İdrisoğlu A.
Azərbaycanın
şəfalı müalicə suları
Äzərbaycanın ən şəfalı ocaqlarından biri da Masallı şəhərindən 13 kilometr aralıqda Talış dağlarının qoynunda, dəniz səviyyəsindən 1650 metr uca olan Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində çıxan isti sudur. Bu sudan şəfa tapan insanlar bu yerlərə "Fatimeyi Zəhra" şəfa sanatoriyası adını veriblər. Məşhur iş adamı Hacı İldırım Allahyarov tərəfindən çox müasir üslubda tikilmiş karteclər, mehmanxana bu şəfa sanatoriyasına xüsusi gözəllik verir və bura müalicə olunmaq üçün gələnlər belə yaxşı şəraiti olan yaşayış evlərindən razı qalırlar. Bura müalicəyə gələnlər həm də sanatoriyada çalışan həkimlərin, tibb palatatalarının masajistlərin onlara xidmətindən də çox razılıq edirlər. Baş həkim Tofiq Şahbazovun rəhbərliyilə bu həkim, tibb işçiləri korpusu hər gün səhər saat 8-dən axşam saat 12-yə qədər bura gələnləri müayinə edir və onlara xidmət göstərirlər. Öz peşələrinin vurğunu, mütəxəssisi olan, çox mülayim xarakterli, qayğıkeş insanlarla orada olanda mən də təmasda oldum. Bura gələn yüzlərlə insanın onlardan razılıq etdiyini görüb belə qərara gəldim ki, çoxminli oxucularımızla onları tanış edim. Qafar Şirinov Lerik rayonunda anadan olub. Azərbaycan Tibb Universitetini bitirəndən sonra təyinatla müalicə profılaktika həkimi kimi Lənkəran mərkəzi xəstəxanasında işə başlayıb. 5 il sahə həkimi işləyib. Sonra Xarkov şəhərinə təkmilləşmə kursuna gedib. İki il də orada refleksoterapiya ixtisasına yiyələnib. 20 ildir ki, bu sahədə reflekso-terapeft və həkim-fızioterapeft kimi çalışır. Yay mövsümlərində əvvəllər Lənkəran sanatoriyasında işləyib. Bu ildən isə Hacı İldırım Allahyarovun dəvəti ilə Masallı şəfa ocağında işləyir. Fizioterapiya və iqloterapiya şöbəsində rəhbərlik edir. Kompüter diaqnostikası və test nakataniyası ilə də məşğul olur. 30 illik həkimlik təcrübəsində ağır xəstələrə şəfa verib. Üç il bundan qabaq isə polimielit və difteriyadan əziyyət çəkən, sağalmasına heç bir ümid olmayan iki xəstəni tam sağaltdığına görə çox məşhurlaşıb. Haqqında çoxlu yazılar çap olunub. Hətta bu sahənin tanınmış professorları xəstələri necə sağaltmasının yollarını ondan öyrəniblər. Tələbə olan vaxtı Bakıda təcili tibbi yardımda işləyəndə, həkimlərin artıq öldüyünü güman etdikləri 22 yaşlı bir gəncin ürəyinə dərman yeritməklə və süni tənəffüs verməklə onu həyata qaytarıb. Həmin insan bu gün də Bakı şəhərində yaşayır.
- Həkimlərə bu gün
inamsızlığın azalmasının səbəbini siz nədə
görürsünüz?
