Hüseynova S.

 

Laçınlı rəssamın sərgisi

 

Rəssam Yusif Mirzə 1959-cu ildə Azərbaycanın dilbər guşəsi Laçın rayonunun Sadınlar kəndində doğulub. O, Norveç Humanitar Müəssisəsinin dostlarından biridir. Həmin müəssisəsinin təşkilatçılığı ilə onun Bakıda həmyerlimizin üç fərdi sərgisi təşkil edilmişdir.
Hazırda Humanitar Müəssisənin dəstəyi ilə Norveçin Trisil, Sarpsborg Stavanger şəhərlərində həmyerlimizin "Min illərin yaddaşını oyatdım" adlı fərdi sərgisi keçirilir. Rəssamın əsərlərində xalqımızın qədim adət-ənənələri müasirləşdirilmiş tərzdə interpretasiya olunaraq əksini tapmışdır. Sərgidə Azərbaycan Norveçin qədim mədəniyyətləri arasında paralel müqayisələr aparan rəssamın digər maraqlı əsərləri nümayiş etdirilir.

Azərbaycan.-2007.-15 iyul.-S.4.