İvanovka kəndində Nikolay Nikitinin büstü açılmışdır

 

İsmayıllı rayonunun İvanovka kəndində Sosialist Əməyi Qəhrəmanı Nikolay Nikitinin büstünün açılışı olmuşdur. N.Nikitin 1953-cü ildən 1994-cü ilə qədər bu kənddəki Kalinin adına kolxoza bacarıqla rəhbərlik etmişdir.
Açılışda çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, Milli Məclisin deputatı Novruz Aslanov, indi Nikitinin adını daşıyan kolxozun sədri Mixail Porfunov, əmək veteranı Pavel Voropayev başqaları N.Nikitinin keçdiyi həyat yolundan, kolxoza rəhbərlik etdiyi dövrdə qazanılmış böyük uğurlardan danışmışlar. Çıxışlarda ümummilli lider Heydər Əliyevin xatirəsi minnətdarlıqla yad edilmiş, onun Nikolay Nikitinlə dostluq münasibətlərindən söhbət açılmışdır.
İvanovkalılar onlara qayğıkeş münasibətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirmiş qeyd etmişl
ər ki, ölkə başçısının 2005-ci ilin avqustunda İvanovkaya gəlişindən, sakinlərlə görüşündən sonra kənddə 780 şagird yeri olan yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Burada yeni xəstəxana binası da tikilir.
Bütün bunları Azərbaycanda tolerantlığın, etnik azlıqlara hörmət qayğıkeş münasibətin parlaq nümunəsi kimi dəyərləndirən natiqlər, Azərbaycan xalqının başqalarına nümunə olacaq bəşəri dəyərlərə malik xarakter mənəvi keyfiyyətlərindən danışmışlar.
Büstün müəllifi, respublikanın əməkdar rəssamı Zeynal İsgəndərov tədbirdə çıxış edərək, N.Nikitinin həmişəyaşar ömür yolu keçdiyini qeyd etmiş, ivanovkalılara uğurlar arzulamışdır
.

 

Azərbaycan.-2007.-1 iyul.-S.5.