Böyük Britaniyada çıxan Halı jurnalında Azərbaycan xalça sənətinə geniş yer ayrılmışdır

 

Böyük Britaniyada nəşr olunan “Halı” jurnalının builki 2-ci nömrəsində “Azər ilmə” Məhdud Məsuliyyətli Cəmiyyətinə həsr olunmuş qoşa səhifəlik material verilmişdir.
Jurnalda dövlət bayrağımızın əksi ilə yanaşı, Qarabağda toxunmuş məşhurÇələbixalısının da rəngli fotosurəti, eləcə müəssisənin bütün dünyada xalça sənətinin tanınmış bilicisi taciri kimi təqdim edilən baş direktoru Vidadi Muradovla müsahibə dərc olunmuşdur. jurnalın təqdimatında bildirilir ki, “Azər ilməfəaliyyətə 1996- ildə başlayıb. Nadir xalı kompozisiyalarının dirçəldilməsi ilə yanaşı, şirkət bədii ənənələrin inkişafı, xalça istehsalı ixracı sahəsində böyük aparır. “Azər ilmənin yun ipəkdən istehsal olunan, işləmələrin incəliyi, ilmələrin yüksək sıxlığı, tərtibatın orijinallığı, milli koloriti ilə seçilən xalçaları beynəlxalq standartlara tam cavab verir. Məhz bu səbəbdən mərkəzi qərargahı Oksfordda yerləşən Avropa Biznes Assambleyası bu il ən yüksəkKraliça Viktoriya adına mükafatını keyfiyyətli məhsul istehsalı ilə qitə bazarlarında layiqli yer tutan, Azərbaycan xalçasının tarixi şöhrətini böyük uğurla yaşadanAzər ilmə” MMC- vermişdir.
Qeyd edilmişdir ki, Bakının qədim zamanlardan xalçaçılığın mərkəzi kimi tanınan Nardaran, Binə, Hökməli, Lökbatan qəsəbələrində, həmçinin Kürdəmir Lerik rayonlarında şirkətin toxuculuq emalatxanaları fəaliyyət göstərir.
Azər ilmə 350 nəfər çalışır. Onların sırasında rəssamlar, sənətşünaslar, toxucular digər mütəxəssislər vardır. Şirkətin mütəxəssisləri unudulmuş xalça kompozisiyalarından istifadə etməklə yüksək keyfiyyətli xalçalar hazırlayır, nümunələri dünyanın bir çox muzeylərini şəxsi kolleksiyalarını bəzəyən Azərbaycan xalçaçılıq sənətinin ənənələrini dirçəltmək üçün böyük səy göstərirlər. İpləri boyamaq üçün ancaq təbii boyalardan istifadə edilir, eskizlər yalnız milli naxış çeşnilərdən götürülür. Xalça toxunuşunda istifadə olunan bütün xammal yerli məhsullardır.
Azər ilmənin məqsədi Azərbaycan xalçaçılıq sənətinin ənənələrini yaşatmaq inkişaf etdirməkdir. Şirkətin mütəxəssisləri tərəfindən bu günədək minədək xalça eskizi işlənmişdir.
MMC-nin nəzdində Azərbaycan xalça muzeyi yaradılmışdır. Azər ilməmarkası ilə Azərbaycan xalçaları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya, Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafat sertifikatlara layiq görülmüş, milli xalçaçılıq ənənələrinin davam etdirilməsi üzrə aparılan işlərin yüksək səviyyəsi ilə böyük nüfuz qazanmışdır. Müəssisənin rəhbəri isə bu gün dünyanın bir çox muzey satış sərgilərində erməni xalıları kimi təqdim edilən xalçaların əksəriyyətinin məhz Azərbaycan xalqına mənsub olduğunu təkzibedilməz faktlarla diqqətə çatdırmışdır

 

Xalq qəzeti.-2007.-15 iyul.-S.6.