Pərviz
Turizm sektorunda kadr çatışmazlığı var
Mədəniyyət və Turizm
Nazirliyi əməkdaşlıq
müqaviləsi imzaladı
Dünən Mədəniyyət və
Turizm Nazirliyi ilə Avstriyanın
“İMC KREMS” Tətbiqi Elmlər
Universiteti arasında turizmə dair beynəlxalq proqramların
həyata keçirilməsi
haqqında müqavilə
imzalanıb. Bu münasibətlə keçirilən tədbirdə
Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov
institutun bir il ərzində gördüyü işlər,
gələcək planları
və yeni əməkdaşlıq müqavilələrinin
əhəmiyyətindən söz açıb.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev isə öz çıxışında rəhbərlik
etdiyi qurumun bir çox nüfuzlu beynəlxalq turizm təşkilatları
ilə geniş əlaqələr yaratdığını
qeyd edib. Nazir Ə. Qarayevin və ATİ-nin rektoru C.Cəfərovun imzaladığı müqavilədə
üç proqram - bakalavr, diplom və müəllimlərin
təkmilləşdirilməsi proqramları öz əksini tapıb. Müqavilənin şərtlərinə
əsasən, bütün
kursları keyfiyyət
zəmanəti ilə
bitirmiş tələbələr
ATİ-nin diplomu ilə bərabər, Avstriyanın bakalavr dərəcəsi diplomu alacaqlar. Azərbaycanın
Avropa təhsil sisteminə inteqrasiyasına
əlavə təkan verən bu müqavilə
“Bolonya prosesi” çərçivəsində atılan addımlardan biridir.
Bu arada jurnalistlərə açıqlamasındla nazir
Ə.Qarayev turizmin artıq Azərbaycanda prioritet iqtisadi istiqamətlərdən
birinə çevrilməkdə
olduğunu qeyd edib. Nazirin fikrincə,
inkişaf yolu tutan istənilən sahə üçün ilkin çətinlik kadr çatışmazlığıdır.
Məhz bu səbəbdən Azərbaycanın
özündə turizm
sahəsinə aid kadrların hazırlanmasına
xüsusi əhəmiyyət
verilməlidir. Onun sözlərinə görə,
dünyanın turizm sahəsində baş verən proseslər artıq bir ildir fəaliyyət göstərən Turizm İnstitutunun təhsil proqramında öz əksini tapıb: “Bu ildən Turizm
İnstitutuna qəbul
planı da artırılaraq, 300 nəfər
olub””.
Qeyd etmək lazımdır ki, Azərbaycan Turizm İnstitutunda hazırda 200 tələbə
təhsil alır.
2007/2008 tədris ilində
isə bu say 100 nəfər artacaq. Bundan başqa, cari ildən institutun planlarına 5 yeni ixtisas əlavə ediləcək ki, bunlar sanatoriyalarda və kurort yerlərində tibbi xidmətin təşkili, səhhət və kurort, mədəniyyət
və incəsənət
turizmi, linqvistika və idman turizmidir.
Bundan başqa, nazir UNESKO-nun Mədəni İrsin Qorunması layihəsi üzrə missiyasının Cənibi
Qafqaz ölkələrinə
gözlənilən səfərinin
gerçəkləşmək üzrə olduğunu diqqətə çatdırıb.
Ə.Qarayev missiyanın gəlişi ilə bağlı müsbət meyllərin olduğunun danışıqlarda
hiss edildiyini vurğulayıb: “Bizim ziyalıların səfərinin
də bu məsələyə müəyyən
təkan verdiyini demək olar. Biz həmişə işğal altında olan Azərbaycan torpaqlarında mədəni
irsimizin vəziyyətinin
çox pis olduğunu bəyan etmişik. Tələbimiz
isə beynəlxalq müşahidəçilərin bu ərazilərə gəlməsi idi”.
Qeyd edək ki, missiya
səfər çərçivəsində
Dağlıq Qarabağın
işğal altında
olan hissəsində abidələrin monitorinqini
də keçirəcək.
Nazir Qobustanın UNESCO-nun, dünyanın, bəşəriyyətin
mədəni irs siyahısına daxil edilməsinin də Azərbaycan üçün
çox böyük bir hadisə olduğunu vurğulayıb.
Onun sözlərinə
görə, Qobustan Dövlət Qoruğunun yaradılması ilə bağlı Prezidentin sərəncamı və UNESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın göndərdiyi məktub bütün vəziyyəti
dəyişib: “Bu gün Qobustan qoruğunun artıq Prezidentin şəxsi nəzarəti altında olması komissiya üzvlərinə öz təsirini göstərdi və qərar yekdilliklə qəbul olundu. Prezidentin sərəncamı onlara bir il ərzində
bütün işlərin
görüləcəyi haqda
“zəmanət verir”.
Artıq Qobustan qoruğunun mühafizəsinə görə
bəşəriyyətin cavabdeh
olduğunu deyən Ə.Qarayev komissiyanın müntəzəm
olaraq qoruğun durumu ilə maraqlanacağını bildirib.
Bundan başqa, nazir daha bir
neçə tarixi abidənin bu siyahıya əlavə olunacağına əmindir:
“İlkin siyahımızda
Naxçıvan, Şəki
və Bakının bir neçə abidəsi var. Amma UNESCO-ya qəbul qaydası bir az mürəkkəbdir.
Hansı abidənin sənədləri daha tez tərtib olunsa, siyahıya birinci o düşəcək””.
Yeni Azərbaycan.-2007.-5
iyul.-S.6.