Bakıda "Nyu-Yorkun görməli
yerləri" açılmışdır
ABŞ
Dövlət Departamentinin Təhsil və
Mədəniyyət Məsələləri Bürosunun və
Birləşmiş Ştatların Azərbaycandakı
səfirliyinin dəstəyi ilə iyulun 19-da Qız Galası
qalereyasında "Nyu-Yorkun görməli yerləri" fotosərgisi
açılmışdır.
Nyu-Yorkun görməli
yerlərinin mühafızəsi Aktının 40-cı ildönümünə
təsadüf edən sərgidə ümumilikdə 81
fotoşəkil, o cümlədən mülki binaların,
müəssisələrin, universitetlərin, muzeylərin, park
və məbədlərin fotoşəkilləri
nümayiş olunur. Bundan əlavə, məşhur
"Azadlıq" abidəsinin, Bruklin
körpüsünün fotolarının da nümayiş
etdirildiyi sərgi Qız Qalası qalereyasında avqustun
10-dək davam edəcəkdir.
Sərginin
açılışında iştirak edən
Birləşmiş Ştatların Azərbaycandakı
səfiri xanım Ann Ders bu cür tədbirlərin dost
ölkələrimizin xalqları arasında
münasibətləri daha da möhkəmləndirdiyini
bildirmişdir.
Azərbaycan.- 2007.- 20 iyul.- S. 4.