə mərkəzlərində ilin yorğunluğunu çıxarmaq istəyən azərbaycanlılar da ildən-ilə çoxalır. Əgər ötən il bizim kempinq-hoteldə cəmi 10 azərbaycanlı ailə qalmışdısa, indi onların sayı artıq 100-ü keçib. Çox istərdik ki, azərbaycanlılar buralara daha tez-tez gəlsinlər, azərbaycanlı qonaqlarımızın sayı artsın", - S.Bajaniya söyləyib.

Acariyanın turizm kurortlar departamentinin sədri Temur Diasamidzenin dediyinə görə, bu yayın sonunadək azərbaycanlı turistlərlə bağlı statistikada 25 faizlik artım gözlənilir.

Acarıstan Muxtar Respublikasının baş naziri isə bura gələn turistlərin 2009-2010-cu ilədək 1 milyon nəfərədək artacağını, onların ən azı 150 min nəfərini azərbaycanlıların təşkil edəcəyini söylədi.

Bu kurort mövsümündə 450 min turisti qəbul etməyə hazırlaşan Acarıstanda 70 min erməninin "stress atacağı" gözlənilir.

Ötən il buradakı kurortlarda dincəlmiş 8 min Azərbaycan vətəndaşının bu il daha da çoxalacağı, 12 minə çatacağı təxminlənir.

Acarıstanın turizm mədəniyyət departamentindən verilən məlumata görə, respublikadakı turizm infrastrukturunun Azərbaycan telekanallarında reklam edilməsi gələnlərin sayına əhəmiyyətli dərəcədə təsir göstərib.

Buna rəğmən, Acarıstanda erməni azərbaycanlı turistlər arasında münasibətlər rəsmi strukturların dediyi təki, "heç bir problem olmayan" səviyyədə deyil.

Xırda iri problemlər yaşanır. Məsələn, elə həmin "Sisinatela" əyləncə mərkəzinin yaxınlığındakı hotellərdən birində 12 azərbaycanlı ailənin qaldığından xəbər tutan ermənilər hotelin qarşısındakı erməni evlərinin damına Dağlıq Qarabağ bayrağı vurublar, hotelə gedib-gələn azərbaycanlılara "Dağlıq Qarabağ bizimdir, unudun oranı, yoxsa Bakını alarıq", "Dağlıq Qarabağda uduzdunuz, yoxsa yenə uduzmaq istəyirsiniz?" bu kimi ifadələr söyləyir.

Batum Potidəki bəzi restoranlar isə ermənilərə məxsus olduğundan, orada azərbaycanlı turist görən təki musiqi repertuarı dəyişir, erməni mahnılar ifa olunmağa başlanır, hətta soydaşlarımız bu məkanların kimlərə məxsus olduğunu anlayıb oranı tərk edərkən arxalarınca təhqiramiz ifadələr işlədilir.

Ötən bazar günü isə Batumda 5 erməni 2 azərbaycanlıya hücum çəkmək istəyib. Mübahisə zamanı yaxınlıqda polislərin peyda olması davanın qarşısını alıb.

"Burada dincəlmək xoşumuza gəlir. Hər şey normaldır. Bəzən ermənilər zəhlə tökməsəydilər, şikayətimiz yoxdur. Onlar uzaqdan-uzağa söz atır, sataşırlar. Cavablarını verməyə hazırıq, amma bura qalmaqala yox, istirahətə gəlmişik. Onlarsa ermənidir, insanlıqdan uzaq məxluqlardı, insan dilini anlamazlar", - Batumda dincələn Sultan Kərimov söylədi.

"Bizə hələlik rəsmi qaydada şikayət daxil olmayıb. Deyirlər ki, ermənilər azərbaycanlılara sataşırlar. Amma hələ heç bir azərbaycanlı iradını bildirməyib. Kimsə narahat olmasın ki, qayda-qanuna riayət etməyən, burada haradan gəlməsi milli mənsubluğundan asılı olmayaraq, istənilən turistin istirahətini pozmağa çalışan şəxslər barədə qanun çərçivəsində ən sərt tədbirlər görüləcək", - Batum polis idarəsindən "Ekspress"ə bildirildi.

 

Ekspress.- 2007.- 24 iyul.- S. 9.