Xəlilov Y.

 

Almaniyanın Ervitte-Horn şəhərində Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılmışdır

 

Almaniyanın Ervitte-Horn şəhərində "Azərbaycan incəsənəti - kunst aus Aserbaidschan"devizi altında Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılmışdır.
Köln şəhərində fəaliyyət göstərən "Zərifə-ART" İncəsənət Assosiasiyasının "Kontrans" İncəsənət Qalereyası ilə birgə təşkil etdiyi sərgidə Almaniyada yaşayıb yaradan rəssam, heykəltəraş memarımız Ofeliya İmanova, Sabir Çopurov, Şahpələng Məmmədov, Telman Quliyev Oqtay Qasımovun əsərləri nümayiş etdirilir.
Sərginin açılışında Köln bələdiyyəsi mədəniyyət idarəsinin başçısı Yohannes Bunk, mənzil qərargahı Münhendə yerləşən Qafqaz Xalqları Konfederasiyasının sədri Dzavqo Əlisultanov, səfirlik konsulluq işçiləri, Almaniyanın sənət adamları, ictimaiyyət nümayəndələri, Azərbaycan diasporunun üzvləri, digər ölkələrin sənət adamları iştirak etmişlər.
"Zərifə-ART" Assosiasiyasının rəhbəri İldırım Sultanov, "Kontrans" İncəsənət Qalereyasının sahibi Xose Okon Azərbaycan rəssamlarının fəaliyyəti yaradıcılığı barədə ətraflı məlumat vermişlər.
Yohannes Bunk Azərbaycan rəssamlarının fəaliyyətini uğurlarını yüksək qiymətləndirmiş, sərginin xalqlar mədəniyyətlər arasında körpü rolunu oynadığını bildirmişdir. O demişdir ki, sərgi alman Azərbaycan, o cümlədən Qafqaz xalqları arasında dostluq münasibətlərinin inkişafına, Şərq-Qərb mədəniyyətlərinin qaynayıb-qarışmasına zəmin yaradan əlamətdar hadisədir.
Sərgidə Azərbaycan rəssamlarının 80-dən artıq rəsm əsəri bədii yaradıcılıq nümunələri nümayiş etdirilir. Onların əksəriyyəti ilk dəfə sərgilənir.
Sərgi oktyabrın 14-nədək davam edəcəkdir.

Azərbaycan.-2007.-24 iyul.-S.5.