Məmmədhəsən
100 yaşını qeyd edək
Həsənağa
Qurbanovun doğum günü qeyd edilib
Bakı şəhər
Mədəniyyət və Turizm İdarəsinin rəisi
Əməkdar incəsənət xadimi Həsənağa
Qurbanovun ad günüdür. Həsənağa Qurbanov
Azərhaycan mədənivyətində xüsusilə Bakı
şəhəri Mədəniyyət və Turizm
İdarəsinin rəisi vəzifəsində iş
fəallyyətini nəzərə alsaq görərik ki o, bu
sahədə əlindən gələni edib.
- Mən həmişə
çalışıram ki, dövlətimizin mənə
göstərdiyi etimadı qazanım. Ulu öndər Heydər
Əliyev məni Bakı şəhər Mədəniyyət
və Turizm İdarəsinin rəisi təyin edəndən
sonra gecə-gündüz çalışacam ki, onun
ümidlərini doğruldum.
- Həsənağa
müəllim, eşitmişik siz ulu öndərimizlə
bağlı 3 musiqi əsəri bəstələmisiniz.
- Çox doğru
deyirsiniz, "Bir millət iki dövlət",
"Döyünsün ürək", "Dahilər
dühası",
Təəssüflər
olsun ki, "Dahilər dühası" bəstələdiyim
əsəri ulu öndər Heydər Əliyev eşidə
bilmədi. Mən həmin əsəri ulu öndər Heydər
Əliyevin 80 illiyi ilə əlaqədar
bəstələmişdim. Sevinirəm ona görə ki,
müstəqil Azərbaycanın qurucusu, xilaskarı Heydər
Əliyevin qurduğu dövlətin vətəndaşıyam.
Xoşbəxtəm ona görə ki, İlham Əliyev kimi
prezidentimiz var. Mən ömrüm boyu YUNESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin üzvü Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan muğamına
göstərdiyi qayğını, muğam ustalarını
üzə çıxarmağını unutmaram. Son illər Azərbaycan muğamı günü-gündən
inkişaf edir. Yeni-yeni gənclər
yetişir. Bu bizi sevindirməyə bilməz.
- Həsənağa müəllim,
"Azad Azərbaycan"
qəzetinin dostu kinıi "Azad Azərbaycan" qəzetinin
kollektivi sizin ad gününüzü təbrik
edir, uzun ömür, can sağlığı
arzu edirlər. Sizə
fəaliyyətinizin genişlənməsini diləyirlər.
Biz də
mütəmadi olaraq sizin gördüyünüz
işlər haqqında
qəzetimizdə məqalələr
çap edək.
Azad Azərbaycan.- 2007.- 20 iyul.- S. 6.