"Vətən sərhədlərinin keşiyində"

mövzusunda sərgidə 200-dən əl  işi nümayiş etdirilmişdir

 

İyulun 11-də Tofıq İsmayılov adına 'Uşaq dünyası" qalereyasında Dövlət Sərhəd Xidmətinin (DSX) 5-ci, Sərhəd Qoşunlarının yaradılmasının isə 88-ci ildönümü münasibətilə "Vətən sərhədlərinin keşiyində" mövzusunda sərgi təşkil edilmişdir.

Tədbirdə DSX rəisinin müavini, general-mayor Asif Cəbrayılov, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və başqaları çıxış edərək, sərginin  əhəmiyyətindən danışmışlar.

Bildirilmişdir ki, hər il olduğu kimi bu il də kino sənəti, bədii ədəbiyyat, musiqi yaradıcılığı və təsviri sənət üzrə 9 nominasiyada müsabiqələr elan edilmişdir.

Natiqlər vurğulamışlar ki, belə sərgilərin ardıcıl olaraq təşkil edilməsi vətəndaşlar arasında sərhədçi peşəsinə olan rəğbət və marağı artırır. Vətən sərhədlərinə böyük məhəbbət hissi aşılayır. Sərgidə professional və həvəskar rəssamlarla yanaşı, hərbi qulluqda olan sərhədçi əsgərlərin, zabit və gizirlərin ailə üzvlərinin, sərhədyanı rayonların ümumtəhsil məktəblərində təhsil alan istedadlı şagirdlərin 200-dən çox əl işi nümayiş etdirilmişdir.

Müsabiqənin qalibləri iyulun 31- məlum olacaqdır.

 

Respublika.- 2007.- 12 iyul.- S. 3.