Koreya Respublikasının səfiri şimal-qərb bölgəsi rayonlarının iqtisadiyyatı və turizm imkanları ilə maraqlanmışdır

 

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lyu Kvanq Çulun respublikamızın rayonlarına səfəri davam edir. Koreyalı diplomat onu müşayiət edən şəxslər iyulun 18-19-da Oguz, Qax, Zaqatala Balakən rayonlarında olmuşlar. Respublikamızın şimal-qərb bölgəsi ilə tanışlıq məqsədi daşıyan bu səfərdə qonaqlar yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşmüş, bu rayonların iqtisadiyyatı, kənd təsərrüfatı turizm imkanları ilə maraqlanmış, tarix mədəniyyət abidələrinə baş çəkmişlər.
AzərTAc-ın müxbiri xəbər verir ki, iyulun 18- Oğuz şəhərinə gələn səfir Lyu Kvanq Çul mərkəzi parkda ümummilli liderimizin abidəsini ziyarət etmiş, Heydər Əliyev muzeyinə baxmışdır. Koreyalı diplomat daha sonra rayon mərkəzində idman kompleksinin, xəstəxana yeni mehmanxana binasının tikintisi ilə maraqlanmış, tarix-diyarşünaslıq muzeyinə, Daşağıl kəndində yerləşən "Göbür" istirahət zonasına baxmışdır.
Elə həmin gün səfir onu müşayiət edən şəxslər Qax rayonuna gəlmiş, rayon rəhbərliyi ilə birgə İlisu kəndindəki "Uludağ" "Yaşıl park" istirahət mərkəzləri, XVII-XVIII əsrlərə aid Sumuq qala memarlıq abidəsi, rayon mərkəzindəki tarix-diyarşünaslıq muzeyi ilə tanış olmuşlar.
Bölgəyə səfər proqramına uyğun olaraq Koreya səfiri iyulun 19-da Zaqatala rayonuna gəlmiş, icra hakimiyyətində rayon rəhbərliyi ilə görüşmüş, Zaqatala haqqında sənədli filmə baxmış, Pəri qalasında olmuş, şəhərin görməli yerlərini gəzmişdir. Diplomat tarix-diyarşünaslıq muzeyinə baxmış,"Azərsun" MMC-nin fındıq zavodu "Zaqatala-çay" MMC- istehsal prosesi ilə maraqlanmışdır.
Bölgəyə səfərinin sonunda səfir Lyu Kvanq Çul Balakənə gəlmişdir. Rayon rəhbərliyi ilə görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılmış, gələcəkdə turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Səfir onu müşayiət edən şəxslər daha sonra rayonun sənaye obyektlərinə turizm-istirahət zonalarına baş çəkmişlər.

 

Azərbaycan-2007.-20 iyul.-S.4.