Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti Azərbaycanda turizm mütəxəssislərinin hazırlanmasına kömək edəcəkdir

 

İyulun 4-də "Avropa" mehmanxanasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında turizm mütəxəssislərinin hazırlanması, Azərbaycan Turizm İnstitutunda (ATİ) beynəlxalq proqramların həyata keçirilməsi üzrə müqavilə imzalanmışdır.
Mərasimin əvvəlində ATİ-nin rektoru Cəfər Cəfərov bu ali təhsil ocağının fəaliyyətdə olduğu bir il ərzində görülmüş işlər, keçirilmiş tədbirlər barədə ətraflı məlumat vermişdir. O, tədbirin sonunda Krems Universitetinin Mədəniyyət Turizm Nazirliyi ilə bərabər, ATİ ilə əməkdaşlıq müqaviləsi imzalayacağını söyləmiş bu sənəd çərçivəsində həyata keçiriləcək proqramlar barədə danışmışdır. Bildirmişdir ki, müqavilə ATİ-nin Bolonya prosesi çərçivəsində atdığı addımlardan biridir Azərbaycanın Avropa təhsil sisteminə inteqrasiyasına əlavə təkan verəcəkdir.
Mədəniyyət turizm naziri Əbülfəs Qarayev Azərbaycan dövlətinin qeyri-neft sektoruna diqqət qayğısından danışmış, bu istiqamətdə turizmin prioritet sahələrdən biri olduğunu qeyd etmişdir. Azərbaycan Turizm İnstitutunun yaradılması təşəbbüsünün Prezident İlham Əliyev tərəfindən bəyənildiyini söyləyən nazir, ölkəmizin başçısının bu istiqamətdə verdiyi tövsiyələri hazırda həmin tapşırıqların həyata keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. O, dövlətimizin respublikada turizm infrastrukturunun inkişafı ilə bağlı gördüyü işlər barədə məlumat vermişdir.
İmzalanacaq müqavilələri Azərbaycanın dünya turizm təhsili şəbəkəsinə daxil olması istiqamətində qətiyyətli addım adlandıran nazir bildirmişdir ki, bütün kurslar
ı keyfiyyət zəmanəti ilə bitirmiş tələbələr ATİ-nin diplomu ilə bərabər Krems Universitetinin "Turizm istirahət" ixtisası üzrə verdiyi Avstriya bakalavr dərəcəsi diplomunu da alacaqlar. Azərbaycanda ilk dəfə olaraq ATİ-nin diplomları Avropa ölkələri təhsil ocaqlarının diplomlarına bərabər tutulacaq vətəndaşlarımız bu sənədlə dünyanın istənilən ölkəsində turizm sahəsində çalışmaq hüququ qazanacaqlar.
Krems Universitetinin prezidenti Hayns Boyer bu sənədləri turizm təhsili sahəsində Mərkəzi Avropa Mərkəzi Asiya ölkələri arasında körpü kimi qiymətləndirmişdir. H.Boyer universitetin dünyanın bir çox ölkələrində turizm təhsili ilə bağlı böyük layihələr həyata keçirdiyini vurğulamışdır.
Tədbir zamanı respublikamızın səfalı, gözoxşayan, gəzməli yerlərinə, yeni açılmış turizm marşrutlarına, hotel mehmanxanalarına həsr olunmuş film nümayiş etdirilmiş, həmçinin Azərbaycan Turizm İnstitutu Krems Universitetinin fəaliyyətinə aid slayd-kadrlar göstərilmişdir.
Sonda müqavilələrin imzalanma mərasimi olmuşdur. Mədəniyyət Turizm Nazirliyi ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq müqaviləsini Əbülfəs Qarayev Hayns Boyer imzalamışlar.
Eyni zamanda Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov Krems Universitetinin prezidenti Hayns Boyer rəhbərlik etdikləri alı təhsil ocaqları arasında akademik anlaşma barədə müqavilə imzalamışlar.
Mərasimdə Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.

Azərbaycan.- 2007.- 5 iyul.- S. 6.