Qarayev T.

 

Azərbaycan-Rumıniya: mədəni-ictimai əlaqələr

 

Yaxın günlərdə Buxarestdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan park və Heydər Əliyev Fondunun rəsmi nümayəndəliyi açılacaq

 

Bu yaxınlarda, Azərbaycan ilə Rumıniya arasında əsası 1992-ci ildə qoyulmuş rəsmi diplomatik münasibətlərin 15 ili tamam oldu. Ölkəmizin dövlət müstəqilliyini ilk Avropa dövləti olaraq tanımış Rumıniyada Azərbaycan Respublikasının səfirliyi 2001-ci ildə təsis edilmişdir və həmin vaxtdan etibarən iki ölkə arasında siyasi əlaqələr daha geniş vüsət aldığı kimi, mədəni-ictimai münasibətlərdə də nəzərə çarpacaq nailiyyətlər əldə olunmuşdur. 2001-ci ildə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin "Zaman və məkan" adlı poetik toplusu rumın dilinə tərcümə olunaraq nəşr edildi. Bu kitab rumın ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı qısa müddətdə satılan kitabın təkrar nəşrinə ehtiyac yarandı. Çağdaş rumın bəstəkarı Paul Polidor şairin rumıncaya çevrilmiş iyirmiyə yaxın şeirinə musiqi bəstələdi, bu ölkənin rəhbəri isə Azərbaycanın xalq şairini Rumıniyanın mədəniyyət sahəsində ən yüksək ordeni ilə mükafatlandırdı.

2002-ci ildə rumın dilində bütün türk xalqlarının ədəbi abidəsi olan "Kitabi-Dədə Qorqud", növbəti il isə bütün müsəlman dünyasının müqəddəs kitabı olan "Qurani-Kərim" nəfis tərtibatla nəşr olundu. Tanınmış rumın publisisti M.Mitrikanın ölkəmizin tarixindən, xalqımızın mədəniyyətindən, Azərbaycanla Rumıniya arasındakı dostluq əməkdaşlıq münasibətlərindən bəhs edən "Azərbaycanın dirçəlişi" kitabı da elə həmin il Buxarestdə rumın ingilis dillərində işıq üzü gördü. Sonrakı illərdə isə Buxarestdə dahi şairimiz Məhəmməd Füzulinin "Qəzəllər" "Leyli Məcnun", çağdaş ədəbiyyatımızın görkəmli niimayəndələrindən Anarın " qoç, qara qoç", Elçinin "Pyeslər", Çingiz Abdullayevin "Dronqo" kitabları nəşr edilib rumın ictimaiyyətinin ixtiyana verilməklə rumın oxucusunda Azərbaycan klassik müasir ədəbi panoraması barədə kifayət qədər geniş obyektiv təsəvvür yaradılmış oldu.

Qeyd edək ki, bədii əsərlərlə yanaşı, xalqlarımızın tarixində ilk dəfə olaraq "Rumınca-Azərbaycanca Azərbaycanca-rumınca lüğət", həmçinin "Azərbaycanca-rummca danışıq kitabçası" da nəşr olunmuşdur.

Rumın ictimaiyyətinin Azərbaycanla daha yaxından tanışlığı üçün keçirilən müxtəlif ədəbi-bədii tədbirlərdə, nəşr olunan kitabların təqdimat mərasimlərində Qarabağ həqiqətlərinin səsləndirilməsinə, ölkəmizin haqq səsinin daha geniş miqyasda beynəlxalq aləmə çatdırılmasına xüsusi diqqət yetirilir bu baxımdan ayrıca olaraq "Xocalı faciəsi" adlı sənədli toplunun nəşri həmin kitabın Rumıniyada akkreditə olunmuş səfirliklərin, rumın ziyalıları və KİV nümayəndələrinin iştirakı ilə keçirilən təqdimat mərasimi xüsusilə təqdirəlayiqdir. Eyni sırada, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bilavasitə təşəbbüsü, dəstəyi ilə və Rummiyada fəaliyyət göstərən səfirliyimiz tərəfindən rumın dilinə çevrilib yayılan görkəmli avstriyalı tarixçi-alim, professor Erix Fayqlın "Erməni mifi, erməni ekstremizmi: onun səbəbləri və tarixi məzmunu" adlı erməni separatizminin iç üzünü açan, erməni terrorçuluğunu və məkrli işğalçılıq siyasətini ifşa edən çox dəyərli və bütün dünyada məşhur olan əsərinin nəşrini xüsusi qeyd etmək yerinə düşərdi.

Buxarest Avropanın yeganə şəhəridir ki, orada dünyanın məşhur tarixi siması sayılan Şarl de Qolldan başqa türk dünyasının iki böyük şəxsiyyətinə abidə ucaldılıb - Mustafa Kamal Atatürkə və Heydər Əliyevə.

Azərbaycanla bağlı Rummiyada son vaxtlar xüsusi canlanma hiss olunur. Hazırda hər iki ölkədə Dostluq Cəmiyyətləri Mədəniyyət Assosiasiyaları uğurla fəaliyyət göstərir, eyni zamanda bütün digər sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə əlaqələrimiz gün-gündən daha da genişlənir. Lap bu yaxınlarda Rumıniyada ARDNŞ-in rəsmi nümayəndəliyi açıldı mərasimdə şirkətin prezidenti cənab Rövnəq Abdullayev onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etdi. Yaxın günlərdə - avqust ayında isə ölkə prezidenti cənab İlham Əliyevin bilavasitə iştirakı ilə Buxarestin mərkəzində Heydər Əliyevin adını daşıyan gözəl bir park, həmçinin Heydər Əliyev Fondunun nümayəndəliyi açılacaq.

 

İki sahil.- 2007.- 21 iyul.- S. 7.