Nərmin
Venesiyada karnaval
Dünən Muzey
Mərkəzinin Sərgi Qalereyasında Mədəniyyət
və Turizm Nazirliyi, təsviri incəsənət
şöbəsinin və Azərbaycan Rəssamlar
İttifaqının dəstəyi ilə rəssam Marqarita
Kərimova-Sokolovanın "Venesiyada karnaval" adı altında
fərdi sərgisi keçirildi. Rəssamlar
İttifaqının sədri Fərhad Xəlilovun
sözlərinə görə rəssamın yaradıcılığı
universal, süjet xəttinin qeyri-süniliyi, son
dərəcə duyğulu və mənafı
çalarları ilə diqqət çəkir.
Qeyd edək ki, hazırda Almaniyada yaşayan Marqarita Kərimova-Sokolova Bakıda anadan olub. Krasnodar Universitetində rəssamlıq təhsili alaraq Moskva Rəssamlıq Akademiyasında təcrübə keçib. Hazırda bir çox dünya ölkələrinin şəkil qalereyalarında və muzeylərində rəssamın rəsm əsərləri nümayiş olunur.
Sərgidə rəssamın
yağla, akvarellə,
quru pastellə kağız və kətan üzərindən
işlənrniş bir
sıra silsilələrdən
ibarət şəkil kolleksiyası
yer alırdı. Sərgi iki gün davam edəcək.
Paritet.- 2007.-7-9 iyul.- S. 12.