- Mən bunu birinci növbədə həkimlərin xəstələrə gərəksiz dərmanların yazılmasında və xəstələrin də belə bahalı dərmanları ala bilmədikləri üçün natamam müalicəsində görürəm. İkinci səbəbi də odur ki, əhali arasında təbii müalicə amillərinə meyllilik azdır. Əgər onlar təbii üsullarla müalicəyə üstünlük versələr daha tez və yaxşı sağalarlar. Bu yolla sağalma həm orqanizmə xeyirlidir, həm də sərəflidir. Bu yollarla müalicə də xəstənin sağlamlığına heç bir pis təsir göstərmir, zərər gətirmir. Bu gün bütün dünya təbabəti də dərmansız müalicə üsullarına daha çox müraciət edirlər. Beləliklə, Şərq təbabəti dünya təbabətində özünə çox layiqli yer tutur. Bəs biz niyə bundan az istifadə edirik? Çox təəccüblüdür ki, hətta yerli adamlar belə bizim bu İstisu şəfa ocağına çox az meyl göstərirlər. Adamlar var ki, buradan Moskvaya, Sankt Peterburqa müalicə olunmaq üçün gediblər. Onlara orada məsləhət biliblər ki, sizin müalicəniz elə sizin öz İstisu sanatoriyanızdadır. Bu İstisu da dünya standartlarına cavab verir. Bu yaxınlarda bura Almaniyadan mütəxəssislər gəlmişdi. Onlar bu suyun tərkibini öyrənmək üçün özlərilə nümunə götürüb Almaniyaya aparıblar. Orada müəyyənləşdiriblər ki, İstisuda elə elementlər var ki, heç Mendeleyev cədvəlində həmin elementlərin adı yoxdur. Burada həm isti su, həm də palçıq müalicəsi var.Mən bir həkim mütəxəssis kimi qətiyyətlə deyə bilərəm ki, bəlkə də dünyanın heç yerində belə yaxşı müalicəvi əhəmiyyətli və yaxşı şəraiti olan şəfa ocağı yoxdur. İnsanlarımıza da tövsiyəm büdur ki, gəlib burada müalicə olunub şəfa tapmışlar.
Azərbaycanın cənub bölgəsində massajist peşəsinin sirlərini müalicəyə gələnlərə tətbiq edənlər, bu sənətin hal-hazırda gözəl mütəxəssisləri olan Xatirə, İradə və Natəvan Əhədova bacılarıdır. Hər üç mütəxəssis Bakı şəhərində ayrı-ayrı xəstəxanalarda çalışmaqla yanaşı may ayından sentyabr ayına kimi Masallı İstisu sanatoriyasında işləyirlər.
İradə Əhədova Astara rayonunda anadan olub. Sonra Bakıda massaj
kursunu bitirib. Artıq 4 ildir ki, 4-ü bu sənətdə çalışır. Bakıdakı Tibb Mərkəzində işləyir. İxtisasca tibb
bacısıdır. Massaj
haqqında söz düşəndə İ.Əhədova
belə dedi: "Massajın insan orqanizminə xeyri çoxdur. Amma çox təəssüf
ki, bizim insanlar bunu hələ
da başa düşmək istəmirlər.
Bilirsiniz
ki, insan orqanizmində qan dövranı çox böyük rol oynayır. Qan dövranı pozulduqda
isə çoxlu fasadlara gətirir. Massaj insan orqanizmində qan dövranını tənzimləyir. Bədəndəki duzlaşmanın, revmatizmin,
ostroxandrozun sağalmasına
köməklik edir.
Bəziləri ınassajı adi
hir prosedura saysalar da bu
müalicə üsıılu
dünyada hal hazırda çox yüksək qiymətləndirilir.
Bu müalicə forması da uzun əsrlərdir ki, sınaqdan çıxıb. Lap çox-çox
qədimlərdə Çində,
Yaponiyada, Tibetdə va ümumiyyətlə
Şərqdə bu müalicə üsulundan çox geniş istifadə olunub. Biz də bura
müalicəyə gələnlərin
massaj edirik və sonra onlar
kükürdlü vannalara
girirlər. Sonra tər
vasitəsiylə bütün
xəstəlikləri çıxır.
Mən burada çalışdığım
müddətdə bura
elə xəstələr
gəlib ki, tam şikəst halında olublar. Biz massajlar
vasitəsiylə onların
oynaqlarında olan duzları tənzimləmişik.
Sonra onlar kükürdlü vannalar qəbul ediblər. Bir kurs müalicədən
sonra tam sağalıb,
çəliklərini burada
qoyub gediblər.
Arzum budur ki, insanlarımız
həmişə sağlam
olsunlar. Amma xəstələnəndə
dərmana müraciət
etməkdənsə təbii
üsulları daha üstün tutsunlar.
Bizim İstisu sanatoriyası isə onlara çox kömək ola
bilər".
Natəvan Əhədova - Astara rayonunda anadan olub. Bir neçə ildir
ki, Bakıda massajist işləyir.
Birinci ildir ki, Masallı
İstisu sanatoriyasında
işləyir. Natəvan
xanım söhbət
əsnasında belə
dedi: "Bacılarım
həmişə bu sanatoriyanın müdiri Hacı İldırım Allahyarov, baş həkim Tofiq Şahbazov haqqında xoş sözlər danışırdılar. Mən
də bundan həvəslənib bu il bura işləməyə gəlmişəm.
Elə
ilk gündən də
gördüm ki, fikrimdə yanılmamışam.
Burada çalışan
insanların hamısı
mehriban qayğıkeşdir.
Çalışacam ki, mənə
göstərilən inamı
doğruldum. Bu inamı da mən
yalnız öz işim xəstələrə
münasibətimlə qazana
bilirəm".
Bu sanatoriyada
çalışan tibbi
heyətin ən cavanı baş həkimin müavini Rəşad Əhmədovdur. O, müalicə
vannalarına nəzarət
edir. Vanna qəbul edən
xəstələri müayinə
edir. Onlara öz məsləhətlərini
verir. Söhbət
əsnasında Rəşad
həkim belə dedi: "Bizim "Masallı İstisu Fatimeyi Zəhra" şəfa sanatoriyasında
olan isti su 68,7 dərəcə
istilikdə yerin altından çıxır.
Bu suyun tərkibində
9 kimyəvi element və
27 faiz elektrik keçiriciliyi var. Biz da baş həkim Tofiq Şahbazovun rəhbərliyilə xəstələri
müayinə edib, onlara öz törsiyəmizi veririk. Müayinədən sonra biz xəstələrə
dlaqnoz qoyuruq. Bu diaqnoz əsasında
da xəstəyə vanna təyin edilir. Vannada suyun temperaturu,
xəstənin orada neçə dəqiqə
oturması isə onun şikayətindən,
diaqnozundan və
arterial təzyiqindən asılıdır.
Xəstənin vannada oturma
müddəti 5-7 dəqiqədən,
15-17 dəqiqəyə qədər
kurs müalicəsindən
asılıdır. Təzyiqi yüksək
olan adamların burada daha çox
müalicə olunduğunun
şahidi olmuşum.
Eləcə də oynaq ağrılarından əziyyət
çəkənlər üçün
bizim şəfa ocağının effekti daha çoxdur. Burada
11-dən artıq xəstəlik
və onların 30-dan
çox növləri
müalicə olunur.
Biz də öz
sənətimiz və
işimizlə çox
böyük şərəf
duyuruq ki, xalqımıza xidmət edirik. Eləcə də başqa
xalqların nümayəndələri
burada şəfa tapanda, birinci növbədə təkcə
bizdən yox, həm də Azərbaycan xalqından, onun belə möcüzəli şəfa
ocağından razı
gedirlər. Məgər
bundan da böyük fəxr, sevinc ola bilərmi?".
Bəli, Azərbaycan torpağının
altı da, üstü də qiymətli xəzinədir. Bu sərvəti qorumaq, ondan layiqincə istifadə etmək bizim müqəddəs borcumuzdur. Bu sərvəti ulularımız
bizim üçün
qoyub gediblərsə,
biz də lazımsız
israfçılığa yol
vermədən onu gələcək nəsillərimizə
ötürməliyik. Bunu isə özümüzə
müqəddəs borc
bilməliyik.
Azad Azərbaycan.- 2007.- 4 iyul.- S. 6.